Bakıda təlim-məşq toplanışını davam etdirən 2001 təvəllüdlü futbolçulardan ibarət yığma yoldaşlıq oyunlarında gücünü sınayır. Martın 22-də “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millinin qolunu Məhəmməd Məhərrəmov vurub. Komandalar arasında növbəti oyun martın 24-də reallaşıb. Samir Əliyevin yetirmələri meydandan məğlub ayrılıb - 0:1.