Sizin reklam burada

Turun oyunçusu

Title
Turun oyunçusu
Dani Kintana (Qarabağ)
Premyer-liqanın 3-cü dövrəsinin son turunda “Qarabağ” vacib qələbə qazandı. Bununla da “köhlən atlar” lider “Neftçi” ilə xallarını bərabərləşdirdi. “Səbail”lə görüşdə Ağdam təmsilçisinin qalib gəlməsində Dani Kintananın payı böyük oldu. İspan yarımmüdafəçi öncə cərimə zərbəsindən mükəmməl qola imza atdı. Daha sonra isə komandasına penalti qazandırdı ki, “Qarabağ” məhz bunun sayəsində qələbəyə sevindi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.