24 mar 13:18yigma, manset

Almanlar “Hilton”da məskunlaşacaq

Almanlar “Hilton”da məskunlaşacaq
Löv Prosineçkinin qabaqlayacaq

Yığmanı martın 26-da çox çətin sınaq gözləyir. Belə ki, Robert Prosineçkinin yetirmələri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20.00-da start götürəcək. Hazırda yığma “Dalğa Arena”da məşq edir. Dünən əldə etdiyimiz məlumata görə, artıq 23 mindən çox bilet satılıb.

Açıq məşq və mətbuat konfransları
Hər iki komandanın açıq məşqi və baş məşqçilərin mətbuat konfransı sabah matçın keçirıləcəyi Respublika stadionunda gerçəkləşəcək. Almaniyanın çalışdırıcısı Yoahim Löv saat 17.00-da jurnalistlər önünə çıxacaq, qonaqların məşqi bundan 45 dəqiqə sonra başlayacaq. Robert Prosineçkinin mətbuat konfransı 19.30-da start götürəcək, komandanın hazırlığının isə 20.00-da başlaması planlaşdırılıb. Qeyd edək ki, hər iki məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.

Almanlar “Hilton”u seçdi
Qonaq komanda bu gün ölkəmizə təşrif buyuracaq. Bundestimi Bakıya gətirən təyyarə saat 22.25-də hava limanına enəcək. Dünya çempionları “Hilton” otelində məskunlaşacaq. Alman azarkeşlərin sabah gələcəyini də qeyd edək.

Hər iki heyətdə zədəlilər var
Hər iki komandanın heyətində itkilər var. Namiq Ələsgərovla Ruslan Abışov zədəli olduğundan Almaniya ilə matçda iştirak edə bilməyəcək. Həmçinin Kamran Ağayevin də bu cür probleminin olduğu deyilir. Ancaq çox güman, qolkiper dünya çempionlarına qarşı oyunda “çərçivə”ni qoruyacaq. Bundestimə gəlincə, Marko Roysla Mario Götzenin adı, ümumiyyətlə, siyahıda yox idisə, Manuel Noyer zədələndiyinə görə Bakıya gəlməyəcək. Onun yoxluğunda Löv PSJ-nin qapıçısı Kevin Trappı düşərgəyə çağıırıb. Ancaq böyük ehtimalla, Bakıdakı görüşdə almanların start heyətində Mark-Andre ter Ştegeni görəcəyik. Elə İngiltərə ilə yoxlama matçında (1:0) olduğu kimi. Bundan başqa, bundestimin debütantı Timo Verner də ölkəmizə gətirilməyəcək. İngilislərlə oyunun 77-ci dəqiqəsində əvəzlənən gənc forvardın yığmamızla görüşdə forma geymək arzusu gerçəkləşməyəcək. Həmçinin daha 4 oyunçunun - Məsut Özil, Yuliyan Draksler, Mario Qomes və Sami Xediranın zədə problemi var. Ancaq Löv açıqlamasında bu futbolçuları Bakıya gətirəcəyini bildirib. Bununla belə, onların yığmaya qarşı oyunda forma geyməsi sual altındadı.

Oyun italiyalı hakimlərə tapşırıldı
Bundestimlə oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçda əsas söz sahibi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardo Di Fyore kömək edəcək. Dördüncü hakim funksiyasını isə Marko Quida yerinə yetirəcək. Oyunun UEFA nümyaəndəsi moldovalı Adrian İksari, hakim-inspektoru isə bizə yaxşı tanılş olan rusiyalı Aleksey Spirindi. Orsatonun 41 yaşı var, indiyədək 50 beynəlxalq oyun idarə edib. Bu matçlarda ümumilikdə 180 sarı, 14 qırmızı vərəqə göstərib, 16 dəfə penalti təyin edib. 2010-da FİFA hakimi olan Orsatonun debütü həmin il İrəvanda reallaşıb. O, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Ermənistan - Slovakiya matçını idarə edib. İtaliyalı sonuncu dəfə 10 gün öncə ÇL-in 1/8 final mərhələsində iş başında olub. Bu, "Lester"lə "Sevilya" arasında İngiltərədə meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi cavab qarşılaşmasıdı. Təcrübəli FİFA referisi ilk dəfə Azərbaycan və Almaniyanın rəsmi matçlarında baş hakimlik edəcək. Ədalət təmsilçisi indiyədək nəinki millimizin, klublarımızın da oyunlarını idarə etməyib. Orsatonun 2010-cu ildən başlayan beynəlxalq karyerasında almanlarla yolu 2 dəfə kəsişib. Bunlardan biri elə 2011-ci il sentyabrın 6-da Almaniyanın Polşa ilə səfərdəki yoldaşlıq görüşü olub. Qdanskda keçirilən qarşılaşma 2:2 hesabı ilə nəticələnib. İtalyan referi bu oyunda 3 sarı vərəqə göstərib ki, bunlardan ikisi bundestimə qismət olub. O, qırmızı vərəqədən də istifadə etməli olub ki, polşalılar azlıqda qalıb. Referi həmin matçda 2 penalti də təyin edib, özü də hər iki tərəfi cəzalandırıb. Orsato ÇL-in cari mövsümündə Almaniyada iş başında olub. Maraqlıdı ki, ötən il sentyabrın 14-də keçirilən "Bayer-04" - ÇSKA (Moskva) matçı da 2:2 bitib. Ədalət təmsilçisi oyunda hər 2 sarı vərəqəni almanlara göstərib.

Renat Dadaşov: “Ürəyim Azərbaycanla döyünür”
İlk dəfə Prosineçkidən dəvət alan Renat Dadaşov Almaniya mətbuatına açıqlama verib. “Ayntraxt"ın hücumçusu yığmamıza dəvətdən danışıb. O, millini seçməsini belə izah edib: “Mən bu haqda bir çox insanla söhbət etdim. Uzun müzakirələr apardım, çox düşündüm. Valideynlərim mənim məsləhətçilərimdi. Onlar seçimimə çox dəstək oldular. Düzdü, bəzən daha çox fikirləşmək lazımdı. Amma milli seçimində ürəyinizin səsini dinləyin. Mən də belə edərək Azərbaycanı seçdim. Almaniyada uğurlarımda əməyi olan “Leyptsiq” və “Ayntraxt”dakı məşqçilərimə təşəkkür edirəm. Onlara sevgim həmişə olacaq. Bakıya ilk dəfə tək gəlirəm. Bu, mənim üçün yenilikdi. Bircə onu deyə bilərəm ki, vətənimə gələndə çox sevindim. Bakı əla şəhərdi”. Renat “CBC Sport”a açıqlamasında isə bunları deyib: “Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdi, valideyinlərim burda doğulub, ürəyim Azərbaycanla döyünür. Düzgün qərar verdiyimi düşünürəm... Almaniya ilə görüşdə öz oyunumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək”.

Azərbaycan: 8 sürprizdən biri
Rusiya mətbuatı DÇ-2018-in seçmə mərhələsində sürpriz edə biləcək komandaların siyahısını dərc edib. Həmin yığmalar arasında Azərbaycan da var. Qonşu ölkədəki həmkarlarımız gələn il Rusiyada keçiriləcək mundialın sürpriz iştirakçılarla zəngin ola biləcəyini istisna etməyiblər. Final mərhələsinə yollanacağı güman olunan 8 sürpriz komanda Azərbaycanla yanaşı, Bolqarıstan, Monteneqro, Səudiyyə Ərəbistanı, Burkina-Faso, Ekvador, Panama və seçmə mərhələdəki rəqibimiz olan Şimali İrlandiyadı. Ruslar qrupda əsas rəqibimizin britaniyalılar olduğunu düşünür. Hətta bu rəqibdən fərqli, Almaniya ilə ehtiyatda iki oyunumuzun olmasını yığmamız üçün müsbət hal sayırlar. Prosineçkinin yetirmələrinin digər üstünlüyü isə Şimali İrlandiyanı Bakıda qəbul edəcəyi və evdə daha çox oyun keçirəcəyidi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu Dünən, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı Dünən, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu Dünən, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək Dünən, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi Dünən, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı Dünən, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu Dünən, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı Dünən, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər Dünən, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı Dünən, 14:49 Futzal mövsümü qalmaqalla bitdi Dünən, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək Dünən, 14:43 Naxçıvanda ölüm-qalım savaşı Dünən, 14:41 Bütün medalçılar müəyyənləşdi Dünən, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq Dünən, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır Dünən, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı Dünən, 14:31 Mövsümü qələbəsiz başa vurdular… Dünən, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək Dünən, 14:28 “Səbail” futbolçulara borcunu ödədi Dünən, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Dünən, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi Dünən, 13:56 Kaprara Azərbaycan yığmasında? Dünən, 13:54 Ay sizin başınız haqqı... Dünən, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” Dünən, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” Dünən, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı Dünən, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar