Sizin reklam burada

Qaxda da mükafatçılar müəyyənləşdi

Title
Qaxda da mükafatçılar müəyyənləşdi
Martın 13-14-də Qax rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib. Qax Olimpiya İdman Kompleksində təşkil olunan yarışda rayonun 12 məktəbindən 140 şagird iştirak edib. Turnirin ilk günündə qruplar üzrə 12 oyun baş tutub. Növbəti gün isə pley-off mərhələsinin oyunları təşkil olunub. UEFA-nın dəstəyi ilə keçirilən turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunub. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalibə isə kubok verilib. Turnirin qalibi 5 saylı tam orta məktəbin komandası olub. Tasmalı kənd tam orta məktəbin komandası ikinci, Turaclı kənd tam orta məktəbinin komandası üçüncü yeri tutub. Qum kənd tam orta məktəbinin şagirdi İlayda Murtazayeva turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasının, həm də qadınlardan ibarət yığmanın yaradılmasıdı. AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.