Sizin reklam burada

"Zirə" şərikini udub, başqasına şərik oldu

Baxış Sayı:869

"Zirə" şərikini udub, başqasına şərik oldu
84. Zirə - Keşlə 2:0 (0:0)
85. Kamal Bayramov (k) - 5,0
88. Tellur Mütəllimov - 5,0
14. Bəxtiyar Həsənalızadə - 5,5
27. Adrian Skarlatake - 5,5
2. İlkin Qırtımov - 5,0
38. İlkin Muradov - 5,5
11. Dilan Duventru - 5,0
23. Mfo Kqasvane - 4,5
(10. Sadio Tounkara, 36) - 5,5
9. Aleksandr Dedov - 4,5
(20. İsmael Fofana, 63) - 4,5
91. Bilal Həmdi - 6,0
18. Xulio Sezar Rodriges - 5,5
(48. Şafik Tiqruca, 80) - qiymətsiz
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
3. Budaq Nəsirov
6. Vüqar Mustafayev
8. Kamal Mirzəyev
26. Miloş Radivoyeviç
39. Sadiq Quliyev
77. Mirsahib Abbasov
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bilal Həmdi

30. Davud Kərimi - 5,0
19. Azər Salahlı - 4,0
(17. Samir Məsimov, 75) - 4,5
33. Tərlan Quliyev (k) - 4,5
(9. Amil Yunanov, 83) - qiymətsiz
3. Denis Silva - 5,0
65. Cabir Əmirli - 4,5
25. Con Kamara - 4,5
32. Valeri Kutsenko - 4,5
4. Slavik Alxasov - 5,5
22. Nikola Mitroviç - 5,0
11. Vüsal İsgəndərli - 4,5
23. Conatan Ayite - 4,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
8. Seymur Əsədov
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
21. Angelo Pena
24. Fuad Bayramov
66. Murad Qayalı
78. Elmir Rəhimzadə
91. Nurlan Quliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Slavik Alxasov
Qollar: C.Əmirli, 69-öz qapısına (1:0). X.S.Rodriges, 79 (2:0, S.Tounkara).
X.S.Rodriges 54-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: A.Dedov, 44 (qeyri-idman hərəkəti). S.Tounkara, 53 (qeyri-idman hərəkəti). S.Alxasov, 61 (qeyri-idman hərəkəti). X.S.Rodriges, 76 (qeyri-idman hərəkəti). D.Duventru, 84 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
15 mart. Zirə. İdman Kompleksinin stadionu. 400 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hər iki komanda qələbə üçün əlindən gələni edəcəkdi. Tərəflərin eyni xala malik olması, sonuncu pillədən uzaqlaşmaq istəyi qarşılaşmanı maraqlı edən məqamlar idi.
Oyunun əvvələri qarşılıqlı hücumlar şəraitində keçdi. Artıq 5-ci dəqiqədə Əhmədovun komandası hesabı aça bilərdi. Ancaq Slavikin vuruşundan sonra top dirəkdən döndü. "Zirə"nin buna cavabı da yetərincə təhlükəli alındı. 11-ci dəqiqədə Dilanın başla zərbəsi zamanı tir meydan sahiblərinin sevinməsinə əngəl oldu. Ümumiyyətlə, ilk 20 dəqiqədə sürətli oyunun şahidi olduq. Bu müddətdə Bilalın da fərqlənmək imkanı olduğunu, lakin fürsəti dəyərləndirə bilmədiyini də qeyd edək. 36-cı dəqiqədə isə "qartallar"ın heyətində məcburi dəyişiklik reallaşdı. Kqasvane zədələndiyi üçün Tounkara ilə əvəzləndi. Bundan 2 dəqiqə sonra Kərimi ciddi təhlükəni sovuşdurmaqla diqqət mərkəzinə düşdü. İlk yarının qalan dəqiqələrində başqa yaddaqalan vəziyyət izləmədik.
İkinci hissə daha dramatik alındı. Özü də "Keşlə" rəqibindən üstün təsir bağışlayırdı. Əvvəlcə Slavikin olduqca təhlükəli zərbəsindən sonra top müdafiəçiyə toxunub, azca istiqamətini dəyişdi və qapının yanından keçdi. Ardınca Əhmədovun komandası kobud oyuna görə penalti tələb etsə də, referi onların istəyini reallaşdırmadı. Əksinə, 54-cü dəqiqədə "Zirə"nin xeyrinə 11 metrlik cərimə zərbəsi təyin etdi. Müdafiəyə köməyə gələn Ayite əllə oynamışdı. "Nöqtə"yə Sezar yaxınlaşdı və onun zərbəsi zamanı Kərimi topu qaytardı. Özünü yetirən Bəxtiyar təkrar vuruşla toru silkələdi. Ancaq Həmzəzadə qolu qeydə almadı və penaltini təkrarlatdı. O, qapıçının vaxtından əvvəl xətdən çıxdığı üçün bunu etdi. Maraqlıdı ki, topun arxasına yenə Rodriges keçdi və yenə də Kərimi onun fərqlənməsinə imkan vermədi.
"Zirə"nin fürsəti dəyərləndirə bilməməsi sanki "Keşlə"ni ruhlandırdı. Əhmədovun komandası əməlli-başlı basqı edirdi. Bu dəqiqələrdə Slavikin daha bir yaddaqalan zərbəsinin şahidi olduq. Müdafiəyə çəkilən "qartallar" əks-həmlə üçün imkan gözləyirdi. Nəhayət, 69-cu dəqiqədə Abasovun yetirmələrinin əlinə belə fürsət düşdü. Topu ələ keçirən Həmdi təxminən 60 metr reyd etdi, onunla yanaşı qaçan Conatan heç cür rəqibinə mane ola bilmədi, Kamaranı geridə qoyan Bilal qapıya paralel, eləcə də sürətli ötürmə etdi. Cabir isə topu öz qapısına göndərdi. Bundan sonra özünəinamı artan zirəlilər daha rahat oynamağa başladılar. İlk qoldan düz 10 dəqiqə sonra "Keşlə" yenidən meydanın mərkəzinə dəvət olundu. Tounkaranın asması zamanı penaltini qaçıran Xulio başla dəqiq oynadı. Bu həm də matçın yekun nəticəsini müəyyənləşdirən qol idi. Qələbə "Zirə"ni 6-cı yerin şərikinə çevirdisə, "Keşlə"nin son pillə ilə xal fərqi 2-yə endi.
FARİZ

Reaksiyalar
Tərlan Əhmədov: "Komandamın mübarizəsindən razı qaldım. Düzdü, səhvlər var. Təəssüf ki, məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Bura 3 xal üçün gəlmişdik. Yol verdiyimiz səhvlər bizi məğlubiyyətə apardı. İtkilərimiz də var. Davuddan razı qaldım. Onun çıxışı alqışalayiqdi. Sərtan da zədəlidi. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var. Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilmir. Buraxılan ilk qol həlledici oldu. Bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 əcnəbi oyunçuları var. Onların qarşısı alınmalı idi. Hər halda, qapımızda qol görümüşüksə, səhv var. Amma sönük oyun göstərmədik. Baxımlı oyun var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız oldu. Gələcəyə ümidlə baxırıq. Sonuncu yerlərdə olan komandalarda təzyiq həmişə çox olur. Eyni zamanda çempionluğa oynayan klubda. Bu da təbii haldı. Nə qədər təzyiq çox olsa, daha möhkəm olmalıyıq. Bu, bizə əlavə stimul verməlidi. Səhvlərimizin üzərində çalışıb, daha yaxşı nəticələr göstərməyə çalışacağıq. "Sumqayıt"la oyunun nəticəsindən xəbərim yoxdu... Kamran Ağayevin yığmaya çağırılmaması? Bu sualın mənə aidiyyatı yoxdu. Yığmanın yeni baş məşqçisi var və onun öz baxış tərzi mövcuddu. Seçim onundu. Biz də hörmətlə yanaşmalıyıq. Bu suala o daha yaxşı cavab verə bilər".
Samir Abasov: "Oyunun əvvəlindən həyəcan var idi. Sona qədər də necə nəticələnəcəyini bilmirdik. Çox həyəcanlı idik. Çətin rəqiblə qarşılaşdıq. "Keşlə" ilə əvvəllər də oyunlarımız alınmayıb. Sevindirici haldı ki, qalib gəldik. Millilərin oyunlarına görə yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə xeyri olacaq. İnanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq... Penalti epizodu? Rodriges zərbəni qaçırdıqdan sonra penaltini başqa oyunçuya vermək Sezara "zərbə" olardı. Kənardan qışqırsan ki, sən vurma, başqa oyunçu yerinə yetirsin, bu, ona pis təsir edə bilərdi. Əcnəbidi, dilini də başa düşmürsən, həmin an mübahisəyə səbəb ola bilərdi. Penaltini qola çevirmədiyinə görə yox, ümumilikdə oyun məni həyəcanlandırdı. Bizdə çox şey alınmırdı. Bəzi futbolçularımız həddən artıq ağır görünürdü. Buna görə məyus idim. Şükür ki, qarşılaşmadan qalib ayrıldıq".

Gözdən qaçmadı
* Oyundan öncə "Zirə" azarkeşləri klubun bayraqları ilə içəri keçmək istəyərkən polis onları dayandırdı. Bayraqların bərkidildiyi dirəklər ayrı, parçaları isə ayrı gətirildiyi üçün asayiş keşikçiləri tərəddüddə idi. Ancaq sonradan anlaşılmazlıq aradan qaldırıldı və tirbunada "Zirə"nin bayraqları dalağalanırdı.
* Start fitindən əvvəl Kamal Bayramovun qoruduğu qapı torunda problem yaranmışdı. Laysmanın üzə çıxardığı çatışmazlığı aradan qaldırmaq işini həm qapıçı, həm də "Zirə"nin bir neçə oyunçusu üzərinə götürdü.
* Zədəli olduğuna görə matçı buraxan Kamran Ağayev qonaqlara məxsus tribunada "Keşlə"nin məşqçisi Rəşad Sadiqovla yanaşı əyləşmişdi. İlk yarıda oyunda yaranan fasilədən istifadə edən qolkiper Vüsala səsləndi və "ortaya oyna" məsləhətini verdi. İsgəndərli isə əli ilə ona "əla" işarəsi göstərdi. "Keşlə" məğlub durumda olanda, xüsusən son dəqiqələrdə Kamran özünə yer tapa bilmirdi. Yeri gəlmişkən, "Keşlə" azarkeşləri həm onun, həm də Rəşadın adını çəkərək alqışladılar.
* PFL cari mövsüm ilk dəfə Zirədə premyer-liqa oyunundan canlı yayın təşkil etdi.
* Xulio Sezar 76-cı dəqiqədə sarı vərəqəni maraqlı addımının qarşılığında aldı. O, rəqib cərimə zərbəsi vurarkən topla "canlı sədd"in arasındakı məsafənin doğru olmadığı iddiası ilə özü oranı "metrələmək" qərarına gəldi. Bunun da qarşılığı "sarı" oldu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR