Sizin reklam burada

Xorvatlar şokdan ayılmağa çalışır

Baxış Sayı:421

Xorvatlar şokdan ayılmağa çalışır
Xorvatiya yığmamızla oyunda 3 xalı asanlıqla əldə etmədi. 19-cu dəqiqədə hesabda geri düşən "damalılar" ilk yarının sonunda "status-kvo"nu bərpa edə bildi. Dünya ikinciləri qələbə qolunu isə 79-cu dəqiqədə vurdu. Ancaq xorvatlar Macarıstan səfərindən əliboş döndü. Bütün bunlar "damalılar"ı daha diqqətli olmağa məcbur edib. Bunu onların açıqlamalarından da hiss etmək olar.
Zlatko Daliç: "Macarıstandakı məğlubiyyəti gözləmirdik. Hər iki oyuna baxsaq, yaxşı olmadığımızı söyləmək olar. Azərbaycan millisini səbr və ustalıq sayəsində məğlub etdik. İkinci matçda isə belə olmadı. Macarıstanda görüşün ilk hissəsində pis çıxış etmədik. Oyuna düzgün köklənmiş və yaxşı başlamışdıq. Lakin hesabı açandan sonra arxayınlaşdıq və səhvlərimizdən sonra rəqib özünü toparladı. İkinci hissədə vəziyyəti dəyişməyə cəhd etsək də, düzgün oynaya bilmədik. Yekunda yaxşı nəticəyə layiq iş görməyi bacarmadıq”.
Luka Modriç: "İlk iki oyunda gördük ki, rəqiblər bizə qarşı çox yaxşı hazırlaşıb. Qrupda bundan sonra keçirəcəyimiz görüşlərdə də fərqli münasibət olmayacaq. Nə Azərbaycan, nə də Macarıstana qarşı öz səviyyəmizə uyğun oynadıq. Nəticədə Budapeştdə şok məğlubiyyətlə üzləşdik. Biz böyük keyfiyyətə və yüksək potensiala malik komandayıq. Ancaq bu cür yox, daha yaxşı oynamalıyıq. Təəssüf ki, ilk iki oyunda səviyyəmizi ortaya qoya bilmədik. Belə çıxışla da məğlubiyyət qaçılmaz olur. Rusiyadakı dünya çempionatını unutmalı, qarşımızdakı turnirə köklənməliyik. Əlbəttə ki, düşdüyümüz bu durumu öz aramızda müzakirə edəcəyik".
Deyan Lovren: "Macarıstanla oyunun ikinci hissəsini üstün keçirdik. Ancaq bu, uğurlu nəticə üçün kifayət etmədi. Xatirələrlə yaşamaq olmaz. Budapeştdəki nəticə bizi oyandırmalıdı. Macarlar daha aqressiv idilər və layiqli qələbə qazandılar. İstər Azərbaycan, istərsə də Macarıstanla oyun bu günümüz və gələcəyimiz barədə ciddi şəkildə düşünməyin vacibliyinə bir işarədi. Xoşbəxtlikdən qarşıda hələ çox oyun var".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR