Sizin reklam burada

U-21-in heyətində iki dəyişiklik

Baxış Sayı:447

U-21-in heyətində iki dəyişiklik
Martın 16-dan Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma hazırlığı davam etdirir. Gənclər millisi "Deys" otelində məskunlaşıb. Milan Obradoviçin rəhbərlik etdiyi komanda məşqləri Bakı Olimpiya Stadionunun ehtiyat meydanında, gündə bir, bəzən iki dəfə olmaqla keçir. Məlum olduğu kimi, U-21 hazırlıq çərçivəsində iki sınaq matçı keçirəcək. Obradoviç martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə görüşdə yetirmələrini sınayacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15.00-da başlayacaq.
Gənclər yığmamız hələ ki tam heyətlə məşq etmir. Əvvəla, heyətdə dəyişiklik edilib. İki oyunçu düşərgədən kənarlaşdırılıb. Belə ki, MOİK-li Abbas Ağazadə və "Beşiktaş"ın oyunçusu Hüseyn Seyliğli U-21-dən kənarda qalıb. Buna səbəb onların zədəli olmalarıdı. Bu o deməkdi ki, toplanışa 24 futbolçu çağıran Obradoviç hazırlıq prosesini 22 nəfərlə - Kamran İbrahimov, Şahin Zəkiyev, Murad Qayalı, Nurlan Quliyev, Murad Popov, Amin Seydiyev, Rövlan Muradov, Turan Manafov, Ricat Qarayev, Baxşəli Baxşəliyev, Süleyman Əhmədov, Mətin Gülər, Faiq Hacıyev, Əli Sadıxov, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov, Ziya Əzizov, Tural Bayramlı, Arzuman Rizvanov və Fərid Nəbiyevlə davam etdirəcək. Ancaq sonuncular hələ düşərgəyə qoşulmayıblar. Çexiyada çıxış edən Fəridlə Arzumanın dünən çempionat oyunu var idi. Qeyd edək ki, "Slaviya"nın şərəfini qoruyan Nəbiyevin komandası lider "Sparta" ilə derbi matçına çıxıb. Arzumanlı "Bohemians" isə "Viktoriya"nın qonağı olub. Yığmamızın üzvləri bu gün Bakıya təşrif buyuracaqlar.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR