13 mar 12:48yigma

Nikola Yurçevçin siyahısında kimlər yer alacaq?

Nikola Yurçevçin siyahısında kimlər yer alacaq?
AÇ-2020-nin seçmə mərhələsinin startına sayılı günlər qalıb. Yığmamız sözügedən turnirdə ilk oyununu səfərdə Xorvatiyaya qarşı keçiricək. Təbii, tisklə belə bir başlanğıc arzuolunmazdı. Ancaq artıq püşkün nəticəsi haqda fikir yürütməık, təqvimi saf-çürük etmək vaxtı deyil. Azərbaycanlı azarkeşləri düşündürən əsas məqam Nikola Yurçeviçin debütünün necə alınacağıdı. Məlum olduğu kimi, milli martın 16-da bir araya gələcək, Bakıdakı üçgünlük təlim-məşq toplanışının ardından – ayın 19-da Zaqrebə yola düşəcək. Martın 21-də isə yığmanı “Maksimir” stadionunda çox çətin oyun gözləyir. Son mundialın gümüş medalçısı, heyətində dünya ulduzlarının top qovduğu komanda ilə dueldə şansımızın çox olmadığını hər kəs yaxşı anlayır.
Ümumi cizgilər və dəqiqləşən iki ad
“Sumqayıt” – “Neftçi” oyununun fasiləsində jurnalistlərə açıqlama verən Yurçeviç heyətlə bağlı suallara aydınlıq gətirib. Doğrudu, o, kimləri çağıracağını deməyib, hər hansı ad çəkməyib. Sadəcə, ilk siyahısı haqda bəzi cizgiləri açıqlayıb. Belə ki, xorvat mütəxəssisin toplanışa 23 futbolçu dəvət edəcəyi, onlardan üçünün qapıçı olacağı dəqiqdi. Həmçinin baş məşqçi yeni adların da olacağını istisna etməyib. Yeri gəlmişkən, artıq ölkə xaricində top qovan iki futbolçunun yığmaya dəvət aldığı bilinir. Bunlar Rüfət Dadaşov (“Proyssen”, Almaniya) və Ramil Şeydayevdi (“Krılya Sovetov”, Rusiya). Məlumatı futbolçuların şərəfini qoruduğu klubların rəsmi saytı yayıb. Bəs görəsən, qalan 21 futbolçu kimlər olacaq? Əslində bu haqda konkret fikir yürütmək çətindi. Çünki Yurçeviçin hansı taktikanı sevdiyini, futbol fəlsəfəsinin nədən ibarət olduğunu, heyəti müəyyənləşdirərkən turnir cədvəlindəki sıralamanı əsas götürüb-götürmədiyini, təcrübəyə, yoxsa hazırkı performansa üstünlük verəcəyini bilmirik. Hər halda, hazırda kimlərin yığmanı haqq etdiyi və dəvət almaq ehtimalının yüksək olduğu haqda öz düşüncələrimizi ortaya qoya bilərik.
Qapı
Bəlkə də kimlərin yer alacağını əminliklə söyləyə biləcəyimiz yeganə mövqedi. “Keşlə”dən Kamran Ağayevlə “Neftçi”dən Səlahət Ağayevin Yurçeviçin sərəncamında olacağı şübhə doğurmur. Üçüncü qapıçı isə, böyük ehtimalla, Emil Balayevdi. Hazırda Qazaxıstanda legioner həyatı yaşayan “çərçivə qoruyucusu”nun da Yurçevçin siyahısında olduğunu proqnozlaşdırmaq olar. “Səbail”, “Qəbələ”, “Qarabağ” və “Sabah”da hazırda əsas qolkiperlər əcnəbidi. “Sumqayıt”ın hazırkı mövqeyi bu komandadan qapıçı seçməyə imkan vermir. Çətin ki, “Zirə”dən Kamal Bayramovu da xorvatın siyahısında görək. Deməli, qapıçıların “üçlüy”ü Kamran, Səlahət və Emildən ibarət olacaq.
Müdafiə
Yarımmüdafiə və hücumla müqayisədə arxa xətt ilə bağlı konkret fikir səsləndirmək çətindi. Hazırda yalnız bir neçə adla bağlı şübhə yeri yoxdu. Bunlar “Qarabağ”dan Maksim Medvedev, Bədavi Hüseynov, “Sabah”dan Təmkin Xəlilzadə, “Neftçi”dən Tural Axundovdu. Nə bilmək olar, bəlkə Yurçeviç son iki futbolçu haqda fərqli qərar verdi? Hər halda, biz daha çox hazırkı performansı ilə yığmanı haqq edən futbolçuların adını çəkirik. Məlumdu ki, son qərar xorvata məxsus olacaq. “Aleksandriya”nın üzvü Pavel Paşayev son turda zədələnməsəydi, onu da yığmada görəcəyimiz birmənalı idi. Ola bilər, futbolçunun problemi ciddi olmasın və millinin düşərgəsinə təşrif buyursun. Bundan başqa, “Neftçi”nin gənc müdafiəçiləri Anton Krivotsyukla Ömər Buludovun da millidə olacağı istisna deyil. Mümkündü ki, Yurçeviç “yeni adlar olacaq” deyəndə məhz onları nəzərdə tuturmuş. Əvvəla, lider komandanın üzvləridi, ikincisi, yaxşı formadadılar. Bu günə olan performansını nəzərə alsaq, “Səbail”dən Şəhriyar Rəhimovla Elvin Yunuszadəni, “Qarabağ”dan Rahil Məmmədovu, “Qəbələ”dən isə Bəhlul Mustafazadəni da millinin baş məşqçisinin sərəncamında görə bilərik. Həmçinin Ürfan Abbasov (Qəbələ) və Slavik Alxasovun (Keşlə) da yığmada olmaq ehtimalı istisna deyil. Bu iki futbolçu daim oynayır, özü də elə də zif təsir bağışlamırlar. Bir sözlə, Yurçeviçin siyahısında olan müdafiəçilər adlarını sadaladıqlarımızdan kənara çıxmayacaq. Amma çox güman, onların hamısı “23-lük”də olmayacaq.
Yarımmüdafiə
Bu mövqedə də həm dəqiq söyləyə, həm də ehtimal şəklində qeyd edə biləcəyimiz oyunçular var. Başlayaq Yurçeviçin siyahısında olacağına şübhə etmədiyimiz adlardan. “Qarabağ”dan Qara Qarayev, Araz Abdullayev, Riçard Almeyda, “Neftçi”dən Emin Mahmudov, “Ertsgebirge”nin (Almaniya) üzvü Dmitri Nazarovun çağırılacağı, demək olar, bəllidi. Bundan başqa, uzun müddətdi milliyə dəvət almayan, ancaq hazırda “Alkorkon”un əsas heyət üzvü olan Eddi İsrafilovun da dönüşü gözləniləndi. Futbolçuların indiki forması əsas götürülsə, Eddinin çağırılması normal qarşılanmalıdı. “Səbail”dən Rahid Əmirquliyevlə Ağabala Ramazanovu, “Neftçi”dən isə Namiq Ələsgərovu da yaddan çıxarmayaq. Hərçənd adını çəkdiyimiz ilk iki futbolçu ilə müqayisədə Namiqin şansı daha azdı. Bundan başqa, Cavidləri – İmamverdiyevlə Hüseynovu də unutmamalıyıq. Yəqin ki, onlardan ən azı birini, “Sabah”ın kapitanını yığmada görəcəyik. Hüseynovun da təcrübəsini nəzərə alsaq, Yurçeviç ona da dəvət göndərəcəyini gözləmək olar.
Hücum
Əslində hansı hücumçuların dəvət alacağını təxmin etmək çətin deyil. Çünki onlardan ikisinin – Ramil Şeydayevlə Rüfət Dadaşovun yığmada olacağı artıq dəqiqləşib. “Neftçi”dən Mirabdulla Abbasovla “Qarabağ”dan Mahir Mədətovun da siyahıda yer alacağı şübhə doğurmur. Yalnız iki futbolçunun yığmaya dəvət almaq ehtimalı bir qədər müzakirəyə açıqdı. Bunlar “Qəbələ”dən Rauf Əliyev və “Səbail”dən Ruslan Qurbanovdu. Hər iki futbolçunun yığma təcrübəsi yetərincədi. Sadəcə, bəzi əngəllər var. Raufun hazırda formasında yükəliş hiss olunsa da, məhsuldarlıq baxımından ön planda deyil. Ruslan isə zədədən yeni dönüb, indiki halda performansı elə də ürəkaçan deyil. Odu ki, bu iki futbolçunu Yurçeviçin siyahısında görmək ehtimalımız 50-nin 50-yə nisbətindədi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar