Milli komandaların oyunları ilə bağlı Topaz premyer-liqasında yaranmış fasilədən istifadə edən "Keşlə"də futbolçulara istirahət verilib. Klubun “feysbuk” səhifəsi vasitəsilə verdiyi xəbərə görə, dünən səhər saatlarında məşq edən paytaxt təmsilçisi hazırlığı martın 22-də bərpa edəcək. Baş məşqçi Tərlan Əhmədov fasilə zamanı yoxlama matçı planlaşdırır. Lakin rəqibin kimliyi və qarşılaşmanın keçiriləcəyi yer hələ bəlli deyil.
Qeyd edək ki, "Keşlə" fasilədən sonrakı ilk oyununu martın 30-da "Neftçi"yə qarşı keçirəcək.