
Eltac “sülh”lə başladı
Dünən Şimali Makedoniya Respublikasının paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatı start götürüb. Qitə birinciliyinə 43 ölkədən 365 şahmatçı qatılıb. Ölkəmizi isə yarışda 7 şahmatçı təmsil edir. Şahmatçılarımızın iştirakı ilə 1-ci turda baş tutan oyunların nəticələri ilə tanış olun:
Rauf Məmmədov (2701) - Paulius Pultineviçyus (Litva, 2439)
Eltac Səfərli (2662) - Pyotr Piesik (Polşa) 0,5:0,5
Vladislav Kovalyov (Belarus, 2703) - Məhəmməd Muradlı (2444) 1:0
Məhəmməd Aslani (Kosovo, 2105) - Ülvi Sadıqov (2488)
Daniele Vokaturo (İtaliya, 2616) - Kənan Qarayev (2368) 1:0
Abdulla Qədimbəyli (2404) - Vadim Zvyagintsev (Rusiya, 2642) 0,5:0,5
Cahandar Azadəliyev (1863) - İqor Yanik (Polşa, 2454)
Qeyd edək ki, yarış bu il sentyabrın 9-da Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək dünya kubokuna seçim xarakteri daşıyır.