Sizin reklam burada

U-19 ADBTİA ilə bacarmadı

Title
U-19 ADBTİA ilə bacarmadı
Futzal üzrə birinci liqada dünən bir oyun keçirilib. 20-ci turdan təxirə salınmış U-19 – ADBTİA görüşü “Olimpik Star”da baş tutub. Təlim-məşq toplanışında olduğuna görə çempionat oyunu ertələnən 19 yaşlılar “idmançı tələbələr”lə dueldə 2:6 hesabı ilə uduzub. ADBTİA bu qələbə sayəsində 2-ci yerə yüksəlib.
Yeri gəlmişkən, martın 15-i və 16-da 22-ci turun oyunları keçiriləcək. “Olimpik Star”da baş tutacaq turda cəmi 7 oyun olacaq. Ümumiyyətlə, mövsümün qalan oyunlarının sayı bu qədər olacaq. Məsələ burasındadı ki, “Sabunçu” çempionatdan uzaqlaşdırılıb. İntizam Komitəsi son üç turda iştirak etməyən “Şərq”in xələfini yarışdan kənarlaşdırıb. Qalan oyunlarda onun rəqiblərinə texniki qələbə veriləcək. İlk belə “hədiyyə”dən AZMİU yararlanacaq.
Turun oyun cədvəlini və təyinatları nəzərinizə çatdırırıq:
15 mart
18.00 Baku Fire - ADBTİA
Hakimlər: Kənan Məlikov, Mehman Mahmudov, Elmir Quluzadə.
19.00 Baku Fans-Yasamal MFK-2
Hakimlər: Mehman Mahmudov, Elmir Quluzadə, Kənan Məlikov.
20.00 Ulduz - Standard
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, İsgəndər Əliyev.
21.00 Sovetski - Green Log
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Vüsal Balaşov.
16 mart
18.00 U-19 – Füzuli
Hakimlər: Ramiz Məhərrəmov, Vaqif Musayev, Elman Musayev.
19.00 Metropoliten - Çinar Cəbrayıl
Hakimlər: Elmir Quluzadə, Elman Musayev, Azad Hüseynov.
20.00 Abşeron - Zəngilan
Hakimlər: Azad Hüseynov, Elmir Quluzadə, Vaqif Musayev.
1. Baku Fire 21 20 1 0 173-33 61
2. ADBTİA 21 19 1 1 190-28 58
3. Standard 21 19 0 2 172-55 57
4. AZMİU 21 12 2 7 111-71 38
5. Green Log 21 12 2 7 104-69 38
6. Baku Fans 21 12 1 8 101-72 37
7. U-19 21 11 2 8 147-59 35
8. Yasamal MFK-2 21 11 1 9 112-98 34
9. Zəngilan 21 10 3 8 99-77 33
10. Metropoliten 21 10 2 9 109-136 32
11. Ulduz 21 5 1 15 95-124 16
12. Abşeron 21 4 1 16 75-189 13
13. Füzuli 21 3 3 15 52-149 12
14. Sabunçu 21 3 2 16 48-170 11
15. Çinar Cəbrayıl 21 1 2 17 58-165 8
16. Sovetski 21 2 2 17 59-195 8
Bombardirlər: Emin Cəbrayılov (ADBTİA) – 63, Samir Həsənov (Standard) – 55, Balazair Əsədullayev (Metropoliten) – 51.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.