Sizin reklam burada

Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir

Baxış Sayı:360

Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir
"Qrupun favoritini təəccübləndirməyə çalışacağıq"
Yığmanın baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına müsahibə verib. Xorvat mütəxəssis Zaqrebdəki oyun ərəfəsində düşüncələrini dilə gətirib.
- Xorvatiya ilə matçın hazırlığına başlamısız. Hazırlıq necə keçir?
- Təlim-məşq toplanışına başlayıb, seçmə mərhələnin oyununa hazırlaşırıq. Ancaq hələ də legioner həyatı yaşayan iki-üç oyunçu gözləyirik. Futbolçuların hamısı sağlamdı. Yalnız Azərbaycan çempionatının ötən turunda 1-2 xırda zədə var ki, onları da ciddi saymaq olmaz. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil edilib. Komanda üçün ideal şərait yaradılıb.
- Xorvatiya ilə Azərbaycanı müqayisə etsəz, hansı fərqləri qeyd edərdiz?
- Müqayisə aparırıqsa, FİFA-nın sıralamasına nəzər yetirmək lazımdı. Əlbəttə, fərq var, Xorvatiya tam başqa dünyadı. Ancaq bizim yaxşı oyunçularımız var və onlar spesifik futbol sərgiləyir. Bəzən kağız üzərində autsayder olan komanda güclü rəqib önündə sürpriz nəticə əldə edir və ya yaxşı müqavimət göstərir. Biz də “Maksimir”də bunu etməyə çalışacağıq. Görək bizdən gözlənilənləri nə dərəcədə qarşılayacağıq.
- Belə çıxır, Zaqrebə Xorvatiyanı şoka salmaq üçün gəlirsiz? Axı hamımız komandamızdan qələbə gözləyirik...
- Rəqibə yuxarıdan-aşağı baxmaq və ya onu həddən artıq güclü saymaq düzgün deyil. Bizim təslim olmaq fikrimiz yoxdu. Əksinə, uğurlu çıxış etməyə çalışacağıq. Düzdü, yüksək reytinqimiz yoxdu. Amma nəyəsə ümid etməyə haqqımız var. Qrupun favoritini təəccübləndirməyə çalışacağıq. Xorvatiya millisinə Azərbaycanda hörmətlə yanaşırlar. Bakıdakı hər addımımda da bunu hiss edirəm.
- Azərbaycan klubu “Qarabağ” bir neçə ildi avrokubokda yaxşı çıxış edir.
- Doğrudu. Amma hazırda çempionatda turnir cədvəlinə “Neftçi” başçılıq edir. Hər iki komandada kifayət qədər əcnəbi var ki, onlar klubda vacib rol oynayırlar. “Qarabağ” avrokuboklarda bir neçə dəfə qrupa düşüb, hətta bəzən favoritlərlə qarşılaşmalarda gözlənilməz nəticələrə də imza atıb.
- Azərbaycan mətbuatı Ramil Şeydayev, Rüfət Dadaşov, Eddi İsrafilov və Dmitri Nazarovu fərqləndirir. Sizin onlar barədə düşüncələriniz necədi?
- Şeydayev Rusiya premyer-liqasında çıxış edir, Rusiya futbolunun yetirməsidi. Biz onu səbirsizliklə gözləyirik. Ramil yaxşı ustalıq keyfiyyətlərinə malikdi. Ona inanırıq. Şeydayev əsas ümidlərimizdən biridi.
- Hesab edirik ki, siz Zaqrebdəki oyunun böyük hissəsini müdafiədə keçirəcəksiz. Bu haqda nə deyə bilərsiz?
- 90 dəqiqə ancaq müdafiə olunacağımızı gözləmək çətindi. Əlbəttə, hücumlarımızla Xorvatiyaya təhlükə yaratmağa çalışacağıq. İmkan yarandıqca buna cəhd edəcəyik. Xorvatiya millisinə böyük hörmətlə yanaşırıq. Onlar haqda hər şeyi bilirik. Lakin bizim də ümidlərimiz var. Bu iki yığmanın start mövqeləri bəllidi. Xorvatiya aşkar favoritdi. Amma həmişə ümid yeri var. Mən nikbinəm. Düşünürəm ki, yaxşı oyun göstərəcəyik. Bunun hansı nəticə üçün kifayət edəcəyini isə qarşılaşma göstərəcək.
FARİZ hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR