27 mar 15:00yigma, manset

Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam”

Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam”
Elxan Məmmədov: “Azarkeşlər sağ olsun, bu gün milliyə yüksək səviyyədə dəstək verdilər. Stadionda möhtəşəm ab-hava var idi. Hələ çoxlu azarkeş bayırda qalmışdı. Əllərində bileti olanların bəziləri stadiona girə bilmədi. Bir az gec gəlmişdilər. Daha doğrusu, biletsiz adamlar onlara girişdə problem yaratdılar. Xəbərimiz var, ona görə də növbəti oyunlarda tədbir görəcəyik. Oyuna gəlincə, komandamız dünya çempionlarına qarşı cəsarətli çıxışla yadda qaldı. Bacardıqları qədər hücum futbolu sərgiləməyə çalışdılar. Üstəlik, azarkeşlərə qol sevinci yaşatdılar. Uduzmaq yaxşı hal deyil. Amma rəqibin kim olduğunu da unutmamalıyıq. Cari seçmə mərhələdə Almaniyanın qapısına yol tapan olmamışdı. 0:3, 0:4-dənsə qol vurub uduzmaz yaxşıdı. “Niyə də yox?!” kampaniyası davam edir, hələ heç nə bitməyib. Norveç və Çexiyaya qarşı oyunlarımız həlledici olacaq. Rövnəq Abdullayev stadiondaydı. Paltardəyişmə otağına baş çəkməməsi Almaniya Futbol İttifaqının prezidentiylə söhbət etməsi ilə bağlı idi. Gələcək əməkdaşlıqla bağlı söhbət edirdilər. Əvəzində mən futbolçularla görüşüb AFFA rəhbərliyi adından təşəkkürümü bildirdim... Berti Foqtsa matçdan əvvəl görüşmüşdüm. Hiss etdim ki, yığmanı müntəzəm izləyir. Baxımlı oyun sərgilədiyimizi dedi. Bəzi tanımadığı futbolçulardan – Ramil Şeydayevdən, Emin Mahmudovdan danışdıq. Xeyr, bu oyunçuları onun dönəmində yığmaya cəlb etmədiyimizə görə narazılıq etmədi (gülür). Berti Foqtsun İtaliyaya məğlubiyyətdən sonra mükafat vermək istədiyimiz söhbətinə gəlincə, belə söhbət olmayıb. Bilmirəm onu hardan götürüb, niyə elə deyib. “Feysbuk”da adıma saxta profil açılmasından xəbərdaram. Həmin hesabın silinməsi üçün artıq “feysbuk” adminlərinə məlumat verilib”.
Rəşad Sadıqov: “Gördüyünüz kimi, futbolçular rəqibdən qorxub-çəkinmədi. Bunun özü olduqca sevindirici məqamdı. İlk 10 dəqiqədə müəyyən həyəcan olsa da, zamanla rahatlaşdıq. Topla rəftar edir, hücum qurmağa çalışırdıq. Hücum baxımından ən yaxşı oyunlarımızdan birini oynadıq. Məğlubiyyətdə rəqibin ustalığı sözünü dedi. Neçə səhv buraxdıqsa, maksimum istifadə etdilər. Qarşılarını ala bilmədik. Biz bərabərlik qolunu vurandan sonra rəqib tərəfdə müəyyən gərginlik hiss olunurdu, bir-birinin üstünə qışqırırdılar. Fasiləyə heç olmasa, 1:2 yollansaydıq, ikinci yarıda hər şey fərqli də ola bilərdi. Amma 3-cü qol bütün şanslarımızın üstündən xətt çəkdi. Kornerdən gələn topu pis vurmamışdım. Qapıya getsəydi, nəsə ola bilərdi. Amma o epizodda top rəqibin əlinə dəymədi. Yəni penalti istəməyin yeri yox idi. Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam. Prosineçki oyundan razı qaldı. Amma fasilədə çox əsəbi idi, səhvlərə görə özündən çıxmışdı. Əfran o cür qol ötürməsi verdi, 2 dəqiqə sonra kobud səhvə yol verdi. Rəqibin qarşısını biz almalıydıq, amma bacarmadıq... Renat Dadaşov gəncdi, irəlidə vaxtı olacaq. Oynayıb-oynamamasına baş məşqçi qərar verir. Bu cür oynasaq, bir az da səhvlərin sayını azaltsaq, yaxşı mənada nəsə edə bilərik. Fikrimcə, həlledici an Bakıda Şimali İrlandiya ilə qarşılaşma olacaq. San Marino xaric, başqa rəqiblər ustalıq səviyyəsi baxımından bizi üstələyir. Biz yalnız istək, əzmkarlıq sayəsində nəsə edə bilərik”.
Kamran Ağayev: “Uzun müddətdi meydana çıxmasam da, bu gün yığmaya kömək etməyə çalışdım. Özümü oynamağa hazır sayırdım. Uduzsaq da, normal futbol sərgiləməyə çalışdıq. Bundan pis və ya yaxşı ola bilərdi. Almaniya yığmasının adı gələndə istər-istəməz adama psixoloji təsir edir. Stadiona gələn azarkeşlər sağ olsunlar. Amma sosial şəbəkələrdə elə şeylər yazırdılar ki, adamda qıcıq yaranırdı. Almanlar favoritdi, bunu hamı bilir. Daha “almanlar 6-7-ni vuracaqlar” kimi rəylər yazmaq nəyə lazımdı? Bir-birimizə güvənməli, arxa olmalıyıq.Gördüz ki, nə altısını vura bildilər, nə yeddisini, nə də bizi “döydülər”. Fərdi səhvlərə görə uduzduq. İkinci qolu buraxanda Əfranı neyniyərdim? Hamının səhvi olur, səhvsiz futbolçu yoxdu. Bizim onunla qəsdi-qərəzimiz yoxdu. İnşallah, gələcəkdə belə səhvlər etməz”.
Qara Qarayev: “Düzü, yaxşı mənada komandamızın belə futbol nümayiş etdirəcəyini gözləmirdim. Rəqibin adından çəkinməyərək öz futbolumuzu oynadıq, müdafiəyə qapanmadıq. Qol vurduq, daha bir neçə imkan yaxaladıq. Hətta bəzi anlarda meydançanın onlara aid hissəsində pressinq edirdik. Razıyam, oyunun “qırılma anı” buraxdığımız 2-ci qol oldu. Əfran hücuma çıxanda müdafiə xətti yerini tutmamışdı. Öz günahımız oldu. Əfran Cavidə ötürmə vermək istəyirdi, alınmadı. Amma bütün günahı Əfranın üstünə yıxmaq da düzgün olmaz. Çünki top itkisindən sonra rəqibin hücum edə biləcəyini düşünüb bir-birimizi “sığortalamalıyıq”. İnamlı çıxışıma gəlincə, hansı rəqibə qarşı oynadığımın fərqindəydim. Ona görə də ən yaxşısını etməyə çalışırdım. Hər kəsin diqqəti bu oyundaydı və bu mənə əlavə motivasiya verirdi. Amma əla oynadığımı deməzdim, çünki bundan da artığını edə bilərdim. Futbolkamı Xedirayla dəyişdim, fikrimcə, bu da normaldı”.
Dəniz Yılmaz: “Oyuna yaxşı başladıq. Hətta qol buraxmağımıza baxmayaraq, həvəsdən düşmədik. Bərabərlik qolunu vurub ümidləndik. Lakin sonrakı qollar planlarımızı pozdu. Belə rəqibə qarşı oynamaq asan deyil. Amma yenə də bacardığımızı etməyə çalışdıq. İnşallah, bu cür davam etsək, DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilərik. Bunun üçün ev oyunlarından maksimum nəticə ilə ayrılmalıyıq. Ehtiyatda qalmağı problemə çevirmirəm. Baş məşqçi necə məsləhət bilirsə, elə də olmalıdı. Bəli, vaxtilə “Bavariya”da Tomas Müllerlə komanda yoldaşı olmuşam. Münasibətlərimiz indiyə qədər yaxşıdı. Matçdan sonra da sırf oyun haqda danışırdıq”.
Ramil Şeydayev: “Fikrimcə, bu gün yaxşı oynadıq. Başqalarının deyə bilmərəm, ancaq mənim xoşuma gəldi. Almaniyaya qarşı oynayırsansa, səhv etmək haqqın yoxdu. Etdinsə, cəzasını çəkəcəksən. Vacib olan odu ki, dünya çempionlarının qarşısında əzilmədik, boyun əymədik. Bizdən güclü idilər və layiqli qələbə qazandılar. Onlar üçün rəqibin kimliyinin fərqi yoxdu. Bacardıqları qədər çox qol vurmağa çalışırlar. Bu gün gücləri 4 qola çatdı. Həvəsdən düşməməliyik. Meydanı tərk edərkən kefsiz olmağıma gəlincə, bu normaldı. Ən azı xal qazanmaq istəyirdik. Təbii ki, qol vursaydım, yaxşı olardı. Digər rəqiblərə qarşı bu cür oynasaq, əminəm ki, qələbə qazanacağıq. Daha da “artırmalıyıq”. Azarkeş dəstəyi möhtəşəm idi. Təəssüf ki, onları sevindirə bilmədik. Rəşad Sadıqov mənə daha çox pressinq etməyi, irəlidə oynamağı tapşırırdı. Belə rəqibə qarşı pressinq etmək də olmur. Çünki topu bir zonada saxlamırlar”.
Tomas Müller: “Yaxşı mübarizə apardıq, layiqli qələbə qazandıq. Hər kəs kimi mən də ən yaxşısını etməyə çalışdım. Nə qədər alındı, buna siz və azarkeşlər qiymət verə bilər. Ən vacib odu ki, qol vurmaq baxımından problem yaşamadıq. Bizim üçün vacib və sevindirici qələbə oldu. Qol buraxdığımıza görə olduqca məyusam. “Quru” oyunlar seriyasını davam etdirmək istəyirdik. Sadəcə, adımız elədi ki, bütün rəqiblər dünya çempionlarına qarşı ikiqat mübarizə aparır. Gördüyünüz kimi, bu gün azərbaycanlı futbolçular canlarından keçməyə hazır idilər”.
Andre Şürrle: “Qələbə bizə asan başa gəlmədi. Müdafiədə iki kobud səhvə yol verdik ki, onlardan birini qola çevirdilər. Almaniya yığması belə səhvlərə yol verməməlidi. Yaxşı ki, həlledici anlarda düzgün qərarlar qəbul edib istəyimizə çatdıq. Bununla da həvəslənən yerli azarkeşləri susdurduq. Mənə göstərdiyi inama görə Yoahim Lövə nə qədər təşəkkür etsəm, azdı. O mənə güvəndi, mən də etimadını doğrultmağa çalışdım. İndi vacib 3 xal və xoş əhval-ruhiyyə ilə Dortmunda qayıdıram”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:23 Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib Bu gün, 14:22 Ömər Paşayev Samir Abasovun ittihamına cavab vermədi Bu gün, 14:20 “Qəbələ” Sənan Qurbanovla yola davam edəcək Bu gün, 14:19 Almeyda “Astana”da qol hesabını açdı Bu gün, 14:17 "Qarabağ" 4 milyon qazandı Bu gün, 14:14 Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz” Bu gün, 14:12 “Qarabağ” “Qəbələ”ni acınacaqlı vəziyyətə saldı Bu gün, 13:58 Namiq “Qəbələ”ni siyahıdan silməyin tez olduğunu düşünür Bu gün, 13:56 “Dalğa Arena”da striptiz-şou və söyüş dalğası Bu gün, 13:51 Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi Bu gün, 13:47 Sərtanın durumu qənaətbəxşdi Bu gün, 13:45 Deviçin seriyası Bayılda qırıldı Bu gün, 13:32 “Füzuli”də yetərsay olmadı, matç baş tutmadı Bu gün, 13:31 Kaka Azərbaycan üçün darıxıbmış Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:21 “Sumqayıt” yenə geridönüş etdi Dünən, 20:13 Elbrus İsmayılov çarəsizdi… Dünən, 20:10 “Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər Dünən, 20:08 Mahir Mədətov atmacalarına davam edir Dünən, 14:20 Pulun ola, gedib, gəzib, qayıdasan Dünən, 14:12 Təcrübə və səviyyə fərqi... Dünən, 14:10 Qara Qarayev “Qarabağ”a badalaq vurdu Dünən, 14:09 Portəgizlər məmnun, ağdamlılar məyusdu 21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Bütün xəbərlər
Ən çox oxunanlar