24 mar 18:56yigma

Yığma üzvləri penaltiləri boşa vermədi

Yığma üzvləri penaltiləri boşa vermədi
Türkiyə superliqasında 25-ci turun oyunları keçirilib. “Bursaspor” evdə “Alanyaspor”a uduzub – 1:3. Dəniz Yılmaz 90 dəqiqə oynayıb və ilk hissəyə artırılmış 3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da cari mövsümdə qollarının sayını 4-ə çatdırıb. “Timsahlar” növbəti turda “Konyaspor”un qonağı olacaq.
Bu ölkənin 1-ci divizionunda da 25-ci tur geridə qalıb. “Manisaspor” doğma meydanda “Yeni Malatyaspor”a məğlub olub – 0:2. Ufuk Budak 90 dəqiqə oynayıb. 24 xalla 15-ci pillədə qərarlaşan manisalılar növbəti turda səfərdə “Sivasspor”la qarşılaşacaq.
2-ci bundesliqada “Ertsgebirge” səfərdə “Bohum”la heç-heçə edib – 1:1. 90 dəqiqə oynayan Dmitri Nazarov 11-ci dəqiqədə penaltidən hesabı açıb. Bu, yığma üzvünün cari mövsümdə vurduğu 5-ci qol olub. 23 xalla 17-ci yerdə gedən “bənövşəyilər” 26-cı turda “Sankt-Pauli”ni qəbul edəcək.
3-cü bundesliqanın 28-ci turunda “Duysburq” azarkeşləri önündə “Rot-Vays”a qalib gəlib – 3:2. Toğrul Erat 90 dəqiqə oynayıb. 50 xalla liderliyini davam etdirən “zebralar” növbəti turda “Çemnitzer”lə səfərdə üz-üzə gələcək.
Almaniya regional liqasının Şimal-Şərq zonasında “Möyzelvits” səfərdə “Noyştrelits”lə “sülh”ə razılaşıb – 2:2. Komandasının hər 2 qoluna Rüfət Dadaşov imza atıb. Həmyerlimiz 39 və 67-ci dəqiqələrdə penalti vuruşlarını qola çevirib. Bununla da cari mövsüm qollarının sayını 10-a çatdırıb. Beləliklə, Dadaşov şəxsi rekordunu təkrarlayıb. Rüfət ötən mövsüm “Almaniya”nın heyətində də bu qədər qol vurmuşdu. Mövsümün davam etdiyini nəzərə alsaq, hücumçunun ən məhsuldar “futbol ili”ni yaşadığını söyləyə bilərik. 29 xalla 13-cü pillədə qərarlaşan “ağ-qırmızılar” 26-cı turda “Oberlauzits”in qonağı olacaq.
Almaniyanın U-19 çempionatının Cənub-Qərb bölgəsində “Ayntraxt” Frankfurtda “Hoffenhaym”ın müqavimətini qıra bilməyib – 1:1. Renat Dadaşov 90 dəqiqə oynayıb və 76-cı dəqiqədə penaltini qola çevirib. Bununla da cari mövsüm 8-ci dəfə fərqlənib. 29 xalla 6-cı yerdə gedən “qırmızılar” 22-ci turda “Münhen 1860” səfərinə yollanacaq.
Sequndada 30-cu tur geridə qalıb. “Kadis” səfərdə “Jirona”nı məyus edib – 2:1. Eddi İsrafilov qələbəni ehtiyat oyunçular skamyasından izləyib. 50 xalla ilk “3-lüy”ü qapayan “sarı-göylər” növbəti turda doğma meydanda “Tenerife”ni sınağa çəkəcək.
Hollandiyanın 1-ci divizionunda 31-ci turun oyunları keçirilib. “Den Boş” evdə “Velveyk”in müqavimətini qıra bilməyib – 1:1. Start heyətində meydana çıxan Ziya Əzizov 74-cü dəqiqədə sarı vərəqə alıb və 3 dəqiqə sonra əvəzlənib. 38 xalla 12-ci pillədə qərarlaşan “əjdahalar” növbəti turda səfərdə “Eyndhoven”lə münasibətləri aydınlaşdıracaq.
Portuqaliya çempionatının 26-cı turunda “Boavişta” səfərdə “Eştoril”lə qolsuz heç-heçəyə razılaşıb. Kamran Ağayevin adı “18-liy”ə salınmayıbsa, Emin Mahmudov 81-ci dəqiqədə meydana çıxıb. 34 xalla 8-ci yerdə gedən “damalılar” növbəti turda Portuda “Riu Ave” ilə üz-üzə gələcək.
Slovakiya çempionatında “Jilina” azarkeşləri önündə “Rujomberok”dan güclü olub – 3:1. Ramil Şeydayev 74-cü dəqiqədə meydana çıxıb. 52 xalla liderliyi davam etdirən “yaşıllar” 25-ci turda “Tatran”ı qəbul edəcək.
Yunanıstan superliqasının 25-ci turu çərçivəsində “Larissa” evdə “Panaitolikos”a qalib gəlib – 1:0. Amit Quluzadə “18-liy”ə salınmayıb. 24 xalla 12-ci yerdə gedən “atlar” növbəti turda Salonikidə “Panaitolikos”la qarşılaşacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar