Sizin reklam burada

Türkiyəli cocuqlar “Qarabağ” hayqırdı

Müəllif: football Tarix: 29-03-2019, 11:53 413 Baxış
Türkiyəli cocuqlar “Qarabağ” hayqırdı
Klub da onlara dəstək verəcək
Ankarada Türkiyə və Azərbaycan məktəbləri arasında gerçəkləşdirilən dostluq layihəsi çərçivəsində daha bir maraqlı tədbir təşkil edilib. “Ankara Mamak Ali Kuşçu ilkokulu”nun 2d sinfində oxuyan məktəblilər bu dəfə ”Qarabağ” futbol klubunun adına coşqu yaradıblar. Adı çəkilən məktəbdən məsələyə bu cür münasibət bildirilib: "Şagirdlərimizə Bakıdakı dostluq sinfi olan 47 saylı tam orta məktəbin 2c sinfinin valideynləri cox qiymətli hədiyyə göndərmişdilər. Türkiyədə futbol sevgisinin necə olduğunu anlatmağa gərək yoxdu - hamiya bəllidi. Azərbaycanın milli qüruru olan “Qarabağ”ın atributları sinifdə əsl futbol coşqusu yaratdı. “Qarabağ”ın himni bu coşqunu daha da gücləndirdi. Coşqunun təsirindən bir də gördük ki, şagirdlər "Bir millət - iki dövlət, hər ikisi cümhuriyyət" sözləri üstündə bədahətən rep söyləməyə başladılar. 47 saylı tam orta məktəbin müəlliməsi Aişə xanıma, şagirdlərinə və onların valideynlərinə göndərdikləri hədiyyələr üçün təşəkkür edirik!”
Qeyd edək ki, bir müddətdi Bakı şəhəri, Nərimanov rayonu, 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2c sinfinin şagirdləri ilə “Ankara Mamak Ali Kuşçu ilkokulu”nun 2d sinif şagirdləri arasında “məktub dostluğu layihəsi” gerçəkləşdirilir. Layihə 2018-ci ilin dekabrından başlayıb. Bu layihə çərçivəsində iki ölkənin adı çəkilən məktəb siniflərinin şagirdləri məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu ilk addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqda məlumatlarını artırır. Bu həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidi.
“Qarabağ” rəsmilərinin Türkiyənin paytaxtındakı məktəbdə baş verən hadisədən duyuq düşməsi normaldı. Odu ki, sinifdə yaşananlar və iki məktəb arasındakı dostluq münasibəti haqda ağdamlıların “feysbuk” səhifəsində məlumat yerləşdirilib. Belədə ortaya çıxan bir suala cavab tapmaya bilməzdik: “Qarabağ” klubu həm Bakıdakı, həm də Türkiyədəki 2-ci sinif şagirdlərinə necə dəstək verməyi planlaşdırır? Uşaqlarda həvəs artırmaq, bununla da klubun məsələyə laqeyd yanaşmadığını göstərmək üçün nə kimi ideyaları var? “Köhlən atlar”ın mətbuat katibi Nurlan İbrahimovla danışdıq: “Əlbəttə, xoş haldı. Açığı, həmin görüntülərə baxanda təsirlənməmək olmur. Bununla yalnız qürur duymaq olar. İndiki məqamda klub olaraq əsas dəstəyimiz həmin görüntüləri səhifəmizdə yerləşdirməkdi. Məncə, bu, həmin uşaqlar və valideynləri, eləcə də müəllimləri üçün xoş olacaq. O ki qaldı dəstəyə, eyni addımı atmaq təkrarçılıq olar. Yəni forma, yaxud top göndərmək. Ona görə də başqa addımlar atmağı düşünürük. Hansısa yolla şagirdlərin yanlarında olduğumuzu göstərməyimiz mümkündü”.
Qəzetimizə bilgi verən mənbə onu da dedi ki, Bakıdakı uşaqların valideynlərinin hesabına alınan şərflər üçün əvvəlcə Türkiyə Poçt İdarəsinin gömrük şöbəsi vergi istəyib. Yəni onlar şərfin Türkiyə ərazisinə satış məqsədi üçün gətirildiyini düşünürmüş. Lakin ilk okuldan rəsmi məktub alandan sonra qurum şərfləri buraxmağa icazə verib.
HƏBİB
SON XƏBƏRLƏR