Sizin reklam burada

Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər

Baxış Sayı:804

Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər
81. Sabah (Bakı) – Sumqayıt 1:1 (0:1)
30. Saşa Stamenkoviç – 5,5
17. Təmkin Xəlilzadə - 5,5
5. Kərim Diniyev – 5,5
13. Filip İvanoviç – 5,0
11. Elgün Nəbiyev – 5,5
(33. Eltun Turabov, 90+3) – qiymətsiz
15. Erik Ramos – 5,0
91. Coşqun Diniyev – 5,5
(19. Məqsəd İsayev, 90) – qiymətsiz
25. Vanderson Silva – 5,5
7. Rəşad Eyubov – 6,0
10. Cavid İmamverdiyev (k) – 5,5
9. Marko Deviç – 4,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
21. Novruz Məmmədov
6. Vadim Abdullayev
4. Tərzin Cahangirov
27. Bəxtiyar Soltanov
22. Miloş Bosançiç
88. Elçin Əsədov
42. Reza Biqdelo
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Rəşad Eyubov

12. Rəşad Əzizli – 5,0
74. Yusif Nəbiyev – 5,0
2. Rail Məlikov – 5,5
3. Vurğun Hüseynov (k) – 5,0
5. Adil Nağıyev – 5,0
21. Arif Daşdəmirov - 4,5
99. Əli Babayev – 4,5
10. Aleksey İsayev – 5,0
60. Elvin Məmmədov – 6,0
17. Nicat Qubanov – 5,0
(22. Əfran İsmayılov, 46) – 4,0/
9. Ehtiram Şahverdiyev, 75) – 4,5
8. Peyman Babayi – 4,0
(11. Atilla Yıldırım, 62) – 3,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
7. Cavid Tağıyev
34. Elvin Bədəlov
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov
77. Murad Xaçayev
18. Süleyman Əhmədov
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Elvin Məmmədov
Qollar: E.Məmmədov, 40 (0:1, A.Daşdəmirov). R.Eyubov, 77 (1:1, C.İmamverdiyev).
C.İmamverdiyev 33 dəqiqədə penaltidən yararlana bilməyib (dirək).
Vərəqələr: Ə.Babayev, 14 (qeyri-idman hərəkəti). N.Qurbanov, 17 (qeyri-idman hərəkəti). M.Deviç, 28 (hakimin qərarına etiraz). A.Nağıyev, 32 (qeyri-idman hərəkəti). C.Diniyev, 43 (hakimin qərarına etiraz). V.Hüseynov, 45+1 (qeyri-idman hərəkəti). A.Yıldırım, 82 (qeyri-idman hərəkəti). E.Ramos, 82 (qeyri-idman hərəkəti) – sarı. M.Deviç, 29 (hakimin qərarına etiraz) – qırmızı (ikinci sarı).
Hakimlər: ORXAN MƏMMƏDOV, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
15 mart. Masazır. Əlincə Arena. 1000 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə, 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Dünən “Əlincə Arena”da 3-cü dövrənin iki ən uğursuz komandası üz-üzə gəldi. Meydan sahibləri geridə qalan oyunlarda hesabına 4 xal yazdırmışdısa, qonaqlar yalnız 1 xala sevinmişdi. Bu üzdən çempionatda yaranacaq fasilə ərəfəsində hər iki komandanın meydana 3 xal üçün çıxacağı gözlənilirdi. İlk dəqiqələrdən böyük üstünlüyə yiyələnən meydan sahibləri artıq 7-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Rəşaddan əla ara ötürməsi alan Deviç Əzizli ilə təkbətək çıxmasına baxmayaraq, real qol şansını əldən verdi. Yeri gəlmişkən, bəribaşdan qeyd edək ki, Eyubov 90 dəqiqə boyunca dayanmadan işləməklə meydanda olanlar arasında ən yaxşı idi. Marko isə oyunun antiqəhrəmanı kimi yadda qaldı. Təcrübəli forvard bir dəqiqə ərzində qarşısında iki sarı vərəqə görməklə meydanı erkən tərk etdi. Azlıqda qalan “tələbələr”in ehtiyatlı oyuna üstünlük verəcəyi gözlənilsə də, tam əksi oldu. Hətta 33-cü dəqiqə meydan sahibləri penalti vurmaq hüquq qazandı. Vurğun başla geri ötürmə verərkən səhvə yol verdi ki, cərimə meydançasında Coşqun topu ələ keçirib qapını nişan almaq istəyərkən Adil onu yoverilməz fəndlə yerə sərdi. Baş hakim isə haqlı olaraq “nöqtə”ni göstərdi. Lakin İmamverdiyev şansdan yararlana bilmədi. Yarımmüdafiəçinin zərbəsi dirəyə tuş gəldi. İlk yarının sonuna 5 dəqiqə qalmış isə oyunun axarı ilə uzlaşmayan qol vuruldu. Daşdəmirovun qapı önünə asmasını Elvin dəqiq tamamladı.
Fasilədən sonra meydanda yalnız bir komanda var idi. İlk hissəni izləməyənlər meydan sahiblərinin yox, qonaqların azlıqda qaldığını düşünə bilərdi. Vanderson - Cavid – Rəşad “üçlüy”ü “kimyaçılar”ın müdafiəsini “sürümüşdü”. Bir-biri ilə gözüyumlu anlaşan “üçlük” müxtəlif qeyr-standart gedişlər, kəskin ötürmələrlə yadda qalırdılar. Və belə hücumlardan biri qolla nəticələndi. Sol cinahla irəliləyən Vanderson İmamverdiyevə ötürmə etdi. O isə bir toxunuşla boş zonaya açılan Eyubovu zərbə mövqeyinə çıxardı. Matçboyu fırtına kimi əsən Rəşad uzaq küncü dəqiq nişan aldı. Matçın qalan dəqiqələrində “tələbələr” hücumlarını davam etdirsələr də, qələbə qolunu vura bilmədilər. 3-cü dövrəni boşa verən “kimyaçılar”da isə bayram ərəfəsində ab-hava daha da pozuldu desək, yanılmarıq. Ümumiyyətlə, “Sabah”la matçda “gənclik şəhəri”nin təmsilçisinin heyətində Elvin istina olmaqla heç bir futbolçu sanki qələbə qazanmaq istəmirdi. Xüsusilə də bugünlərdə milliyə dəvət alan Əli Babayevlə Aleksey İsayevin bərbad oyun sərgiləməklə yadda qaldığını vurğulamaq lazımdı. Bir anlıq Xorvatiyaya qarşı bu futbolçularla oynayacağımızı düşünəndə... “Allah ölkə futbolunu növbəti biabırçılıqdan saxlasın” deməkdən başqa əlimizdən heç nə gəlmir.
RƏŞAD

Reaksiyalar
Elnur Çodarov: “Qarşılaşma haqda danışılası bir şey yoxdu. Bu gün çempionatda ən zəif oyunumuzu oynadıq. Bundan nəticə çıxarmaq lazımdı. Sevindirici haldı ki, belə oyunla 1 xal qazandıq. Bu gün komandada xarakter, istək çatmadı. Həftəboyu futbolçuları motivasiya etmişdik. Hər biri ilə ayrılıqda söhbət etmişdik. Həftəboyu məşq prosesində də necə oynamaq lazım olduğunu başa salmışdıq. Qış fasiləsindən sonra vəziyyətimiz yaxşı deyil. Qələbə qazana bilmirik”.
Elşad Əhmədov: “Maraqlı oyun keçdi. İlk hissənin əvvəlində yaratdığımız qol vəziyyətlərindən yararlana bilmədik. Marko Deviçin qırmızı vərəqə alması bizi çətin vəziyyətdə qoydu. Futbolçular da fasilədə dedilər ki, oyunu uduzmayacağıq, necə olur-olsun, bu qarşılaşmadan xal götürməyə çalışacağıq. Fasilədən sonra da bunu meydanda göstərdilər. İkinci hissəyə çıxaraq 10 nəfərlə 1 xal qazandıq. Matçdan öncə soruşsaydız, deyərdik ki, heç-heçə bizə sərf etməz. Ancaq bu gün 1 xal qazandığımızı deyə bilərik. Artıq neçəndi dəfədi azlıqda qalırıq. Futbolçulara da dedim ki, belə olanda daha yaxşı oynayırıq. Bəlkə bundan sonra meydana 10 nəfərlə çıxaq, onda daha maraqlı olsun. Artıq neçənci görüşdü ki, 90 dəqiqəni tam heyətlə başa vura bilmirik. Deviçin meydandan qovulmasına gəlincə, bu gün futbolçularda istək çox idi. Ola bilər ki, Markonun bu hərəkəti böyük istəkdən irəli gəlirdi. Yaxşı məşq keçmişdik. Futbolçular qələbə üçün alışıb-yanırdılar. Fikrimcə, Deviç nə qədər səviyyəli oyunçu olsa da, bu hərəkət düzgün deyil. Komanda daxilində söhbət olacaq. Markoyla ayrılıqda söhbət olacaq. Oyunun qəhrəmanı kimi tək Rəşadın adını çəkməyim düzgün olmaz. Bu gün bütün komanda vuruşdu. Bir neçə futbolçu mövsümdə ən yaxşı oyunlarını keçirdi. Hamılıqla əziyyət çəkərək 1 xal qazandıq”.

Gözdən qaçmadı
* Qarşılaşma “Sabah”ın ev younlarını keçirdiyi “Əlincə Arena”da baş tutsa da, tribunalarda sumqayıtlı azarkeşlərin sayı daha çox idi.
* Aleksey İsayevin Krasnoyarskdan gələn qız rəfiqəsi, ötən tur cəzalanaraq bu oyunu buraxan Mehdi Cənnətov görüşü media tribunasından izləyirdi. Cəza səbəbindən texniki zonada yer ala bilməyən “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov isə media tribunasınnın qarşısından, qonaqların ehtiyat oyunçular skamyasına yaxın yerdən komandasına tapşırıqlar verirdi.
* 33-cü dəqiqədə komanda yoldaşlarının oyunundan narazı qalan Aleksey İsayev bir anlıq qəzəblənərək “futbol oynamaq lazımdı, meydanda gəzmək yox” deyib, əsəbi formada etirazını bildirdi.
* Alekseyin əsəbi bir neçə saniyədən sonra ötüb keçsə də, matçdan sonra yetirmələrinə əsəbləşən Ayxan Abbasovun səsi dəhlizdə də açıq-aydın eşidilirdi. “Sumqayıt”ın azlıqda qalan rəqibi yenə bilməməsi 38 yaşlı mütəxəssisi necə özündən çıxarmışdısa, hətta polislər belə bir anlıq özlərini itirib qonaqların paltardəyişmə otağına yollanmaq istədilər. Ancaq dəhlizdəkilər asayiş keşikçilərinə qorxulu heç nə baş vermədiyini, sadəcə, baş məşqçinin futbolçularına qışqırdığını bildirdikdən sonra polislər sakitləşdilər.
* Dişlərini müalicə etdirən “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov mətbuat konfransına üzündə maska ilə çıxmışdı ki, buna görə də konfransda iştirak edənlərdən üzr istədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR