26 mar 13:26yigma

26 mart lənətinə son qoyun!

26 mart lənətinə son qoyun!
Sabah, saat 20.00
DÇ-2018-in seçmə oyunu
229. Azərbaycan - Almaniya
Hakimlər: DANİELE ORSATO, Mauro Tonolini, Rikardo Di Fyore, Marko Quida (hamısı İtaliya).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
UEFA nümayəndəsi: Adrian İksari (Moldova)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Yığma sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxacaq. Robert Prosineçkinin yetirmələri C qrupunun ən güclü komandası ilə münasibətləri aydınlaşdıracaq. Almaniya ilə oyunda yığmanın 1 xal qazanması belə sensasiya sayılacaq. Lakin “futbolda hər şey olur” ifadəsi elə-belə deyilməyib. Bu idman növünü sevdirən əsas məqamlardan biri də elə onun sürprizləridi. Ölkəmizdə böyük maraqla gözlənilən və mərkəzi arenada keçiriləcək qarşılaşmanı İTV canlı yayınlayacaq.
Qeyd edək ki, son dünya çempionları DÇ-nin seçmə mərhələsinə də əla start verib. Yoahim Lövün rəhbərlik etdiyi komanda geridə qalan 4 turda maksimum nəticəyə imza atıb. Bütün görüşlərdə qələbə qazanan, rəqib qapılarından 16 top keçirməsinə baxmayaraq, öz qapısını toxunulmaz saxlayan bundestim Bakıda da uğurlu seriyanı davam etdirmək niyyətindədi. Tisklin ilk 3 görüşündə 7 xal toplamaqla qitənin diqqətini çəkən millimiz isə möcüzəni reallaşdırmaq üçün çarpışacaq. Ötən saylarımızdan birində Almaniyanın son 10 ildə 2 dəfə bizimlə eyni gücdə olan yığmalarla görüşdə xal itirdiyini diqqətinizə çatdırmışdıq. Ümid edək ki, belə sürpriz nəticələrdən biri də sabah “Tofiq Bəhramov”da qeydə alınacaq. Hərçənd almanların top-yığmalar arasında sürprizlərə ən az imkan verən komandalardan biri olduğu da məlumdu. Prosineçkinin komandası isə rəqibin heyətindəki zədəlilərə, eləcə də bəxt amilinə güvənib, əzmkarlıq nümayiş etdirməlidi. Onsuz da xorvat çalışdırıcı açıqlamasında bu oyunun bizimkilər üçün ən asan qarşılaşma olduğunu demişdi. Prosineçki rəhbərlik etdiyi komandanın hansısa təzyiq altında olmadığını nəzərdə tutub, bunu söyləmişdi. Deməli, milli bu durumdan maksimum yararlanmalıdı.
Almaniya ilə indiyədək 4 dəfə qarşılaşmışıq. DÇ-2010-un seçmə mərhələsində həm Bakıda (0:2), həm də Hannoverdə “quru” hesabla (0:4) məğlub olmuşduq. AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərdən biri yenə də bundestim idi. Bu dəfə də hər iki görüşdə almanlar qələbə qazandı. Yeganə təsəllimiz istər Kölndəki (1:6), istərsə də Bakıdakı matçda (1:3) rəqib qapısına yol tapa bilməyimiz oldu. Özü də həmin tsikldə almanları hər iki görüşdə məyus edən yeganə komanda Berti Foqtsun yetirmələri idi. Səfər oyununda Vaqif Cavadovun kornerdən Manuel Noyerin qoruduğu qapıya yol tapması hələ də yaddaşlardan silinməyib. Hazırda nə Cavadov, nə də Noyer yığmanın düşərgəsindədi. Həmin mərhələnin cavab qarşılaşmasında isə Murad Hüseynov bundestimi məyus etmişdi. Ümumiyyətlə, “böyük beşlik” ölkələrinin yığmalarına qarşı oyunlarda nəinki qələbəmiz, heç-heçəmiz belə yoxdu. Fransaya AÇ-1996-nın seçmə mərhələsində (0:2, 0:10), İngiltərəyə DÇ-2006-da (0:1, 0:2), İtaliyaya isə AÇ-2004 (0:2, 0:4) və AÇ-2016-nın (1:2, 1:3) seçmə mərhələlərində uduzmuşuq. İspaniyaya 2009-cu ildə Bakıda baş tutan yoxlama matçında 0:6 hesabı ilə yenilmişik. Belə deyək, yığma bu millilərə qarşı 13 matçın hamısında məğlub olub, 4 qol vurub, 47-ni buraxıb.
Yığma martın 26-da indiyə qədər 5 matç keçirib və hamısında məğlub olub. Özü də bu yenilgilərdən ikisi millinin tarixinə faciə kimi düşüb. Belə ki, 1999-cu ildə Gimaraynşda Portuqaliya (0:7), 6 il sonra Varşavada Polşa (0:8) bizimmiləri darmadağın edib. Bundan başqa, qeyd olunan gündə Litvaya və Qazaxıstana yoldaşlıq oyunlarında eyni hesabla (0:1) uduzmuşuq. 2013-cü ildə isə yenə də Portuqaliya yığmanı 2 cavabsız qolla məğlub edib. Bir sözlə, martın 26-sı milli üçün arzuolunmaz günlərdən biridi. Bu tarixdə keçirilən oyunlarda milli nəinki heç-heçə edə bilməyib, hətta qol sevinci də yaşamayıb. Bütün bu uğursuz seriyalar Almaniya kimi rəqiblə oyunda qırılsa, Proseçineçkinin dediyi kimi, ölkə sevincdən coşacaq. Niyə də yox?!

1 2 3 4 5 6
Azərbaycan
Kamran Ağayev q 09.02.1986 Boavişta, Portuqaliya 64 –
Anar Nəzirov q 08.09.1985 Zirə 4 -
Aqil Məmmədov q 01.05.1989 AZAL 1 -
Rəşad Sadıqov m 16.06.1982 Qarabağ 106 4
Maksim Medvedev m 29.09.1989 Qarabağ 40 1
Bədavi Hüseynov m 11.07.1991 Qarabağ 29 -
Məhəmməd Mirzəbəyov m 16.11.1990 Qəbələ 14 -
Tərlan Quliyev m 19.04.1992 İnter 7 1
Pavel Paşayev m 04.01.1988 Stal, Ukrayna 3 -
Ürfan Abbasov m 14.10.1992 Qəbələ 2 -
Rahid Əmirquliyev y 01.09.1989 Qarabağ 53 3
Cavid Hüseynov y 09.03.1988 Qəbələ 47 2
Elvin Məmmədov y 18.07.1988 Zirə 37 7
Əfran İsmayılov y 08.10.1988 Qarabağ 32 2
Qara Qarayev y 12.10.1992 Qarabağ 30 -
Dmitri Nazarov y 04.04.1990 Ertsgebirge, Almaniya 22 5
Araz Abdullayev y 18.04.1992 Qəbələ 21 1
Eddi İsrafilov y 02.08.1992 Kadis, İspaniya 7 -
Emin Mahmudov y 27.04.1992 Boavişta, Portuqaliya 2 -
Ağabala Ramazanov h 20.01.1993 Qarabağ 11 1
Ramil Şeydayev h 15.03.1996 Jilina, Slovakiya 4 -
Ruslan Qurbanov h 12.09.1991 Qəbələ 16 1
Dəniz Yılmaz h 26.02.1988 Bursaspor, Türkiyə 1 -
Renat Dadaşov h 17.05.1999 Ayntraxt, Almaniya - -

Almaniya
Mark-Andre ter Ştegen q 30.04.1992 Barselona, İspaniya 9 -
Bernd Leno q 04.03.1992 Bayer-04 3 -
Kevin Trapp q 08.07.1990 PSJ, Fransa - -
Mats Hummels m 16.12.1988 Bavariya 56 4
Coşua Kimmix m 08.02.1995 Bavariya 12 1
Yonas Hektor m 27.05.1990 Köln 26 3
Benedikt Hövedes m 29.02.1988 Şalke-04 43 2
Şkodran Mustafi m 17.04.1992 Arsenal, İngiltərə 15 1
Antonio Rudiger m 03.03.1993 Roma, İtaliya 12 -
Niklas Zyule m 03.09.1995 Hoffenhaym 1 -
Sebastyan Rudi m 28.02.1990 Hoffenhaym 13 -
Yulian Brandt y 02.05.1996 Bayer-04 5 -
Əmrə Can y 12.01.1994 Liverpul, İngiltərə 8 -
Yulian Draksler y 20.09.1993 PSJ, Fransa 27 3
Sami Xedira y 04.04.1987 Yuventus, İtaliya 69 7
Toni Kroos y 04.01.1990 Real, İspaniya 75 12
Məsut Özil y 15.10.1988 Arsenal, İngiltərə 83 21
Andre Şürrle y 06.11.1990 Borussiya D 56 20
Leroy Sane y 11.01.1996 MS, İngiltərə 5 -
Mario Qomes h 10.07.1985 Volfsburq 69 29
Tomas Müller h 13.09.1989 Bavariya 84 36
1 – futbolçu, 2 – amplua, 3 – doğum tarixi, 4 – çıxış etdiyi klub, 5 – yığmada keçirdiyi oyun sayı, 6 – yığmada vurduğu qol sayı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar