Sizin reklam burada

Vüqar Məmmədin komandasından rüsvayçı sonluq

Baxış Sayı:386

Vüqar Məmmədin komandasından rüsvayçı sonluq
“Turniri belə bitirməməliydik”
Rumıniya - Azərbaycan 4:0 (3:0)
Rumıniya: 23. Stefan Tarnovanu, 2. Andrey Rus, 4. Sorin Şerban, 9. Andrey Banyoi (19. Raul Bayku, 73), 10. Antonio Sefer (7. Aleksandr Tirlya, 73), 13. Valentin Mihaele (18. Leonardo Mitruşşak, 90+2), 14. Ovidiu Horşia (5. Marko Ehmann, 90+2), 15. Vladimir Skreçu, 17. Marian Șerban, 20. Antonio Manolale (k), 22. Daniel Toma (8. Radu Kiriak, 84).
Ehtiyat oyunçular: 1. Andrey Kristya, 3. Rares İspas.
Baş məşqçi: Daniel Opresku.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 2. Rüstəm Nuriyev, 4. İbrahim Huseynov, 7. Turan Vəlizadə (6. İdris İnqilablı, 31), 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 20. Sərhad Daşdəmir (18. Emil Qasımov, 59), 23. Musa Qurbanlı (21. Zamiq Əliyev, 74).
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin.
Baş məşqçi: Vüqar Məmməd.
Qollar: V.Mihaele, 7 (1:0). V.Mihaele, 20 (2:0). A.Rus, 29 (3:0). A.Tirlya, 90+3 (4:0).
Vərəqələr: V.Mihaele, 41. Ş.Seyidov, 54. O.Horşia, 63. V.Məsimov, 78. D.Toma, 82 - sarı.
Hakimlər: ADRİAN JAKKOTYE, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya).
26 mart. Krasnodar. "Kuban" stadionu.
Dünən U-19 Avropa çempionatının elit mərhələsi çərçivəsində son oyununu keçirdi. Vüqar Məmmədin komandası Bakı vaxtı ilə saat 18.00-da Rumıniya ilə münasibətləri aydınlaşdırdı. Əslində son qarşılaşmalar formal xarakter daşıyırdı. Çünki artıq 2-ci turda final mərhələsinə kimin yollanacağı dəqiqləşmişdi. Bu, ilk iki oyunda Rumıniya (5:0) və yığmamızı (3:1) məğlub edən İrlandiya idi. Yeri gəlmişkən, irlandlar son turda meydan sahibi Rusiyanı da üstələyərək (2:0), maksimum nəticə ilə qrupu birincisi pillədə başa vurdu.
Milli isə qrupu daha yaxşı pillədə qapamaq istəyirdi. Ancaq Məmmədin komandası rumınlar önündə daramadağın oldu. U-19 artıq ilk yarıda qapısında 3 qol gördü. Fasilədən sonra, konkret desək, üçüncü uzatma dəqiqəsində rəqib daha bir dəfə millinin qapısına yol tapdı. Bəlkə də çoxları belə rüsvayçı sonluğu gözləmirdi. Çünki əksəriyyət elit mərhələdə mübarizə aparan bu futbolçuların potensialının olduğunu deyirdi. Ancaq rumınlardan 4 cavabsız qol "yeyən" və nəticədə qrup sonuncusu olan komanda yəqin ki, onların yanıldığını göstərdi.
1. İrlandiya 3 3 0 0 10-1 9
2. Rumıniya 3 1 1 1 4-5 4
3. Rusiya 3 0 2 1 0-2 2
4. AZƏRBAYCAN 3 0 1 2 1-7 1
Reaksiya
Vüqar Məmməd: “Komanda psixoloji cəhətdən çox yorğun idi. Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmişdi. Belə demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR