Üçüncü dövrənin lideri “Qarabağ”dı
“Neftçi” ən məhsuldar, “Sabah” ən intizamsız komandadı
Ötən cümə keçirilən 4 qarşılaşma ilə premyer-liqada 3-cü dövrə başa çatdı. Elta təmsilçiləri millinin oyunları ilə əlaqədar ikihəftəlik fasiləyə yollandılar.
İlk iki dövrədə olduğu kimi, "Neftçi" bu dövrəni də 1-ci yerdə başa vurdu. Ancaq bu dəfə vəziyyət bir qədər fərqlidi. Belə ki, Roberto Bordinin komandası bunadək ilk 2 dövrədə vahid lider olmuşdusa, 3-cü dövrəni "Qarabağ"la şərikli lider kimi bitirdi. "Neftçi", sadəcə, əzəli rəqibini şəxsi oyunlardakı nəticələrə görə qabaqladığından ilk pillədə qalır. “Ağ qaralar” qış fasiləsindən sonra meydana çıxıdğı 7 qarşılaşamada 21 mümkün xaldan 12-ni topladığı halda, “köhlən atlar” hesabına 15 xal yazmağı bacarıb. Qurban Qurbanovun komandasına rəqibindən 3 xal artıq toplamaq yetərli olub ki, ilk pilləyə şərik çıxsın.
3-cü yerdə qərarlaşan “Səbail” isə 7 tura 10 xal toplayıb. “Dənizçilər” dövrənin son iki qarşılaşmasını məğlubiyyətlə başa vurmasaydı, daha yaxşı göstəricələrə malik ola bilərdi. Sadəcə, Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv 20-ci turda səfərdə “Qəbələ”yə, ötən həftə isə “doğma divarlar” arasında “Qarabağ”a baş əyməklə önəmli xallar itirməklə yadda qaldı. Bundan yararlanan isə “Qəbələ” oldu. Mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən “qırmızı-qaralar” 3-cü dövrədə 3 qələbə və 3 heç-heçə ilə hesabına 12 xal yazdırıb ki, bu da şimallılara “Səbail”lə aradakı xal fərqini 2-yə endirməyə imkan verib. Turnir cədvəlinin ortalarında da ikihakimiyyətlikdi. Xalları eyni olsa da, öz aralarındakı oyunlarda qeydə alınan nəticələrə görə hələ ki “Sabah” 5-ci, “Zirə” isə 6-cı pillədə yer alıb. Ümumiyyətlə, mövsümün ilk iki dövrəsini boşa verən “qartallar”ın qışdan sonra dirçəlməsini xüsusi vurğulamaq lazımdı. Samir Abasovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 7 qarşılamada 12 xal toplayıb. “Tələbələr” isə 3-cü dövrəni ən bərbad keçirən iki komandadan biridi. Qışa qədər debütant olmasına baxmayaraq, bir çoxlarına başağrı yaradan, fasilə dönəmində heyətini Təmkin Xəlilzadə, Rəşad Eyubov kimi təcrübəli oyunçularla gücləndirən kollektivdən 3-cü dövrədə daha yüksək nəticələr gözlənilsə də, “Sabah” ehtimalları doğrultmadı və cəmi 5 xal topladı. Bu göstəriciyə görə “tələbələr” yalnız “Sumqayıt”dan üstün olduqları ilə qürrələnə bilərlər. “Keşlə”nin də fasilədən sonra keçirilən 7 turda o qədər də yaxşı təsir bağışladığını demək olmaz. Borc içində itib-batdığı, mövsümün sonunda elitadan düşəcəyi deyilən paytaxt klubu yığmanın oyunlarına görə yaranacaq fasiləyə qədər 7 xal toplayıb ki, bu da turnir cədvəlində ancaq 7-ci olmağa yetərlidi. Və nəhayət, 3-cü dövrənin ən uğursuz komandasının “Sumqayıt” olduğunu deməliyik. “Kimyaçılar” dövrəni bərbad keçirərək hesabına yalnız 2 xal yazmağı bacarıb. “Gənclik şəhəri”nin təmsilçisi 19-cu turda “Səbail”lə qolsuz heç-heçəyə razılaşıbsa, dövrənin son oyununda “Sabah”la 1:1 hesablı “sülh”ə imza atıb. 7 oyuna cəmi 2 xal toplayan komandanın yeri isə, təbii ki, tunir cədvəlinin zirzəmisi olmalıdı. 3-cü dövrədə toplanan xallara görə tunir cədvəli belədi:
1. Qarabağ - 15
2. Neftçi - 12
3. Qəbələ - 12
4. Zirə - 12
5. Səbail - 10
6. Keşlə - 7
7. Sabah - 5
8. Sumqayıt - 2
Məhsuldar Neftçi” və keçilməz “Zirə”
3-cü dövrədə azarkeşlər premier-liqada 52 qolun vurulduğuna şahidlik ediblər. Dövrənin ən məhsuldar komandası “Neftçi” olub. “Ağ-qaralar” 7 oyunda rəqib qapısından 10 top keçirə biliblər. “Qarabağ”da isə bu rəqəm 9-du. Göründüyü kimi, liderlər bu göstəricidə də bir-biri ilə rəqabət aparır. Ümumi götürəndə isə 21 turdan sonra Roberto Bordinin yetirmələri 36, ağdamlılar isə 41 dəfə qol sevinci yaşayıblar. Turnir cədvəlində olduğu kimi, 3-cü dövrədə məhsuldarlıq baxımından da “Səbail” üçüncüdü. “Dənizçilər” qış fasiləsindən sonra 8 dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Digər klublarda isə başa çatan dövrədə qol sayı belədi: “Qəbələ” - 7, “Zirə” – 6, “Keşlə” – 5, “Sabah” – 4, “Sumqayıt” – 3. Qış fasiləsindən bu yana keçirilən 28 görüşdə qapılara ümumilikdə 52 qolun vurulduğunu nəzərə alsaq, 3-cü dövrədə premyer-liqada orta məhsuldarlığın 1,9 olduğunu deyə bilərik.
Son 7 qarşılaşmada ən etibarlı müdafiə xətti “Zirə”də olub. Bakıətrafı qəsəbə təmsilçisi cəmi 3 dəfə topu qapı torundan çıxarmalı olub ki, bunun da ikisi 15-ci tur çərçivəsində keçirilən “Sabah”la oyuna təsadüf edib. Çox maraqlıdı ki, premyeri-liqanın liderləri olan “Neftçi” və “Qarabağ” “qartallar”ın qapısına yol tapa bilməyib. “Sabah” isə dövrə ərzində qapısında ən çox qol görən komanda adına sahib çıxıb. Elşad Əhmədovun yetirmələri rəqiblərinə 10 dəfə qol sevinci yaşamağa imkan verib. “Keşlə” ilə “Sumqayıt” isə 7 görüşdə 9 dəfə məyus olub. Səbail”də bu göstərici 7-di. “Qəbələ” ilə “Neftçi”nin qolkiperləri 5 dəfə topu tordan çıxardığı halda, “Qarabağ” 4 dəfə meydanın mərkəzinə dəvət olunub.
Əhmədovların birində “dəmir intizam”, digərində “özfəaliyyət”
“Sabah” 3-cü dövrədə cəmi 5 xal toplamasına baxmayaraq, intizamsızlıq baxımından ilk pillədədi. “Tələbələr” 7 oyuna 28 sarı və 4 qırmızı vərəqə ilə “mükafatlandırılıblar”. Ola bilsin, debütantın uğursuz çıxışının kökündə də məhz bu məqam durur. Lider “Neftçi”də bu göstərici də “fərqlənənlər” arasındadı. “Ağ-qaralar”ın passivində 24 sarı və 2 qırmızı vərəqə var. “Zirə” və “Qəbələ”də eyni rəqəmlərdi: 16 sarı, 1 qırmızı. Hakimlər “Qarabağ”ın 15 futbolçusuna sarı verdiyi halda birini meydandan qovub. “Sumqayıt”da 1 futbolçu meydanı erkən tərk etməli olub. Sarı vərəqlərin sayı isə 18-di. “Səbail”in oyunçuları isə 21 “sarı” almaqla yanaşı, 1 görüşdə də meydanda azlıqda qalıblar. Dövrənin ən intizamlı kollektivi adına “Keşlə” sahibdi. Tərlan Əhmədovun oyunçuları 7 qarşılaşmada ümumilikdə qarşısında 18 sarı görməsinə rəğmən, heç biri komandasını pis vəziyyətdə qoyub, rəqibin say üstünlüyünə yiyələnməsinə imkan verməyib.
RƏŞAD

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"NEftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər