Həftəsonu futzal üzrə birinci liqada 22-ci turun qarşılaşmaları keçirilib. İki günə sığan turun açılış oyununda lider “Baku Fire” ilə ən yaxın izləyicisi ADBTİA qarşılaşıb. Oyun kifayət qədər gərgin və maraqlı keçib. Hesabı “idmançı tələbələr” açsa da, lider tezliklə “status-kvo”nu bərpa edib. İkinci hissədə üstünlüyə yiyələnən “Baku Fire” hesabı da lehinə dəyişib. Qələbə sayəsində zirvədəki yerini möhkəmlədən “Baku Fire” xal fərqini də artırmış olub. ADBTİA-nın məğlubiyyətindən “Standard” maksimum yararlanıb. Qələbə qazanan “qırmızı-qaralar” ikinci pilləyə yüksəlib. Günün daha bir görüşündə isə "Baku Fans" "Yasamal MFK-2" ilə xal bölgəsinə üstünlük verib.
Tura şənbə günü baş tutan ş 3 oyunla yekun vurulub. Avropa çempionatına hazırlaşan U-19 səfər ərəfəsində son rəsmi matçına çıxıb. Yığmanın baş məşqçi Ağatahir Əzimov cəzalı olduğuna görə “Füzuli” ilə qarşılaşmanı kənardan izləyib. Hesabı nominal qonaqlar açsa da, fasiləyə qədər “status-kvo” bərpa olunub. İkinci hissənin əvvəlində də “Füzuli” hesabı lehinə dəyişib. Yalnız hissənin ortalarında U-19 yenidən bərabərliyi nail olub. Oyun ərzində hər dəfə hesabı lehinə dəyişən “Füzuli” sona 26 saniyə qalmış qələbə topunu vurub. Günün ikinci oyunu da gərgin keçib və “Çinar Cəbrayıl” mövsümdə üçüncü qələbəsini qazanıb. “Zəngilan” da turu 3 xalla qapayıb. Qədir Rüstəmovun hesabı açdığı qol isə komandasının cari mövsümdə vurduğu 100-cü qol olub.
Qeyd edək ki, “Sabunçu” komandası yarışdan kənarlaşdırıldığına görə AZMİU-nun hesabına 3 xal yazılıb.
Baku Fire - ADBTİA 2:1
Baku Fans - Yasamal MFK-2 2:2
Ulduz – Standard 3:7
Sovetski - Green Log 0:11
U-19 – Füzuli 3:4
Metropoliten - Çinar Cəbrayıl 4:5
Abşeron - Zəngilan 1:9
1. Baku Fire 22 21 1 0 175-34 64
2. Standard 22 20 0 2 179-58 60
3. ADBTİA 22 19 1 2 191-30 58
4. AZMİU 22 13 2 7 116-71 41
5. Green Log 22 13 2 7 115-69 41
6. Baku Fans 22 12 2 8 103-74 38
7. Zəngilan 22 11 3 8 108-78 36
8. U-19 22 11 2 9 150-63 35
9. Yasamal MFK-2 22 11 2 9 114-100 35
10. Metropoliten 22 10 2 10 113-141 32
11. Ulduz 22 5 1 16 98-131 16
12. Füzuli 22 4 3 15 56-152 15
13. Abşeron 22 4 1 17 76-198 13
14. Sabunçu 22 3 2 17 48-175 11
15. Çinar Cəbrayıl 22 3 2 17 63-169 11
16. Sovetski 22 2 2 18 59-206 8