12 mar 14:06yigma

Yurçeviç 23 futbolçu çağıracaq, yeni adlara güvənəcək

Yurçeviç 23 futbolçu çağıracaq, yeni adlara güvənəcək
“Rəqibin Xorvatiya olması mənim özümə də xüsusi motivasiya verir”
“Sumqayıt”la “Neftçi” arasındakı gərgin oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Nikola Yurçeviç də var idi. Stadiona xanımı ilə təşrif buyuran xorvat çalışdırıcı fasilədə suallarımızı cavablamağa etiraz etmədi. Berti Foqts və Robert Prosineçki kimi xələfləri ilə müqayisədə olduqca mehriban və ünsiyyətcil olan Yurçeviç Xorvatiya ilə matç ərəfəsində bəzi məqamlara aydınlıq gətirdi.
- Növbəti oyunlardan birini izlədiz. Premyer-liqanın səviyyəsi xoşunuza gəlir?
- Çox görüşləri canlı izləmişəm. Təxminən 8-9 oyun deyərdim. “Qarabağ”, “Neftçi”, “Səbail”, “Keşlə”, “Sumqayıt”, “”Zirə” – demək olar, bütün komandaları və futbolçuları iş başında görmüşəm. Turnir cədvəlindən də göründüyü kimi, ən güclü komandalar çempionluğa oynayan “Neftçi”ylə “Qarabağ”dı. Maraqlıdı odu ki, xal fərqində rəqibləri qabaqlasalar da, heç bir oyunda asan qələbə qazana bilmirlər. Hətta bir çox hallarda xallar itirirlər. Oyunlar olduqca çətin keçir. Dünən “Qarabağ”la oyunda “Zirə”nin futbolçuları məni yaxşı mənada təəccübləndirdi. İndiki qarşılaşmada da “Sumqayıt”lı futbolçuların çıxışını bəyənirəm. “Neftçi” liderdi, “Sumqayıt” autsayder. Amma siz meydan sahiblərinin sərgilədiyi oyuna baxın.
- Əsas məsələ. Xorvatiya ilə oyun üçün heyəti nə vaxt açıqlayacaqsız?
- Yaxın 2-3 gündə siyahıda kimlərin olacağını biləcəksiz.
- 21-ci turun oyunlarını gözləməyə gərək duymursuz?
- Vaxtımız çox azdı. İndidən adlar açıqlanmalıdı ki, işə başlayaq. Ona görə də siyahı daha erkən açıqlanacaq.
- Amma 21-ci turda hansısa futbolçu dubl müəllifi ola, het-trik edə bilər...
- Oyunçuya bir oyuna görə qiymət verməyin tərəfdarı deyiləm. İzlədiyim bir neçə matçda diqqətimi kimlər çəkibsə, onları dəvət edəcəm. Bəzən elə olur ki, hansısa futbolçu yaxşı oynayır, qol vurur, ötürmə verir. Ancaq növbəti görüşdə gözə dəymir. Belə hallar da olur.
- Sərəncamınızda neçə futbolçu olacaq?
- 3-ü qapıçı, 20-si sahə oyunçusu olmaqla 23 nəfər çağıracam.
- Yeni adlar görmək imkanımız olacaq?
- Bir neçə yeni ad olacaq.
- 2-3 nəfər?
- (gülür) Bunu deyə bilməyəcəm. Desəm, biləcəksiz. Onu diqqətinizə çatdırım ki, bəzi yeni adlar olacaq. Yeni adlar deyəndə, son vaxtlar yığmaya dəvət almayanları deyirəm. Onsuz da yerli futbolçuların sayı azdı, seçim imkanımız kasaddı. Özünüz də görürsüz ki, komandalarda çox sayda legionerlər top qovur.
- Martın 21-dəki oyunda hədəf nə olacaq?
- Bizim üçün çətin olacaq. Xorvatiya son dünya çempionatının finalçısıdı, bunu unutmamalıyıq. Buna baxmayaraq, yaxşı oyunla sərfəli nəticə qazanmaq gücündə olduğumuzu düşünürəm.
- 0:0, 1:1...?
- Heç-heçə bizim üçün fantastik nəticə olar. Xal qazanmaq üçün sona qədər mübarizə aparacağıq. Xorvatiya millisi haqda kifayət qədər məlumatlıyam. Onların günü olanda dünyanın ən yaxşılarından biri kimi oynayırlar. Bəzən də onların günü olmur. Ona görə də imkanlardan yararlanmağa çalışmalıyıq.
- Belə bir fikir var ki, Xorvatiya yığması millimizə məhz həmyerlilərinin rəhbərlik etdiyini nəzərə alıb bizimkilərə güzəşt edəcək. Daha az qol vurmağı nəzərdə tuturam...
- (gülür) Unutmayaq ki, bu oyunun mənim üçün də xüsusi əhəmiyyəti var. Karyeramda yığmanın baş məşqçisi kimi debüt edəcəm. Üstəlik, həmyerlilərimin önündə, vətənim Xorvatiyada, evimdən cəmi 1 kilometr aralıda. Ona görə də rəqibin Xorvatiya olması mənim özümə də xüsusi motivasiya verir. Rəqibə hörmətlə yanaşsaq da, qorxmuruq. 100 faiz əminəm ki, yaxşı oyun göstərəcəyik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi Bütün xəbərlər
Ən çox oxunanlar