24 fev 19:12yigma

Yığmada seçmə mərhələ ərəfəsində baş məşqçi dəyişikliyi

Yığmada seçmə mərhələ ərəfəsində baş məşqçi dəyişikliyi
Vüqar Əsgərlinin yerinə Siyasət Əsgərov gəldi
Cümə axşamı qadınlar arasında keçiriləcək AÇ-2021-in seçmə mərhələsinin püşkü atıldı. Yığmamızın İspaniya, Polşa, Çexiya və Moldova ilə birgə D qrupunda yer aldığını xəbər vermişdik. Millinin qitə birinciliyinin seçmə mərhələsindəki oyunlarının təqvimi açıqlanıb. Komandamız seçmə mərhələyə bu ilin oktyabrında İspaniya qarşı səfər oyunu ilə start verəcək. Elə son qarşılaşmanı da pireneylilərə qarşı keçirəcəyik. Həmin görüş isə gələn ilin sentyabrında reallaşacaq. Yığmanın ilk ev oyununda Çexiya ilə üz-üzə gələcəyini də qeyd edək. Təbii, tsiklə ən çətin rəqiblə start vermək nə qədər xoş durum deyilsə, son iki qarşılaşmanı evdə keçirmək millinin xeyrindi.
2019
4 oktyabr. İspaniya – Azərbaycan
7 noyabr. Azərbaycan – Çexiya
10 noyabr. Moldova – Azərbaycan
2020
11 mart. Azərbaycan – Polşa
10 aprel. Polşa – Azərbaycan
5 iyun. Çexiya – Azərbaycan
16 sentyabr. Azərbaycan – Moldova
22 sentyabr. Azərbaycan - İspaniya
Yeri gəlmişkən, püşklə bağlı yığmanın baş məşqçisi Vüqar Əsgərlinin fikirlərini öyrənmək istədik. Ancaq məlum oldu ki, artıq o, sözügedən funksiyanı yerinə yetirmir. Bu haqda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan məlumat aldıq. Vüqar bəy daha öncə olduğu kimi, U-19-u çalışdıracaq. Əsas yığmanın "sükan"ı isə Siyasət Əsgərova tapşırılıb. Sadəcə, onun təyinatı AFFA İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək.
İndi isə Siyasət Əsgərovun seçmə mərhələ və rəqiblərlə bağlı fikirləri ilə tanış olun: "Bildiyiniz kimi, 10 ildən çoxdu A milli səviyyəsində seçmə mərhələlərdə iştirak etmirik. Yenidən mübarizəyə qoşulmağımız ölkənin qadın futboluna böyük təkandı. Həmçinin bu bizim üçün yaxşı bir təcrübə olacaq. Həm futbolçular, həm də mənim üçün. Bu məsələnin birinci tərəfidi. Rəqiblər qadın futbolunda sözünü demiş yığmalardı. Moldovanı çıxmaq şərtilə, qalanları bu cür turnirlərin final mərhələsində iştirak etmiş komandalardı. Belə deyim, yüksək səviyyəli millilərdi. Hədəfimiz ilk növbədə Moldovadan maksimum xal almaqdı. O biri komandaların gücündən asılı olmayaraq, çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək. Məqsədimiz budu... Qadın futboluna gələnlərin sayına mentallığın təsiri hələ də qalır. Ancaq əvvəlki illərlə müqayisədə bir az müsbətə doğru dəyişiklik var. Lakin problem olaraq bu qaçılmazdı. Bununla belə, az da olsa, dəyişikliyin olması sevindirici haldı".
Əsgərovdan qarşıdakı planlar haqda da fikir öyrəndik: "Bu ayın 25-də ilk toplanışımızdı. Həmin hazırlıq prosesi seleksiya xarakterlidi. Toplanış fevralın 25-dən martın 4-dək davam edəcək. Hələ əvvəlki illərdə, əsas yığma formalaşmamış, düşünürdük ki, A milli olacaq. Odu ki, bacardıqca futbolçularımızı Türkiyə, Rusiya klublarına göndərdik və onlar həmin çempionatlarda oynayırlar. UEFA-nın toplanış və yoldaşlıq matçları üçün müəyyən "pəncərə"si olur. Biz də çalışacağıq ki, o vaxtlardan səmərəli istifadə edək. Həmin "pəncərə"lərdə hazırlıq prosesi keçməyi və yoxlama matçlarında qüvvəmizi sınamağı düşünürük".
Siyasət bəy təqvimlə bağlı bunları dedi: "Düzdü, İspaniya ilə başlamağımız bir az çətin olacaq. Bir məqam yaxşıdı ki, seçmə mərhələnin ilk oyunları avqust-sentyabrda olacaq, ancaq biz həmin vaxt oynamırıq. Sevindirici haldı ki, daha çox hazırlaşa bilərik. İspaniya qadın futbolunda hegemon ölkələrdəndi. Neçə ildən sonra ilk oyunumuzu məhz bu komandaya qarşı, özü də səfərdə keçirəcəyik. Onların ev matçlarında bəlli qədər də azarkeşləri olur. Bütün bunlar çətin olacağını vəd edir. Onu da deyim ki, bu cür komandaların söz haqqı olur. Yəni onlar deyir ki, necə oynamaq istəyirik. İlk olaraq onlarla səfərdə qarşılaşmağımızın səbəblərindən biri də budu. Püşk atılır, daha sonra həmin ölkələr toplantı keçirir, onlar arasında müzakirələr gedir, ortaq məxrəcə gəlinir. A və B səbətindən olan komandalar söz haqqına görə bir az üstün olur. Təqvim də buna uyğun qurulub".
Yığmanın baş məşqçisi komandasının yer aldığı D qrupunu başqa qruplarla da müqayisə etdi: "Orda elə qruplar vardı ki, ora düşsək, daha yaxşı olardı. Amma qismətimizdə budu. İspaniya, Polşa, Çexiya həm aşağı yaş qruplarında, həm də əsas milli səviyyəsində sözünü demiş komandalardı. Əvvəla, futbolçuları yaxşı klublarda forma geyir. Bundan başqa, Polşanın aşağı yaş qruplarından biri Avropa çempionu olub. Yəni rəqiblərin bu cür üstünlükləri var. Yaxşı oyunçulara malikdilər. Bütün bunlarla baxmayaraq, milli olaraq ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar