2001-ci il təvəllüdlü futbolçulardan ibarət yığma bü gündən Bakıda təlim-məşq toplanışına başlayır. Samir Əliyevin baş məşqçisi olduğu komanda martın 25-dək davam edəcək hazırlıq prosesi çərçivəsində iki yoxlama görüşü keçirəcək. Yığma hər iki qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyunlar martın 22-si və 24-də baş tutacaq. Yeni baş məşqçi toplanışa 23 oyunçu dəvət edib: Elməddin Sultanov, Samir Qurbanov, Məhəmməd Məhərrəmov, Veysəl Rzayev (hamısı "Qəbələ"), Nihad Qurbanlı, İnqilab Əkbərov, İlkin Əbiyev, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı "Neftçi"), Hikmət Verdiyev, Ədilxan Qarəhmədov, Raul Həsənzadə, Elşad Tağıyev, Xəlil Bəşirov, Murad Məmmədov (hamısı "Səbail"), Ələkbər Ağayev, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə (hamısı "Sumqayıt"), Ramin Əhmədov (Zaqatala), Nihad Quliyev, Ayxan Arazlı (hər ikisi "Qarabağ"), Cavidan Rəhimli (MOİK), Zahir Xanhüseyinli (Zirə).