Sizin reklam burada

Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya

Title
Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya
Novruz bayramı günlərində daha bir yığma bizi sevindirməyə çalışacaq. Belə ki, U-19 AÇ-nin elit mərhələsi çərçivəsində martın 20-də Rusiya, 23-də İrlandiya, 26-da isə Rumıniya ilə qarşılaşacaq. Qeyd edək ki, bu matçlar Krasnodar şəhərində reallaşacaq. Ruslar və rumınlarla görüşlər 18.00-da, irlandlarla duel isə 13.00-da başlayacaq. İlk oyun “Krasnodar” Futbol Akademiyasının stadionunda, ikinci qarşılaşma isə “Kuban”ın stadionunda gerçəkləşəcək. Vüqar Məmmədin yetirmələri artıq martın 15-dən sözügedən şəhərdə toplanışdadı.
U-19-un elit mərhələ üçün heyəti belədi: Nail Alışov, Turan Vəlizadə (hər ikisi “Neftçi”), Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı (hamısı “Qəbələ”), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Elnur İbrahimov (“Spartak-2”, Moskva/Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva/Rusiya), Sərhad Daşdəmir (“Fayld”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Murad Mahmudov (“Frankfurt”, Almaniya).
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.