U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu
19 yaşadək futzalçılarda ibarət yığma Avropa çempionatının əsas mərhələsinə hazırlığı davam etdirir. Qeyd edək ki, martın 16-da bir araya gələn və ayın 25-də Bakını tərk edərək Sloveniyaya yollanacaq yığma qitə birinciliyinə 14 nəfərlik heyətlə hazırlaşır. Ağatahir Əzimov AÇ-yə Vladislav Reznov, Niyaz Əhmədov, İqbal Pənahov, Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov, Nurlan Mehdizadə, Hüseyn Qarayev, Kənan Əsədli, Ceyhun Nuriyev, Nicat Quluzadə, Rafael Mütəllimov, Fuad Məmmədzadə və Hüseyn Abutalıbovla yollanacaq.
Bu arada qrup oyunlarına evsahibliyi edəcək Sloveniya yoldaşlıq görüşü keçirib. Yığmamızın rəqibinin Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyunları martın 16-sı və 17-də baş tutub. İlk görüş “Roqatek” zalında gerçəkləşib və sloveniyalılar 6:0 hesablı darmadağına imza atıblar. Yığmamızın rəqibinin heyətində Timotey Debelyak (2), Matey Ahçin (2), Patrik Osredkar və Tilen Qayser fərqləniblər. Bazar günü isə oyun qitə çempionatına evsahibliyi edəcək “Podçetrtek” arenasında olub. Sloveniya bu dəfə meydanı məğlub tərk edib – 4:8. Hesabı sloveniyalılar açsa da, fasiləyə qədər qapısında 5 qol görüblər. İkinci yarının əvvəlində daha iki top buraxan meydan sahibləri yalnız 1:7-dən sonra ayılıb və ardıcıl 3 qol vurublar. Bununla belə, matçda son nöqtəni məhz serblər qoyub. İkinci oyunda Sloveniyanın heyətində Qayser (2), Marko Byelçeviç və Vanç Floryançiç adını tabloya yazdırıb.
Baş məşqçi Serbiya ilə oyunlarda bu futzalçılara güvənib: Maks Vesel, Yure Vetrih, Matey Ahçin, Vanç Floryançiç, Marko Mohoriç, Timotey Debelyak, Marko Byelçeviç, Tilen Qayser, Maks Vidmar, Maks Rotar, Tod Ciyha, Patrik Osredkar və Vid Kosa. Rəqibin heyətində 3 oyunçunun - Ceremi Bukoveç, Matiç Qoznik və Maks Veselanın zədəli olduğunu da bildirək.
Xatırladaq ki, yığmamız ilk oyununu martın 27-də keçirəcək. U-19 saat 22.45-də Cənubi Kiprlə qarşılaşacaq. Komandamız ertəsi gün Hollandiyadan olan həmyaşıdları ilə gücünü sınayacaq. Bu duel saat 19.30-da baş tutacaq. Qrup mərhələsinin son oyunu martın 30-da keçiriləcək. U-19 bu dəfə Sloveniya millisi ilə münasibətləri aydınlaşdıracaq. Oyun saat 21.00-da başlayacaq.
MİRAĞA

Son xəbərlər

Mbappenin aqibəti müəyyənləşdi

“Dalğa Arena”da 4 qol - VİDEO

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

Bütün xəbərlər