14 fev 22:39yigma

Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir

Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir
AFFA rəhbərliyi jurnalistlər önünə çıxmağa ehtiyac görməyib
Həftənin ilk günündə ölkə futbolu üçün önəmli qərarlar verildi. Ən əsas məqam yığmanın baş məşqçi məsələsinin həllini tapması idi. Belə ki, AFFA İcraiyyə Komitəsinin (İK) üzvləri saat 18.00-da SOCAR-ın inzibati binasında bir araya gəldilər. Gözlənildiyi kimi, milli artıq bir neçə gün öncədən Bakıya gələn və çempionatın 2 oyununu tribunadan izləyən Nikola Yurçeviçə həvalə olundu. Bundan başqa, U-21-ə Milan Obradoviçin, U-19-a isə Samir Əliyevin təyinatı təsdiqləndi. U-15 və U-16 digər serbiyalı Miloş Velebitə tapşırıldı. Velebit eyni zamanda 15, 16, 17, 18 və 19 yaşadək futbolşulardan ibarət millilərin əlaqələndiricisi kimi fəaliyyət göstərəcək. İclasdan sonra brifinq nəzərdə tutulmamışdı. Yalnız ertəsi BOS-da Yurçeviç media nümayəndələrinin suallarını cavabladı. Ancaq İK-nın iclasından, xüsusən də AFFA-nın saytında toplantıya həsr olunan şəkillərdən doğan bir sıra suallar vardı. Bunlarla bağlı assosiasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq.
1. Qurban Qurbanov niyə yox idi?
Məlum olduğu kimi, yığmanın baş məşqçisi postundan getsə də, Qurbanov İK-nın üzvü kimi qalır. Düzdü, mütəxəssis qurumdakı fəaliyyətini dayandırmağın tərəfdarıdı və çox güman, martdakı Konfransda bu gerçəkləşəcək. Ancaq fakt budu ki, Qurban bəy hazırda İK-nın üzvüdü. Bəs görəsən, o, bazar ertəsi baş tutan iclasda niyə iştirak etməyib? Əslində Qurbanov fanat.az saytına açıqlamasında "bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim” söyləyib. Odu ki, AFFA tərəfindən də məsələyə münasibət öyrənməyi lazım bildik. Firuz bəyi dinləyək: "İclasın keçiriləcəyi ilə bağlı qərar təcili qəbul olunduğuna görə hamıya eyni vaxtda deyilib. Təxminən bazar ertəsi səhər saat 11-12 radələrində. Qurban müəllimin açıqlaması ilə tanışam. Ancaq dediyim kimi, hamıya iclas günü, eyni vaxtda məlumat verilib. Heç kimə daha tez deyilməyib. Çünki bir gün öncədən toplantının olacağı ilə bağlı tam qərar yox idi. Düzü, Qurban müəllimlə mən yox, İK-nın protokoluna baxan adam danışıb. Dəqiq nə cavab verdiyini bilmirəm. Görünən odu ki, iclasa gələ bilmədi".
2. Ramin Musayevlə Elxan Tağızadənin məşqçi seçimində rolu nədi?
Toplantıda PFL prezidenti Ramin Musayev və İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə də iştirak edib. Halbuki onların iclasda iştirakı anlaşılmır. Çünki nə Musayevin, nə də Tağızadənin səs vermək hüququ var. Qərar zamanı yalnız İK üzvlərinin səsi nəzərə alınır. Adı çəkilənlər isə İK-nın üzvü deyil və bu da o deməkdi ki, səs verə bilməzlər: "AFFA-nın Nizamnaməsinə əsasən qurumun 4 əsas üzvü var: Peşəkar Futbol Liqası, Regional Futbol Federasiyaları İctimai Birliyi, Sahə Futbol Federasiyaları İctimai Birliyi, İctimai Futbol Təşkilatları İctimai Birliyi. RFF İB-nin prezidenti İsgəndər Cavadov və SFF İB-nin prezidenti Mahir Məmmədov həm də İK-nın üzvləridi. Onlar avtomatik İK-nın iclasında iştirak edirlər. Musayevlə Tağızadə isə AFFA-nın digər iki əsas üzvünün rəhbəri kimi bütün toplantılara qatılırlar. Ancaq onların səs vermək hüququ yoxdu".
3. Mətbuat konfransında AFFA rəhbərliyi niyə iştirak etmədi?
Hər dəfə yığmaya baş məşqçi təyinatı gerçəkləşəndən sonra həmin çalışdırıcı ilə yanaşı, AFFA rəhbərliyi də media önünə çıxır. Lakin çərşənbə axşamı yalnız Yurçeviç sual-cavabda iştirak etdi. Bunun da səbəbini Firuz bəydən soruşduq: "Adətən, İK-nın iclasından sonra baş məşqçi ilə birgə ya AFFA-nın prezidenti, ya da baş katib konfransda iştirak edirdi. Bu dəfə isə komitənin iclası həm axşam saatlarında, həm də assosiasiyanın binasından kənarda oldu. Biz də düşündük ki, media nümayəndələri də əziyyət çəkməsin, ayrıca brifinq edək. Mətbuat konfransı İK-nın iclasında çıxarılan qərarlara həsr olunmuşdu. Orda da əsas qərar A millinin baş məşqçisi məsələsi idi. Buna görə də konfransda baş məşqçi iştirak etdi. Digər məsələlərdə təyinat var idi, İK, sadəcə, təsdiq etdi. Əsas qərar Yurçeviçin təyinatı ilə bağlı idi. Başqa hansısa müzakirə mövzusu yox idi ki, AFFA rəsmisi ona şərh versin".
4. Yurçeviçin maaşı nə vaxt bilinəcək?
Məlum olduğu kimi, Yurçeviçlə hələ müavilə imzalanmayıb. Onun maaşı ilə bağlı müxtəlif informasiyalar dolaşır. Xorvatiya mətbuatı mütəxəssisin ilinə 300 min avro qazanacağını yazıb. Firuz bəyin dedikləri: "Yaxın günlərdə müqavilə imzalanacaq. Bəzi hüquqi prosedurlar var. Onlar hazırlanan kimi anlaşmaya imza atılacaq. Həmin vaxt məbləğ də açıqlanacaq. Mətbuat konfransında da belə deyildi. Yadınızdadısa, Robert Prosineçki ilə də müqavilə bağlananda maaşı açıqlanmışdı. Ancaq nə qədər olacağı və Xorvatiya mətbuatının yazdığı haqda bir söz deyə bilmərəm".
5. Digər iki yığmanın taleyi necə olacaq?
Qərardan da göründüyü kimi, yalnız iki yığmanın baş məşqçisi bilinmir. Söhbət U-17 ilə U-18-dən gedir? Maraqlıdı, həmin millilərə təyinatlar nə vaxt gerçəkləşəcək? Deyilənə görə, 17 yaşlılar hazırda U-19-u AÇ-nin elit mərhələsinə hazırlayan Vüqar Məmmədə tapşırılacaq: "Hələ ki qeyd etdiyiniz iki yığmanın baş məşqçisi müəyyənləşməyib. Hansısa söz-söhbət ola bilər. Ancaq yalnız rəsmiləşdikdən sonra məlumat verə bilərəm. Bilirsiz ki, Vüqar Məmməd hazırda İspaniyada yığma ilə təlim-məşq toplanışındadı".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar