yigma - Football-plus.az http://www.football-plus.az/ tr yigma - Football-plus.az DataLife Engine Yurçeviç hesabat verib? http://www.football-plus.az/yigma/11438-yurchevich-hesabat-verib.html http://www.football-plus.az/yigma/11438-yurchevich-hesabat-verib.html ]]>
Ötən ay Avropa çempionatının Bakıdakı seçmə oyunlarında Macarıstanla Slovakiyaya biabırçı yenilgilərdən dərhal sonra ölkəsinə yollanan yığmanın baş məşqçisi Nikola Yurçeviçin biraylıq məzuniyyəti başa çatıb. Xəbər verdiyimiz kimi, Bakıya qayıdan mütəxəssis “Səbail” – “Universitatya” matçını (2:3) canlı izləyib. Üstəlik dünən də Mərdəkandakı oyunda görünüb.
Xatırladaq ki, Slovakiyaya 1:5 uduzduğumuz oyundan dərhal sonra keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında xorvat baş məşqçidən hesabat istənilmişdi. Yurçeviç deyiləni edərək, federasiya başbilənləri ilə görüşüb. O, bir neçə futbolçunun millidə lazımı səviyyədə çıxış etmədiyini bildirib. Xorvatiyalı onlar arasında Dmitri Nazarovun, həmçinin Rüfət və Renat Dadaşovların adını çəkib.
Aleksey İsayevin Slovakiya ilə görüşdə meydana çıxmaqdan imtina etdiyini deyən Yurçeviç bu yarımmüdafiəçini bir daha yığmaya çağırmaq istəmədiyini də bildirib. Baş məşqçi son iki turdakı böyükhesablı məğlubiyyətləri futbolçuların funksional hazırlığının zəif olmasıyla əlaqələndirib. Sportinfo.az saytının yaydığı bu xəbəri yaxın saylarımızda dəqiqləşdirməyə çalışacağıq.
]]>
football Thu, 18 Jul 2019 14:22:28 +0000
Yığmanın heyəti açıqlandı http://www.football-plus.az/yigma/11412-yigmanin-heyeti-achiqlandi.html http://www.football-plus.az/yigma/11412-yigmanin-heyeti-achiqlandi.html ]]>
İnqilab Məmmədov da Moskvaya gedir
Çimərlik futbolu yığmamız iyulun 17-dən 28-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə oyunlarında iştirak edəcək. İyulun 19-u, 21-i və 22-də uyğun olaraq Ukrayna, İspaniya və Latviya ilə qarşılaşacaq millinin heyətinə bu futbolçular dəvət olunub: Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Elgiz Kərəmli, Sabir Allahquliyev, Rafiq Kərimov.
Çimərlik futbolundan söz düşmüşkən, bu sahə üzrə FİFA referisi İnqilab Məmmədov da növbəti təyinatını alıb. O, Moskvada keçiriləcək seçmə mərhələ oyunlarında fit çalacaq.]]>
football Wed, 17 Jul 2019 06:43:46 +0000
Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub http://www.football-plus.az/yigma/11409-chimerlik-futbolu-uzre-yigmanin-uzvlerine-danishmaq-qadagasi-qoyulub.html http://www.football-plus.az/yigma/11409-chimerlik-futbolu-uzre-yigmanin-uzvlerine-danishmaq-qadagasi-qoyulub.html ]]>
Yüzminlərin havaya sovrulmasına kim cavab verəcək?
Çimərlik futbolu üzrə millinin Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirinə qatıldığını, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektivin qrupu sonuncu pillədə başa vurduğunu ötən saylarımızın birində xəbər vermişdik. Bir daha xatırladaq ki, yığma ilk oyunda, əsas vaxtı 3:3 bitən qarşılamada Rusiyaya penalti seriyasında məğlub olubsa, qrupun ikinci görüşündə İspaniyaya 0:6 hesabıyla uduzub. Sonuncu qarşılaşmada isə Zeynal bəyin çalışdırdığı milli Türkiyə qarşısında “ağ bayraq qaldırıb” - 2:6.
Yığmanın Portuqaliyada bərbad çıxışının səbəbini bilmək üçün baş məşqçi Zeynal Zeynalovu aradıq. Ancaq Zeynal bəy ənənəsinə sadiq qalaraq, zəngimizə cavab vermədi. Ola bilsin, onun biabırçılığı əsaslandırmağa bəhanəsi yoxdu. Ancaq bu o demək deyil ki, baş məşqçi hesabat verməkdən yayınsın. Yığma nə Zeynalovun, nə də bu sahəyə cavabdehlik daşıyan şəxslərindi. Azərbaycanın adını beynəlxalq aləmdə biabır edən məşqçi özündə cəsarət tapıb ictimaiyyətə hesabat verməyə məcburdu. Görünür, Zeynalov AFFA prezidenti Rövnəq Abdullayev kimi qohumuna güvənərək nə mediaya hörmət qoyur, nə də futbol ictimaiyyətinə.
AFFA prezidenti ilə qohumluğundan sui-istifadə edən, bir ara Rusiyaya yollanıb nə işlə məşğul olduğu bilinməyən baş məşqçi ilə danışmaq mümkün olmadığından, Avropa Liqasında iştirak edən yığmanın üzvləri ilə söhbətləşməyi lazım bildik. Bu məqsədlə öncə Ruslan Poladovla əlaqə saxladıq. Lakin Poladov Portuqaliya biabırçılığı ilə bağlı yığma üzvlərinin mətbuata danışmasının yasaqlandığını bildirdi: “Xahiş edirəm, məndən incəməyin. Bizə media ilə danışmaq qadağası qoyulub. Özünüzə əziyyət verib heç kimi aramayın. Heç kim sizə açıqlama verməyəcək”.
Deyəsən, sözügedən sahəyə rəhbərlik edənlər fiasko ilə nəticələnən turniri unutdurmaq üçün susmağa üstünlük veriblər. Bu üzdən nə özləri ortaya çıxıb uğursuzluğun səbəbini açıqlayırlar, nə də futbolçulara danışmağa icazə verirlər. Ancaq bu nə vaxta kimi davam edəcək? Əvvəl-axır xərclənən pullara görə kimsə məşhər ayağına çəkiləcək. Sonda onu da xatırladaq ki, hər il AFFA-nın büdcəsindən çimərlik futbolu üçün yüzminlərlə vəsait ayrılır. Təəssüf ki, yarıtmaz idarəçiliyin, naşı mütəxəssislərin sayəsində həmin pullar havaya sovrulur. Ortada isə heç nə yoxdu.
RƏŞAD
]]>
football Mon, 15 Jul 2019 11:35:14 +0000
Nikola Yurçeviçin məzuniyyəti bitdi http://www.football-plus.az/yigma/11394-nikola-yurchevichin-mezuniyyeti-bitdi.html http://www.football-plus.az/yigma/11394-nikola-yurchevichin-mezuniyyeti-bitdi.html ]]>
Arif Əsədov: “Belə durumla üzləşəndə, adətən, uzaqdan zərbələr və cinah asmalarından istifadə edirsən”
Ötən ay AÇ-nin Bakıdakı seçmə oyunlarında Macarıstanla Slovakiyaya birabırçı yenilgilərdən dərhal sonra ölkəsinə yollanan yığmanın baş məşqçisi Nikola Yurçeviçin 1 aylıq məzuniyyəti başa çatıb. Xorvatiyalı mütəxəssis söz verdiyi kimi, avrokubok təmsilçilərimizin oyunlarına özünü yetirib. O, dünən “Səbail” – “Universitatya” matçını canlı izləyib. Bəs “Qarabağ” və “Neftçi”nin oyunları? Yurçeviçin köməkçisi Arif Əsədovdan aldığımız bilgiyə görə, baş məşqçinin həmin komandalardakı yığma üzvləri haqda da informasiyası olacaq: “Yurçeviç artıq gəlib və bu gün “Səbail”in oyununda olacaq. Əvvəlcədən bölgü aparılmamışdı ki, kim hansı oyuna baxmalıdı. Çünki baş məşqçinin iyulun 10-11-də Bakıda olacağını bilirdik. Onsuz da dünən gerçəkləşən “Qarabağ” – “Partizani” oyununa baxmışıq. Nə deyə bilərəm? “Qarabağ” hazırlığı yeni başa vurub. Yorğunluq, heyətin tam oturuşmaması kimi amillər özünü göstərə bilərdi və fikrimcə, göstərdi də. Bundan başqa, heyətdə məcburi dəyişikliklər var idi. Müdafiənin sağında Abbas Hüseynov oynayırdı, Maksim Medvedev sola keçmişdi. Bu da istər-istəməz effekt vermirdi. Rəqibin tam müdafiəyə qapanması, “Qarabağ”ı 10 nəfərlə cərimə meydançası həndəvərində qarşılaması təsirsiz ötüşmədi. Komandamız rəqibin sıx müdafiəsini yarmaqda çətinlik çəkdi. Belə durumla üzləşəndə, adətən, uzaqdan zərbələr və cinah asmalarından istifadə edirsən. Ancaq “Qarabağ” nədənsə bundan az yararlandı. Hazırda komandada Ansi Aqolli kimi birinə ehtiyac var, o, vəziyyətdə asılı olmayaraq, cərimə meydançasına təhlükəli ötürmələr verirdi. Abdulla Zubir və Dani Kintana, o cümlədən yeni transfer Xayme Romero isə fərdi keçidlərə üstünlük verir. Kompakt müdafiə olunan komandalarla oyunda çox vaxt belə cəhdlər fayda vermir. Nəticədə hücum xəttində “Qarabağ” “dişsiz” görünürdü. Daha doğrusu, hücumçular işsiz qalmışdılar. Bununla belə, hesab edirəm ki, komanda qarşısına qoyulan minimum vəzifənin öhdəsindən gəldi. Uduzmaqdansa, heç-heçə yaxşıdı. 0:0 təhlükəli hesab olsa da, Bakıda eyni ssenarinin təkrarlanacağına inanmıram. Fikrimcə, “Qarabağ” daha istəkli, daha əzmkar futbol sərgiləyəcək. Bilirsiz, ilk oyun idi, rəqibi iş başında görməmişdik. Məşqçilər korpusu bir qədər ehtiyatlı davranırdı. Cavab oyununda daha yaxşı bələd olduğumuz rəqiblə qarşılaşacağıq. İyulun 18-də baş tutacaq görüşdə daha aqressiv “Qarabağ” görəcəyimizi düşünürəm. Komandamız evdə qol axtarışına çıxacaq, rəqib isə fürsət gozləyəcək. İnşallah, ilk qol “Qarabağ”dan gələr. Bundan sonra rəqib mütləq açılacaq. Onda çempionumuzun işi asanlaşacaq. Necə ki bunu ötən yay Albaniyanın digər təmsilçisi “Kukesi” ilə oyunda da görmüşdük”.
MİRAĞA
]]>
football Sat, 13 Jul 2019 12:23:09 +0000
U-21-in oyunlarının məkanı müəyyənləşdi http://www.football-plus.az/yigma/11355-u-21-in-oyunlarinin-mekani-mueyyenleshdi.html http://www.football-plus.az/yigma/11355-u-21-in-oyunlarinin-mekani-mueyyenleshdi.html ]]>
21 yaşadək futbolçulardan ibarət yığmamız AÇ-2021-in seçmə mərhələsindəki növbəti oyunlarının stadionu müəyyənləşib. Gənclər millisi qarşıdakı iki görüşü "Dalğa Arena"da keçirəcək. Belə ki, Milan Obradoviçin komandası sentyabrın 6-da Slovakiyanı, 10-da isə Gürcüstanı Mərdəkanda qəbul edəcək.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk oyununda səfərdə Lixtenşteynə məğlub olub - 0:1.
]]>
football Thu, 11 Jul 2019 15:23:10 +0000
Milli Portuqaliyada qrup sonuncusu oldu http://www.football-plus.az/yigma/11346-milli-portuqaliyada-qrup-sonuncusu-oldu.html http://www.football-plus.az/yigma/11346-milli-portuqaliyada-qrup-sonuncusu-oldu.html ]]>
Portuqaliyanın Nazare şəhərində təşkil olunan çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri başa çatıb. A divizionunda yarışan, Rusiya, İspaniya və Türkiyə ilə birgə 2-ci qrupda yer alan millimiz üçün yarış uğursuz alınıb. Baxmayaraq ki, Zeynal Zeynalovun komandası üçün startda alınan nəticəni qənaətbəxş saymaq olardı. Hər halda, dünya reytinqinə görə 3-cü olan Rusiya ilə görüşün əsas və əlavə vaxtını 3:3 başa vurmaq uğur hesab oluna bilər. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nazarov vurub. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında ruslar daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. İyunun reytinqinə əsasən dünyada 36-cı, Avropa komandaları arasında isə 12-ci yerdə qərarlaşan millimiz qrupdakı ikinci oyunda İspaniya ilə qarşılaşıb. Rusiya ilə müqayisədə nisbətən zəif rəqiblə oyunda 0:6 hesablı darmadağın qeydə alınıb. Qrupdakı son matçda qələbə təsəlli ola bilərdi. Hər halda, Türkiyə reytinqə görə ölkəmizdən daha geridədi, dünya 41-cisidi. Bununla belə, Zeynal Zeynalovun komandası son matçda 2:6 hesabıyla uduzub. Baxmayaraq ki, milli oyunun gedişində 2:1 öndə olub. Bu dəfə komandanın heyətində Elçin Qasımovla Sabir Allahquliyev fərqlənib. Beləliklə, Azərbaycan A divizionunda 2-ci qrupu sonuncu pillədə başa vurub. İspaniya maksimum nəticəylə 1-ci, Rusiya 4 xalla 2-ci, Türkiyə isə 3 xalla 3-cü olub.
Millimizi 10 gün sonra daha bir ağır yarış gözləyir. Belə ki, Zeynal Zeynalovun başçılıq etdiyi komanda dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün Rusiyaya yollanacaq. Oyunlar iyulun 19-dan 27-dək Moskvada keçiriləcək. Komandamız bu dəfə də İspaniya, o cümlədən Ukrayna və Latviya ilə D qrupunda mübarizə aparacaq.
MİRAĞA]]>
football Wed, 10 Jul 2019 09:36:22 +0000
AFFA "Kayserispor"un yarımmüdafiəçisini “milliləşdirir” http://www.football-plus.az/yigma/11286-affa-kayserisporun-yarimmudafiechisini-millileshdirir.html http://www.football-plus.az/yigma/11286-affa-kayserisporun-yarimmudafiechisini-millileshdirir.html ]]>
Acar: “Azərbaycan yığmasında çıxış etmək də qürur verər”
Deyəsən, AFFA yığmanın uğursuzluqlarının sirrini çözüb. Macarıstan və Slovakiyaya məğlubiyyətlərdən sonra qurumun hansı addımı atacağını maraqla gözləyirdik. Slovaklara 1:5-dən sonra təcili bir araya gələn İcraiyyə Komitəsinin üzvləri millinin baş məşqçisi Nikola Yurçeviçi qarşılarına alıb sorğu-suala tutublar. Xorvat mütəxəssis də qısa hesabatla vəziyyətdən çıxıb, geniş hesabatın da sözünü verib. Təxminən oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirləri İcraiyyə Komitəsinin üzvlərinə də söyləyib. Olduğu kimi, ya müəyyən ixtisarla - artıq bunu özləri bilir. Bəlkə də jurnalistlərə dediyi "ən yaxşı məşqçiniz Maltanı uda bilməmişdi" sözlərini rəhbərliyə də çatdırıb. Cəsarəti çatıb, ya yox - bunu da demək çətindi. Hər halda, necə hesabat veribsə, assosiasiya da çıxış yolunu anlayıb. Özü də Yurçeviç ölkəsində istirahət etsə də, xilas üçün adımmlar atılır. Necə? İndi biləcəksiz.
AFFA daha bir türkiyəli futbolçunu “milliləşdirir”. "Kayserispor"a yaxınlığı ilə bilinən kayseritempo.org saytının məlumatına görə, bu klubun yarımmüdafiəçisi Həsən Hüseyn Acar yığmamıza çağırılacaq. Ötən ilin yayında "Əskişəhərspor"dan Kayseri təmsilçisinə transfer olunan 25 yaşlı orta sahə oyunçusu federasiyamızdan təklif alıb. Bunu futbolçu özü açıqlamasında bildirib. Həsən qeyd edib ki, millimizdə oynamaq təklifini müsbət qarşılayıb: "Bəli, Azərbaycan tərəfindən təklif gəldiyi doğrudu. Bu haqda düşünürəm və müsbət baxıram. Millidə oynamağı hər kəs istəyər. Öz millimizdə oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
Qeyd edək ki, "Əskişəhərspor"un yetirməsi olan Həsən Hüseyn Acar 1994-cü il dekabrın 16-da dünyaya gəlib. 2011-dən ötən ilə qədər yetirməsi olduğu kluba məxsus olub. O, 2015 və 2016-cı illərdə müvafiq olaraq "Göztəpə" və "Tokatspor"da icarə əsasında oynayıb. Ötən mövsüm "Kayserispor"un heyətində superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Kayserispor"la 2021-ci ilin yayına qədər müqaviləsi olan Həsən 2013-də Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edib. 183 sm boya malikdi. İki mövqedə çıxış edə bilir: dayaq və sağ cinah yarımmüdafiəçisi.
AFFA-dan məsələylə bağlı sport24.az saytına verilən cavabı da diqqətinizə çatdıraq: “Futbolçu həqiqətən millinin məşqçilər korpusunun maraq dairəsindədi. Amma hələ ki AFFA tərəfindən rəsmi danışıqlara başlanılmayıb”.
Məşqçi istəyibsə, deməli, gec-tez federasiya hərəkətə keçəcək. Bəlkə də artıq müəyyən addımlar atılıb, sadəcə, son nöqtə qoyulmadığı üçün gizlədirlər. Əks halda, futbolçu təklif aldığını söyləməzdi. Ola bilər, rəsmi müraciət olmayıb. Ancaq menecerlər vasitəsilə və ya başqa bir yolla futbolçunun fikrini öyrəniblər. Göründüyü kimi, "Kayserispor"un üzvü yığmamızda oynamağa razıdı. Qalır məsələnin rəsmiləşməsi.
Yuxarıda da qeyd etdiyimiz kimi, belə çıxır, bu futbolçu ilə yığmanın daha uğurlu çıxış edəcəyini düşünürlər. Əvvəla, hazırkı yığma üçün AÇ-nin final mərhələsi hədəfi artıq, demək olar, mümkünsüzdü. Macarıstan və Slovakiyaya məğlubiyyətlər qitə birinciliyi ilə bağlı azərbaycanlı azarkeşlərin xəyalının üstündən çalın-çarpaz xətt çəkdi. İndi hər kəs "heç olmasa, xalsız qalmayaq" düşüncəsi ətrafında baş sındırır. Deməli, Həsənin "milliləşdirilməsi" tsiklin qalan oyunlarındakı hədəf üçün nəzərdə tutulmur. Yığmanın bu çıxışı ilə Yurçeviçlə müqavilə müddətinin artırılması da absurd olar. Bəs onda xorvat mütəxəssisin istədiyi futbolçunu yığmaya cəlb etmək nə dərəcədə düzgündü? Seçmə mərhələnin sonunda Yurçeviçlə yollar ayrılsa, yeni baş məşqçi Acarı istəyəcək? Olmaya Yurçeviçlə işbirliyini davam etdirmək fikrindədilər? Bir sözlə, suallar çoxdu. Ancaq "milliləşdirmənin” yığmanın çıxış yolu olmadığını dərk etmək lazımdı. Ola bilər, Türkiyə superliqasında çıxış edən futbolçu bizimkilərdən üstün olsun. Lakin kiçik bir xatırlatma etmək kifayətdi. Cihan Özkara, Dəniz Yılmaz, Ufuk Budak, Əli Gökdəmir, Tuğrul Erat... Görəsən, bu siyahıda olanları AFFA-dakılar xatırlayır? Onları yığmada oynamağa razı saldıqları zamanı çəkdikləri əziyyət, verdikləri vədlər yadlarındadı? Çətin...
FARİZ
]]>
football Fri, 05 Jul 2019 13:02:07 +0000
“Təkcə yaxşı oyunla kifayətlənmək fikrimiz yoxdu” http://www.football-plus.az/yigma/11264-tekce-yaxshi-oyunla-kifayetlenmek-fikrimiz-yoxdu.html http://www.football-plus.az/yigma/11264-tekce-yaxshi-oyunla-kifayetlenmek-fikrimiz-yoxdu.html ]]>
Zeynal Zeynalov qrupdan çıxacaqlarına inanır
Çimərlik futbolu yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Komandamız İspaniya, Ukrayna və Latviya ilə D qrupunda mübarizə aparacaq. Oyunlar iyulun 19-dan 27-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Buna qədər isə çimərlik futbolu yığmamızı Avropa Liqasında (Euro Beach Soccer League) çətin mübarizə gözləyir. İyulun 3-dən 8-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq turnirdə iştirak edəcək Zeynal Zeynalovun yetirmələri ilk görüşünü ayın 5-də Rusiyaya qarşı keçirəcək. Ertəsi gün İspaniya ilə üz-üzə gələcək yığmamız ayın 7-də Türkiyə ilə qarşılaşacaq. Milli yarışa 12 futbolçu ilə yollanacaq: Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev, Ruslan Poladov.
Səfər ərəfəsində olan yığmanın baş məşqçisi Zeynal Zeynalov qəzetimizə verdiyi açıqlamada həm DÇ-nin püşkatmasını dəyərləndirdi, həm də Avropa Liqasına hazırlıqla bağlı danışdı: “İyulun 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcəyik. Avropa Liqasında Rusiya, İspaniya və Türkiyə ilə mübarizə aparacağıq. Aralarında zəif rəqib yoxdu. Avropanın ən yaxşı komandaları bəxtimizə düşüb. Düzdü, İspaniyanı favorit hesab etmək olar. Ancaq ümumilikdə bərabər mübarizəyə şahidlik edəcəyik. Çalışacağıq ki, yaxşı nəticə ilə dönək. Yəni təkcə yaxşı oyunla kifayətlənmək fikrimiz yoxdu. Hər xal yeni reytinq deməkdi. Reytinqimizi mümkün qədər yaxşılaşdırmalıyıq ki, pillə-pillə irəli gedək. Çətin olacaq, ancaq əlimizdən gələni edəcəyik. Qrupdan iki komanda çıxacaq. Çalışacağıq ki, o iki komandadan biri biz olaq. Necə alınacaq, bunu zaman göstərəcək. Turnirə optimal heyətlə gedirik. Düzdü, iki nəfərin sənədlə bağlı problemi var idi. Ancaq deyərdim ki, ən yaxşılarla səfərə çıxırıq.
O ki qaldı DÇ-nin püşkatmasına, orda da ən çətin qrup bizimkidi. İspaniya ilə iki həftə ərzində iki dəfə üzləşəcəyik. Bundan başqa, Ukrayna və Latviyayla da mübarizə aparacağıq. DÇ-də də əsas məqsəd qrupdan çıxmaqdı. Bunu bacaracağımıza inanıram”.
MİRAĞA]]>
football Thu, 04 Jul 2019 13:01:22 +0000
AFFA yığma üzvlərini xarici klublara yerləşdirir http://www.football-plus.az/yigma/11164-affa-yigma-uzvlerini-xarici-klublara-yerleshdirir.html http://www.football-plus.az/yigma/11164-affa-yigma-uzvlerini-xarici-klublara-yerleshdirir.html ]]>
Siyasət Əsgərov: “Son anda Bolqarıstanın Bakıya səfəri ləğv olundu”
15 yaşadək qızlardan ibarət yığma bu gündən təlim-məşq toplanışına başlayır. Bu ilin martında Zamir Həsənova tapşırılan yeniyetmələr birhəftəlik hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Rəqib Həsənovun rəhbərlik etdiyi digər yığmamız olacaq. Toplanışın detallarını gənc çalışdırıcıdan öyrəndik: "Bu, 15 yaşadək qızlardan ibarət millinin bu il üçün nəzərdə tutulan ilk seleksiya xarakterli toplanışı olacaq. Bildiyiniz kimi, bu ilin martında iki millinin - qızlardan ibarət U-17 və U-15-in baş məşqçisi təyin olmuşam. Həmin vaxtdan AFFA-nın təşkil etdiyi U-13 və U-16 liqalarının oyunlarını izləyərək, uşaqların seleksiyasına başlamışıq. 23 nəfərə bu toplanış üçün dəvət göndərmişik. Hamısı öz uşaqlarımizdı. Ümumiyyətlə, U-15-də yalnız yerli liqalarda oynayan qızlara üstünlük veriləcək. Bu toplanışda da həmçinin ancaq yerli qızlardı. Toplanış 6 gün çəkəcək. İki oyun nəzərdə tutulub. Hər iki görüş U-17 yığmasına namizəd futbolçulara qarşı keçiriləcək. Qarşılaşmalar iyunun 26-sı və 28-də olacaq. Vaxt və məkan eynidi: saat 18.00-da, Mərdəkandakı təlim-məşq mərkəzinin süni meydanında".
Əsas yığma ilə bağlı da xəbərimiz var. Düzdü, milli iyulda istirahət edəcək. Bununla belə, qadın millisi AÇ-yə ciddi hazırlaşır. Komandanın planlarını öyrənərkən baş məşqçi Siyasət Əsgərov yeni xəbərləri çatdırdı: "Bildiyiniz kimi, bu ayın 10-dan 17-nə kimi toplanışında olduq. Əslində həmin arada Bolqarıstan millisi Bakıya gəlməliydi. Bütün detallar razılaşdırılmışdı. Son anda onların problemi yarandı, gələ bilmədilər, səfər ləğv olundu. Beynəlxalq yoxlama oyunu alınmasa da, toplanış baş tutdu. Yığmaya həm yerli, həm də legionerləri dəvət etmişdik. İspaniya ilə oyundan əvvəl son hazırlıq prosesinə avqustun 27-də start verəcəyik. Hələlik həmin toplanışın yeri müəyyənləşməyib. Ola bilər ki, hansısa ölkənin yığması Bakıya gəlsin və iki oyun keçirək. Ya da biz harasa gedə bilərik. Hələ dəqiq deyil, federasiya texniki məsələlərlə məşğul olur. Məqsəd İspaniya ilə oktyabrın 4-dəki beynəlxalq görüşə hazırlaşmaqdı. Hərtərəfli iş gedir. Hazırlığın tərkib hissəsi kimi milli üzvlərinin sanballı ölkə klublarına keçidini həll etməyə çalışırıq. Bildiyiniz kimi, qapıçımız Aytac Şərifova İslandiya klubuna keçib. Aysu Əliyeva Qazaxıstan klublarından biri ilə müqavilə bağlayıb. Daha 3 qızımız isə hazırda Rusiya klublarından birinin düşərgəsindədi. Sadəcə, həmin klub hələlik adının çəkilməsini istəmir. Transfer həllini tapandan sonra bunu hər kəs biləcək. Bugünlərdə həmin 3 futbolçumuzla müqavilə imzalanacaq. Beləliklə, çalışırıq ki əsas millinin üzdə olan üzvlərinin xarici klublara keçidinə şərait yaradaq. Bu, ümumi işimizə xeyirdi. Belədə istər-istəməz səviyyələri qalxacaq. Yığma üzvləri nə qədər səviyyəli çempionatlarda oynasalar, o qədər yaxşıdı. Çünki bizim liqalar yeni yaranıb deyə, səviyyə yüksək deyil".
MİRAĞA]]>
football Tue, 25 Jun 2019 15:17:20 +0000
Samir Əliyev 0:4-ə görə özünü suçladı http://www.football-plus.az/yigma/11121-samir-eliyev-04-e-gore-ozunu-suchladi.html http://www.football-plus.az/yigma/11121-samir-eliyev-04-e-gore-ozunu-suchladi.html Samir Əliyev 0:4-ə görə özünü suçladı]]> Samir Əliyev 0:4-ə görə özünü suçladı
"Kənardan baxanda ürəyim yanır, uduzmaq olar, amma belə yox"
19 yaşadək futbolçulardan ibarət yığma bir neçə gün əvvəl Belarusdan - təlim-məşq toplanışından döndü. Samir Əliyevin komandası Minskdə 2 oyun keçirdi ki, belaruslu həmyaşıdları ilə ilk matçda darmadağına məruz qaldı, 3 gün sonra isə məğlubiyyətin əvəzini minimalhesablı qələbə ilə olsa da, çıxmağı bacardı. Qeyd etdiyimiz kimi, U-19 Belarusdan ayın 10-dan 11-nə keçən gecə qayıdıb. Gənc mütəxəssislə əlaqə saxlayıb toplanışla bağlı fikirlərini, Minsk təəssüratını öyrəndik. Əliyev ayın 8-dəki 0:4-də məşqçilər korpusunun səhvini qabartdı: "Yığmada oynayanlar və namizədlər əsasən divizonda oynayır, yalnız bir-iki nəfər gənclər liqasında çıxış edir. Mayın 11-də divizionda mübarizə bitdi. İyunun 8-i və 10-da Belarusla iki yoldaşlıq oyunu keçirdik. Hardasa biraylıq fasilə olacağını nəzərə alıb çempionatdan sonra toplanışlar saldıq. Biz mayın 13-dən 19-na kimi Bakıda 1 həftəlik təlim-məşq toplanışında olduq. Ardından üc gün istirahət verib Qəbələyə yollandıq, bir həftə də məşqləri orda davam etdirdik. Beləliklə, həm oyunçuları tanımaq istəyirdik, həm də yoldaşlıq oyunları keçirməyi planlaşdırırdıq. İyunun əvvəlində isə Bakıda yığışıb iki-üç gün sonra Belarusa getdik. Bu ilk dəfə idi ki oyunçular tam heyətlə bir yerə yığışmışdı. Bundan əvvəl müəyyən səbəblərdən bunu edə bilməmişdik. İlk oyunda rəqibə 0:4 uduzduq. Amma həmin görüşdə oyunçularımdan narazı deyildim. Onlar var gücləri ilə oynadılar. Məğlubiyyətimizi şərtləndirən səbəblərə gəlincə, oyundan əvvəl Belarusu lazımi qədər yaxşı dəyərləndirmədik. Hardasa eksperimental heyətlə çıxmışdıq meydana. Rəqib fiziki cəhətdən bizimkiləri üstələyirdi. Burda mənim də səhvim var idi. Sırf hücum futbolu üçün müdafiəni çox irəlidə qurduq və belə olan halda da arxa xətdə boşluqlar oldu. Rəqib bundan lazımınca istifadə etdi. Belarus təcrübəli komandadı. Hesab oyunu əks etdirmirdi. Amma ikinci matçda bizim qol imkanlarımız daha çox oldu. Belarusun cəmi bir şansı oldu. Sadəcə, rəqib əlinə düşən imkanları maksimum dəyərləndiməyi bacaran komandadı".
Samir Əliyev son heyətin optimala yaxın olduğunu, bununla belə, komandada çatışmazlıqların qaldığını etiraf etdi: "Bəli, bu heyət optimala yaxındı. 85-90 faiz bu heyət Avropa çempionatında bizimlə olacaq. Ola bilsin, 2-3 dəyişiklik edim. Nəzarətdə saxladığımız oyunçular var, onlar öz üzərlərində işləyirlər. Ümid edirik ki, onlar bir az da “artıracaqlar”, çünki qarşıda bizi çətin oyunlar gözləyir. Norveç və Çexiya güclü rəqiblərdi. Hansı ki, biz Belarusla oynayan vaxt Norveç Potuqaliyanı 1:0, Yaponiyanı 3:1 məğlub etdi. Bu da bizi nə qədər çətin oyunların gözlədiyindən xəbər verir. Onlar daha sanballı rəqiblərlə görüşüblər. Ancaq bizim heyət də, demək olar, formalaşıb. Keçirdiyimiz son oyunlar bizə təcrübə qazandırdı. Ən böyük problemimiz standart vəziyyətlər, hava toplarındadı və üstəlik, sürətdə uduzuruq. Belarus atletik cəhətdən bizi üstələyirdi. Yığmada oynayan uşaqların çıxış etdiyi klubların məsqçiləri ilə müntəzəm əlaqə saxlayırıq. Bundan sonra da işbirliyində olacağıq ki, futbolçularda nə çatmır, nəyin üzərində işləməliyik".
Bəs millinin qarşıdakı planları necədi, növbəti aylarda da təlim-məşq toplanışı olacaqmı: "Toplanışlara ara verdik. Avqustda və sentyabrda bir araya gələrək hazırlaşacağıq. Oktyabrda da seçmə oyunlar olacaq. Yəni iyulda yığışmayacağıq. Bu bir ay futbolçuların istirahət müddətidi. Bir qədər dincəlib klubların hazırlığına qoşulmalıdılar".
Fürsətdən yararlanaraq Samir Əliyevdən U-21 və əsas yığmamızın son seçmə mərhələ oyunlardakı bərbad nəticələrinə münasibətini də öyrəndik: "Açığı, baş qarışıq oldu, U-21-in Lixtenşteynlə oyununu izləyə bilmədim. Amma nəticə hər şeyi deyir. Düzdü, mən əminəm ki, Lixtenşteynlə bu gün təkrar oynasaq, onlar bizi uda bilməz. Onların qələbəsi təsadüfi bir şey idi. Rəqib qolunu vurub oturdu arxada. Əlbəttə, uduzmamalıydıq. Hətta ardıcıl 5 oyun olsa, hamısını biz udarıq. O ki qaldı əsas yığmaya, bu barədə hamı danışır, tənqid edir. Mən detallara toxunmaq istəmirəm, bu, etik cəhətdən düzgün olmaz. Belə məğlubiyyət hər bir azərbaycanlı, hər bir futbolsevər, hər bir mütəxəssis üçün acınacaqlıdı. Kənardan baxanda ürəyim yanır, uduzmaq olar, amma belə yox. İki qol vurub 8-ni buraxmaq çox pis nəticədi. Oyun da ümid vermədi. Millidə belə ürəksiz oynamaq olmaz. Ümid edək ki, yaxşıya doğru dəyişiklik olacaq, hər kəs bu oyunlardan nəticə çıxaracaq. Səhvlərin üzərində işləmək lazımdı".
MİRAĞA]]>
football Wed, 19 Jun 2019 14:57:47 +0000