26 mar 13:28yigma, manset

Ümid verən 5 məqam

Ümid verən 5 məqam
Çoxları almanların böyük hesabla qalib gələcəyini proqnozlaşdırır. Bəziləri 1 və ya 2 top fərqi ilə uduzmağı da indidən qəbul edir. Təbii, son dünya çempionu ilə görüşdə daha artığını istəmək çətindi. Bununla belə, yığmanın xal qazanacağına da ümid edənlər var. Sonuncular millinin xeyrinə olan cüzi şansa bel bağlayır. Hər halda, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ölkənin simasıdısa, ən yaxşı nəticəyə inanmalıyıq. Bu baxımdan yığmaya nələrin fayda verə biləcəyini də gözdən keçirməliyik.

Güclü dəstək
Bu yığmamıza daha çox lazımdı. Çünki almanların dolu tribunalar önündə ayaqlarının əsəcəyini demək gülməli olar. Bundestimin üzvləri Avropanın aparıcı klublarının şərəfini qoruyur və belə atmosferə alışıblar. Odu ki, yerli fanatların rəqib futbolçuları psixoloji cəhətdən “sındıracağına” ümid etmək yersizdi. Lakin bizimkilər heç də hər an belə dəstəyi hiss etmirlər. Yalnız beynəlxalq oyunlar zamanı arxalarında azarkeş kütləsinin olduğunu görürlər. Bu üzdən almanlarla qarşılaşmada yığmanı tək buraxmaq komandanı oda atmaqdan başqa bir şey deyil. Artıq azarkeşlər bu mənada müəyyən işlər görüb. İstər millinin, istərsə də klubların xaricdəki oyunları zamanı onlara dəstək olan “Milli dəstə” azarkeş qrupu da Bakıya təşrif buyurub, oyun vaxtı tribunada yer alacaq. Bundan başqa, ölkənin qabaqcıl azarkeş qrupları milli naminə birləşməyə qərar verib. Stadionun 3, 4 və 5-ci sektorlarında qərarlaşacaq azarkeş qrupları “Hər şey Azərbaycan üçün” şürını əldə əsas tutub "Azerbaijan United" adı altında birləşib. Oyundan bir neçə saat əvvəl isə yürüş təşkil edəcək fanatlar matç zamanı birlikdə komandaya dəstək olacaq, eyni bəstəni səsləndirəcək, qonaq azarkeşləri susdurmağa çalışacaq, bizimkiləri ruhlandıracaq.

Heyət seçimi
Düzdü, zədə üzündən bəzi oyunçular yığmanın düşərgəsindən ayrıldı. Söhbət Namiq Ələsgərovla Ruslan Abışovdan gedir. Ancaq nəzər alaq ki, Abışov cari seçmə mərhələ oyunlarında şans qazanmayıb. Ələsgərov isə hansısa qarşılaşmanı əvvəldən axıra kimi oynamayıb. Deməli, Prosineçkinin heyət seçimi ilə bağlı problemi yoxdu. Bunun üçün ideal “11-liy”in qurulması lazımdı. Qapının Kamran Ağayevə etibar ediləcəyi şübhə doğurmursa, müdafiəni soldan-sağa Maksim Medevedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov “dördlüy”ündən formalaşdırmaq olar. Ortada Qara Qarayev, Rahid Əmirquliyev və Dmitri Nazarovun olacağını ehtimal etsək, cinahların Əfran İsmayılovla Ruslan Qurbanova tapşırılması mümkündü. İrəlidə isə Ramil Şeydayevə, yaxud da Dəniz Yılmaz və Ağabala Ramazanovdan birinə etibar etmək olar. Cavid Hüseynovun ilk dəqiqələrdən meydanda olması da sürpriz seçim olmamalıdı. Hər halda, bu cür rəqiblə görüşdə hansısa eksperimentə, riskə yol vermək faciə ilə nəticələnə bilər.

Rəqibin heyətindəki zədəlilər
Düzdü, reallığı nəzərə alsaq, Yoahim Löv ikinci heyəti buraxsa belə, bizim şansımız çox deyil. Lakin razılaşaq ki, rəqibin heyətində zədəlilər kifayət qədər çoxdu. Marko Roysla Mario Götzenin adı, ümumiyyətlə, siyahıya salınmamışdı. Manuel Noyer zədələndiyinə görə Bakıya gəlməyib. Bundan başqa, bundestimin gənc üzvləri Timo Verner və Yulian Vayql da ölkəmizə gətirilməyib. Həmçinin Məsut Özil, Yulian Draksler və Mario Qomesin sabahkı görüşdə forma geyməsi sual altındadı. Yeri gəlmişkən, Sami Xediranın da zədədən əziyyət çəkdiyini qeyd edək. Əsas heyət üzvlərinin əksəriyyətinin xidmətindən məhrum olan bundestimin bu mənada işlərinin qaydasında olmaması diqqəti çəkir. Hərçənd bunun millimizə nə qədər faydalı olacağını söyləmək çətindi.

Heç bir təzyiqin olmaması
Bir müddət öncə Prosineçki belə bir açıqlama vermişdi: “Almaniya ilə qarşılaşma bizim üçün qrupda ən asan oyun olacaq. Rəqib dünyanın ən güclü komandalarındandı. O təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudu. Buna görə də üzərimizdə təzyiq yoxdu. Əksinə, təzyiq növbəti matçlarda daha çox olacaq”. İstər xorvat mütəxəssis, istərsə də yetirmələri yaxşı anlayır ki, bundestimə məğlubiyyət adi qarşılanacaq. Buna görə heç kim yığmanı “asıb-kəsməyəcək”. Belə deyək, bizimkilər meydana tam sərbəst çıxacaq. Özü də bu cür rəqiblərə qarşı oyunlarda motivasiya zirvə həddində olur. Bu məqam millinin xeyrinədi.

İdman xoşbəxtliyi
Ümid edəcəyimiz daha bir amil isə məhz bəxtlə bağlıdı. İnanaq ki, sabahkı görüşdə idman xoşbəxtliyi yığmanın yanında olacaq. Futbolda bu çox önəmli məqamdı. Təbii, bəxt amili komandanın əzmkarlığı ilə üst-üstə düşəndə nəticə də sevindirici olur.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar