Sizin reklam burada

"Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi

Title
"Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi
Dünən birinci divizionda 19-cu turun oyunlarına start verilib. Liderlər turu maksimum nəticə ilə başa vurub. MOİK "Səbail-2"ni 2 cavabsız qolla, "Sumqayıt-2" isə "Neftçi-2"ni minimal hesabla məğlub edib. Sonuncuların uduzması "Zaqatala"nın işinə yarayıb. Bölgə təmsilçisi "Şüvəlan" üzərində minimalhesablı qələbə ilə 3-cü yeri ələ keçirib. Düzdü, hər ikisinin hesabında 36 xal var. Ancaq "Zaqatala" həm şəxsi oyunda, həm də top fərqində öndədi.
Turun sürprizi "Qarabağ-2" - "Ağsu" matçında qeydə alınıb. Autsayderlərdən olan Ağsu təmsilçisi ağdamlılardan səfərdə xal almağı bacarıb. Turda ən inamlı qələbəni isə "Sabah-2" əldə edib. Bakılılar Turan Tovuz"u 3 cavabsız qolla üstələyib.
Birinci divizion
2-ci dövrə, 19-cu tur
13 mart
Sabah-2 – Turan Tovuz 3:0
Mircəfər Əlizadə, 40. Emil Qasımov, 44. Rza Biqdelo, 77.
Zaqatala – Şüvəlan 1:0
Cavad Kazımov, 80.
Qarabağ-2 – Ağsu 0:0
Neftçi-2 - Sumqayıt-2 1:2
Vüsal Əsgərov, 16 - Elvin Nəsibov, 5. İbrahim Əliyev, 47.
MOİK – Səbail-2 2:0
Əli Sadıxov, 12. Raul Yaqubzadə, 44.
Tura bu gün yekun vurulacaq. “Keşlə-2” “Kəpəz”i, “Qaradağ Lökbatan” isə “Zirə-2”ni sınağa çəkəcək. “ASK Arena”dakı qarşılaşmanı PFL saytı vasitəsilə canlı yayınlayacaq.
14 mart
Keşlə-2 – Kəpəz
Hakimlər: NAİL NAĞIYEV, Elxan Əsgərzadə, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. ASK Arena. Saat 15.00
Qaradağ Lökbatan – Zirə-2
Hakimlər: ZİYA NƏSİROV, Ruslan Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00
1. MOİK 19 15 2 2 37-14 47
2. Sumqayıt-2 19 14 1 4 48-19 43
3. Zaqatala 19 10 6 3 30-16 36
4. Neftçi-2 19 11 3 5 33-22 36
5. Qarabağ-2 19 10 3 6 35-20 33
6. Sabah-2 19 9 4 6 20-11 31
7. Şüvəlan 19 7 6 6 22-22 27
8. Keşlə-2 18 8 2 8 29-23 26
9. Qaradağ Lökbatan 18 7 2 9 14-20 23
10. Səbail-2 19 6 2 11 25-41 20
11. Turan Tovuz 19 5 1 13 20-38 16
12. Kəpəz 18 3 5 10 11-23 14
13. Ağsu 19 2 5 12 13-40 11
14. Zirə-2 18 3 0 15 15-43 9
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 16, Cavad Kazımov (Zaqatala) - 13, Elvin Nəsibov (Sumqayıt-2) – 10.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.