Yığma Zaqreb sınağından sonra “doğma divarlar” arasında Litva ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Yoxlama matçı martın 25-i, saat 18.00-da “Bakcell Arena”da başlayacaq. İndiyədək Litva ilə iki dəfə münasibətləri aydınlaşdırmışıq. Milli bu rəqiblə 1998-ci ildə beynəlxalq turnirdə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. Litva 10 il sonra yoldaşlıq oyununda həmin məğlubiyyətin əvəzini çıxıb (1:0). Maraq üçün qeyd edək ki, Litva Millətlər Liqasında C divizionunda mübarizə aparırdı. Bu komanda Serbiya, Rumıniya və Monteneqro ilə eyni qrupda yer almışdı. Keçirdiyi 6 görüşün hamısında məğlub olan litvalılar sonuncu yeri tutdular.
İndi isə baş məşqçi Valdas Urbonasın Bakıya gətirəcəyi heyəti diqqətinizə çatdıraq: qapıçılar - Ernestas Setkus (“Hapoel”, Hayfa/İsrail), Dzyuqas Bartkus (“Hapoel” İroni/İsrail), Emiliyus Zubas (“Bney Yehuda”, İsrail); müdafiəçilər - Algis Yankauskas, Vaydas Slaviçkas, Vitautas Andriuskeviçyus (hamısı “Suduva”), Rolandas Baravikas (Jalgiris), Markas Palionis (“Reqensburq”, Almaniya), Rimvidas Sadauskas (Stumbras), Linas Klimaviçyus (“Dinamo”, Buxarest/Rumıniya), Egidius Vaytkunas (Kauno Jalgiris); yarımmüdafiəçilər - Vikintas Slivka (“Hibernian”, Şotlandiya), Arturas Julpa (“Tobol”, Qazaxıstan), Donatas Kazlauskas (Trakai), Deymantas Petraviçyus (“Falkirk”, Şotlandiya), Mantas Kuklis (“Jetısu”, Qazaxıstan), Saulius Mikolyunas, Modestas Vorobyovas (hər ikisi “Jalgiris”), Yustinas Malajas (Riterai); hücumçular - Fyodor Çernıx (“Dinamo”, Moskva/Rusiya), Arvidas Novikovas (“Yagelloniya”, Polşa), Neriyus Valskis (“Hapoel”, Təl-Əviv/İsrail), Paulius Qolubiçkas (Suduva).