Sizin reklam burada

U-19 qrupda qaldı

Baxış Sayı:399

U-19 qrupda qaldı
Bayram günlərində U-19 Avropa çempionatının elit mərhələsi çərçivəsində iki oyun keçirdi. Vüqar Məmmədin komandası martın 20-də Rusiya, 23-də isə İrlandiya ilə qarşılaşdı.
Azərbaycan – Rusiya 0:0
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 13. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev (9. Murad Mahmudov, 77), 11. Elvin Cəfərquliyev (6. İdris İnqilablı, 88), 15. Vüsal Məsimov, 19. Tural Bayramov (21. Zamiq Əliyev, 90+3), 23. Musa Qurbanlı (20. Sərhad Daşdəmir, 46), 24. Elnur İbrahimov.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 2. Rüstəm Nuriyev, 14. Zahid Mərdanov.
Baş məşqçi: Vüqar Məmməd.
Rusiya: 12. Anton Şitov, 3. İlya Martınov, 4. Aleksandr Mixaylov, 5. Pavel Maslov, 6. Vladimir Maskviçov, 8. Nail Umyarov (k), 9. Həmid Ağalarov (16. Mixail Aqeyev, 84), 10. Danila Yanov, 11. Vladislav Karapuzov (14. İlya Qomanyuk, 75), 17. Turqay Möhbalıyev (20 Aleksandr Çernikov, 46), 19. Daniil Prutsev (13. Danila Proçlyakov, 75).
Ehtiyat oyunçular: 1. Maksim Borisko, 2. Artyom Qurcan, 15. Rail Abdullin, 18. Dmitri Molçanov.
Baş məşqçi: Andrey Qordeyev.
Vərəqələr: K.Quliyev, 22. V.Maskviçov, 45. E.Cəfərquliyev, 81 – sarı.
Hakimlər: ADRİEN JAKKOTTE, Vital Jobin (hər ikisi İsveçrə), Balaj Szert, Adam Farkaş (hər ikisi Macarıstan).
20 mart. Krasnodar. “Krasnodar” Akademiyasının stadionu.
Yığmamızın yer aldığı qrupun oyunları Rusiyada keçirildiyindən meydan sahibləri əsas favoritlərdən biri sayılırdı. Bununla belə, milli şimal qonuşlarımızla heç-heçə etməyi bacardı. Qrupun digər oyununda isə irlandlar Rumıniyanı 5 cavabsız qolla üstələdi.
Rusiya ilə oyun haqda Vüqar Məmməd bunları deyib: “Güclü Rusiya yığmasına qarşı oynadıq. Rəqibimiz turnirin ən yaxşı komandalarındandı. Bizim üçün çətinlik yaradan amillərdən biri də heyətimizdə zədəli futbolçuların olmasıdı. Bu oyunu unudub, İrlandiya ilə görüşə hazırlaşacağıq. Rusiya ilə onun meydanında oynadığımızı nəzərə alsaq, qolsuz heç-heçəni qələbəyə bərabər hesab etmək olar. Amma oyun ərzində qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, realizə edə bilmədik. Xüsusilə də ikinci hissədə rəqibdən üstün oynadıq. Komandama nümayiş etdirdiyi oyuna görə təşəkkür edirəm. Onlar bu gün meydanda xarakter göstərdilər”.
İrlandiya – Azərbaycan 3:1 (1:0)
İrlandiya: 1. Brayan Maher, 2. Endryu Layons, 3. Kameron Leduic, 4. Cek Ceyms (12. Mark Makqinness, 90+1), 5. Oşin Makenti, 8. Ceyson Nayt, 9. Conatan Afolabi (k), 10. Uilyam Smallbone (15. Konor Qrant, 90+1), 11. Uilyam Ferri (19. Festi Ebosele, 90+3), 14. Luka Konnell (18. Nayall Morahan, 90+3), 17. Teyreyk Rayt (7. Ali Reqba, 79).
Ehtiyat oyunçular: 16. Georgi Makmahon, 13. Tom Qaston, 22. Riçard O'Farrell.
Baş məşqçi: Tom Mohan.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Huseynov, 5. Rauf Hüseynli (6. İdris İnqilablı, 90+2), 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev (9. Murad Mahmudov, 78), 15. Vüsal Məsimov, 18. Emil Qasımov (11. Elvin Cəfərquliyev, 46), 19. Tural Bayramov (2. Rüstəm Nuriyev, 66), 20. Sərhad Daşdəmir (23. Musa Qurbanlı, 66), 24. Elnur İbrahimov.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 14. Zahid Mərdanov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Qollar: T.Rayt, 41 (1:0). C.Nayt, 63 (2:0). K.Quliyev, 73 (2:1). C.Afolabi, 85 (3:1).
U.Smallbone 51-ci, T.Vəlizadə 73-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Vərəqələr: T.Rayt, 3. E.İbrahimov, 50. L.Konnell, 64. R.Hüseynli, 82. K.Leduic, 90+2 – sarı. E.Cəfərquliyev, 59 – qırmızı.
Hakimlər: ADAM FARKAŞ, Balaş Szert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya).
20 mart. Krasnodar. “Kuban” stadionu.
İkinci tur bütün suallara aydınlıq gətirdi. Belə ki, U-19 İrlandiya ilə görüşdə məğlub olaraq final mərhələsinə yüksəlmək şansını itirdi. Maraqlıdı ki, Rusiya – Rumıniya görüşündə də qalib müəyyənləşmədiyindən (0:0) son tur formallığa çevrildi. Yığmanın yer aldığı qrupdan Ermənistanda keçiriləcək final mərhələsinə İrlandiya yollanacaq. Yeri gəlmişkən, britaniyalılarla görüşdə hər iki komandanın penaltidən yararlana bilmədiyini, Məmmədin yetirmələrinin 59-cu dəqiqədən etibarən azlıqda mübarizə apardığını da qeyd edək.
Vüqar Məmmədin irlandlarla oyun haqda fikirləri belə olub: "Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istərsə taktiki baxımdan çox bacarıqlı komanda idi. Uduzmağımıza baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar. Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdı. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsi şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda final mərhələsinə layiq idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiyanı təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm".
Son turun oyunları bu gün keçiriləcək. Yığma Rumıniya, Rusiya isə İrlandiya ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq. Rumıniya – Azərbaycan matçı “Kuban” stadionunda, digər qarşılaşma “Krasnodar” Akademiyasının arenasında baş tutacaq. Artıq ilk yerin sahibi bəlli olduğundan, son tur yalnız təsəlli xarakteri daşıyır.
1. İrlandiya 2 2 0 0 8-1 6
2. Rusiya 2 0 2 0 0-0 2
3. AZƏRBAYCAN 2 0 1 1 1-3 1
4. Rumıniya 2 0 1 1 0-5 1
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR