Sizin reklam burada

Yurçeviç daha iki həmyerlisini yanına gətirdi

Baxış Sayı:453

Yurçeviç daha iki həmyerlisini yanına gətirdi
Yığmanın baş məşqçisi Nikola Yurçeviçin daha iki köməkçisi müəyyənləşib. Bunlar xorvat mütəxəssisin həmyerliləri Frano Leko ilə Armin Alibekoviçdi. Fitnes məşqçisi olan Lekonun son iş yeri "Əl-Əyn" (BƏƏ) olub. Skaut və video-analitik vəzifəsində fəaliyyət göstərən Alibekoviç isə həmin ölkənin U-17 yığmasında, həmçinin Polşa "Legiya"sında və Zaqreb "Dinamo"sunda işləyib.
Qeyd edək ki, bununla Yurçeviçin üç köməkçisi həmyerlisi olub. Daha biri əsas köməkçisi olan Mario Tokiçdi. Yerli köməkçiləri isə Arif Əsədov və qapıçılarla işləyən Dmitri Kramarenkodu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR