Sizin reklam burada

Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!”

Baxış Sayı:393

Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!”
Milli komandamızın futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç Rusiya premier-liqasının 20-ci turunda "Anji"ni məğlub etdikləri oyunu şərh edib. Samara klubunun çernoqoriyalı çalışdırıcısı səfərdə qazanılan 2:0 hesablı qələbədən danışarkən yığmamızın gənc forvardı ilə bağlı da fikir bildirib: “Qələbəyə layiq idik. İlk hissə çətin olsa da, fasilədən sonra topla oynamağa başladıq. Şeydayev doğum günündə qol vurdu? O, son vaxtlar möhtəşəm oynayır, afərin! Ramilə görə şadam. Çalışqan və yaxşı oğlandı. Belə oynamağa davam etsin".
Qeyd edək ki, Ramil Şeydayev qış fasiləsindən sonra ardıcıl 3 oyunda 3 qol vurub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR