“Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi
Ötən saylarımızın birində vaxtilə “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” kimi klublarda çalışmış Zakir Mahmudovun işsiz qaldığını, güzəranının ağır olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, Mahmudovun çətin vəziyyətdə olması futbol ictimaiyyətini çox narahat edib.
62 yaşlı mütəxəssisin durumuna biganə qalmayanlar arasında “Sumqayıt” rəhbərliyi də oldu. “Futbol+”də gedən yazıdan sonra Riad Rəfiyev klub əməkdaşlarına qısa vaxtda Zakir bəyi klubun ofisinə dəvət etməyi tapşırdı və onunla görüş təyin etdi. Martın 11-də Rəfiyev Mahmudovla görüşüb. Təxminən yarımsaat çəkən görüşdən sonra Mahmudovun iş problemi həllini tapıb. Uzun müddətdi futboldan uzaq düşən məşqçi bundan sonra “Sumqayıt” Futbol Akademiyasında seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək. Bu haqda bilgini “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədovdan aldıq: “Bazar ertəsi klub prezidenti Zakir müəllimlə görüşdü. Onun problemləri haqda daha dolğun məlumat əldə etdikdən sonra klubda işlə təmin edəcəyini bildirdi. Mahmudov akademiyada seleksiyaçı-məşçqçi kimi çalışacaq. O gələn həftənin birinci günündən yeni vəzifəsinin icrasına başlayacaq”.
“Sumqayıt” Futbol Akademiyasından söz düşmüşkən, bir məqama da toxunmaq istəyirik. Bir neçə gün öncə “kimyaçılar”ın akademiyasına yeni əcnəbi əlaqələndiricinin təyin olunacağını xəbər vermişdik. Məmmədov həmin ərəfədə 3 mütəxəssislə danışıqlar aparıldığını, qısa vaxtda namizədlər arasından seçim ediləcəyini vurğulamışdı. Artıq “gənclik şəhəri”nin futbol akademiyasına kimin rəhbərlik edəcəyinə aydınlıq gəlib. 1980-cı ildə Almaniyada dünyaya göz açan Hakan Sünal akademiyanın yeni əlaqələndiricisi təyin olunub. Almaniyada doğulmasına baxmayaraq, Türkiyə vətəndaşı olan Hakan bəy M-5 futbol məktəbinin qurucusudu. Bundan başqa, o, 2011-18-ci illər aralığında “FC Frankfurt”da aşağı yaş qrupları üzrə əlaqələndirici və U-19-un baş məşqçisi olub. Bununla yanaşı, Sünal Frankfurtun daha bir tanınmış klubunda iş təcrübəsinə malikdi. “Sumqayıt” akademiyasının yeni əlaqələndiricisi “Ayntraxt”ın aşağı yaş qruplarında da məşçqçi kimi işləyib.
RƏŞAD

Son xəbərlər

MY onu komandada saxlamaq istəyir

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Bütün xəbərlər