Marinadan tarixi addım və finala vəsiqə
Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda ikinci yarış günü yekunlaşıb. Dünən Marina Nekrasova növbəti finala vəsiqə qazanıb. Təmsilçimiz gimnastika tirində 12.566 xal toplamaqla 6-cı pillənin sahibi kimi finala adlayıb. Marinanın daha bir əlamətdar çıxışı sərbəst hərəkətlərdə olub. Belə ki, idmançımız gimnastika tarixində ilk dəfə qapalı idman geyimində öz proqramını icra edib və bununla da yeniliyə imza atıb. Marinanın “Sarı gəlin” musiqisinin notları altında, çətin elementlərdən ibarət nümayişi tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanıb.
Təsnifat mərhələsində ən yüksək icra xalını toplamış idmançılara ənənəvi Azərbaycan Gimnastika Federasiyasının kuboku - “AGF Trophy” təqdim edilib. Mükafata Ceyd Keri (ABŞ) və Konstantin Kuzovkov (Gürcüstan) sahib çıxıb.
Qeyd edək ki, bu gün və sabah dünya kubokunda final mərhələləri baş tutacaq. Təmsilçilərimiz ümumilikdə 4 alət üzrə medallar uğrunda mübarizə aparacaq. Marina Nekrasova dayaqlı tullanma, Murad Ağarzayev sərbəst hərəkətər, Nikita Simonov isə halqalarda məharətini göstərəcək.
Yeri gəlmişkən, həftəsonu Kiyevdə bədii gimnastika üzrə "Deryuqina kuboku" keçiriləcək. Turnirdə Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Səbinə Hümmətovadan ibarət qrup hərəkəti komandamız mübarizə aparacaq.


Son xəbərlər

Liberiya millisinin üzvü Azərbaycan klubunun düşərgəsində

Gəncəli deputat: "Komandamız "Turan Tovuz"u məğlub edəcək potensialdadı"

"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

Makqreqor xəstələnən Poryeyə söz atdı

“İmişli” Saatlını doğma stadiona dəyişir

DÇ-2022-də 1/4 final həyacanı - YENİLƏNİR

Fürinin xanımı də Usikin adını çəkdi - MÜSAHİBƏ

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

Şəhriyar Əliyev: “Ayxan Abbasov nə desə, o da olacaq”

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

Gəncədə qərb, Bakıda paytaxt derbisi - YENİLƏNİR

Azərbaycanlı məşqçilər Brondbüdə seminarda iştirak ediblər

2 idmaçımızdan qızıl medal

Liderdən növbəti qələbə

İspaniya nəhəngi Qarnaçonu istəyir

"Azersun Arena"da 4 qol - VİDEO

Qurban Qurbanov: "Cavab qarşılaşması daha maraqlı olacaq"

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Kamal Bayramov: "Qərb derbisi azarkeşlər üçün xüsusi maraq kəsb edir"

Yüksək Liqada ilə yekun vuruldu

Braziliya millisi üçün xoş xəbər

Raysın durumuna aydınlıq gəldi

“Zirə”dən minimal hesablı qələbə - VİDEO

Laurentsiu Regekampf: “Komandamı dəyişməyi düşünmürəm”

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Endrikin yeni klubu bəlli oldu

“Zirə”nin hücumçusu zədələndi

“Neftçi”də ciddi itki

“Türkiyə futbolu Avropa səviyyəsindədi”

Azərbaycanlı şahmatçı İspaniyada çempion oldu

Lənkəran təmsilçisi matça gəlmədi

“Türkiyədə açıqlamaq istəmədiyim səbəblərə görə şans qazanmadım”

Messi – Ronaldo rəqabəti DÇ-də də davam edir

"Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi" - "Neftçi" azarkeşi

“Qətərdə hələ ki, heç bir neqativ durum yaşanmayıb”

Hörmət, yoxsa sərvət? - TƏHLİL

Azərbaycan şahmatçıları üçün Mahaçqala sınağı

“Zirə” ilə oyundan əvvəl "Neftçi"də “Sağlamlıq durumu” - VİDEO

FFF-nin şikayəti əsassız sayıldı

DİN azarkeşlərin saxlanılmasına reaksiya verdi: “Onlar ictimai qaydaları pozub”

Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Bütün xəbərlər