2017-nin payızında “Neftçi”dən ayrılandan sonra heç yerdə çalışmayan Elxan Abdullayevin işsiz günləri başa çatıb. Vaxtilə əsas yığmada Berti Foqtsun köməkçisi işləyən PRO kateqoriyalı məşqçinin dadına yenə AFFA çatıb. Belə ki, assosiasiya rəhbərliyi Abdullayevə yığmalarda iş verib.
Rəhmətlik Ruslan Abdullayevin oğlu bundan sonra U-15-dən U-19-a qədər millilərə nəzarət edən Miloş Velebitin köməkçisi funksiyasını daşıyacaq. Xəbəri əldə edən kimi Elxan bəylə əlaqə saxlayıb fikirlərini öyrəndik: “Bəli, düz məlumatdı. Velebitin köməkçisi işləyəcəm. Nə tapşırıq versə, onu yerinə yetirəcəm. Hazırda U-16 ilə toplanışdayıq. Makedoniyada turnir təşkil olunacaq, həmin yarışa hazırlaşacağıq”.
HƏBİB