Litvanın AÇ-2020-nin seçmə mərhələsində Lüksemburqla, daha sonra isə yoldaşlıq görüşündə millimizlə qarşılaşacağını bilirsiz. Yoxlama matçı martın 25-i, saat 18.00-da “Bakcell Arena”da başlayacaq. Həm seçmə mərhələ, həm də yoldaşlıq oyunu üçün litvalıların baş məşqçisi Valdas Urbonas 23 futbolçuya dəvət göndərib. Rəqibin hər üç qapıçısının İsraildə forma geyməsi diqqəti çəkir: qapıçılar - Ernestas Setkus (“Hapoel”, Hayfa/İsrail), Dzyuqas Bartkus (“Hapoel”, İroni/İsrail), Emiliyus Zubas (“Bney Yehuda”, İsrail); müdafiəçilər - Algis Yankauskas, Vaydas Slaviçkas, Vitautas Andriuskeviçyus (hamısı “Suduva”), Rolandas Baravikas (Jalgiris), Markas Palionis (“Reqensburq”, Almaniya), Rimvidas Sadauskas (Stumbras), Linas Klimaviçyus (“Dinamo”, Buxarest/Rumıniya), Valdemar Borovski (Trakai); yarımmüdafiəçilər - Vikintas Slivka (“Hibernian”, Şotlandiya), Arturas Julpa (“Tobol”, Qazaxıstan), Donatas Kazlauskas (Trakai), Deymantas Petraviçyus (“Falkirk”, Şotlandiya), Mantas Kuklis (“Jetısu”, Qazaxıstan), Saulius Mikolyunas, Modestas Vorobyovas (hər ikisi “Jalgiris”), Yustinas Malajas (Riterai); hücumçular - Fyodr Çernıx (“Dinamo”, Moskva/Rusiya), Arvidas Novikovas (“Yagelloniya”, Polşa), Neriyus Valskis (“Hapoel”, Təl-Əviv/İsrail), Paulius Qolubiçkas (Suduva).