09 fev 14:27yigma

Vaqif Sadıqov bu gün U-19-un və U-21-in məşqçiləri ilə görüşəcək

Vaqif Sadıqov bu gün U-19-un və U-21-in məşqçiləri ilə görüşəcək
“Onları da yada salın, həmin yoldaşlara da klubla bağlı suallarınızı ünvanlayın”
Mətbuata açıqlama verən Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov həftəiçi AFFA-nın baş katibi Elxan Məmmədovla komitə üzvləri arasında görüş keçiriləcəyini, orda bəzi məsələlərin müzakirə olunacağını bildirmişdi. Həftə sona çatmasa da, əminliklə həmin görüşün baş tutmayacağını söyləyə bilərik. Çünki hazırda Elxan bəy UEFA-nın 43-cü Konqresində iştirak etmək üçün İtaliyanın paytaxtı Romadadı.
Komitə sədri Vaqif Sadıqov isə görüşün baş tutmamsına görə heç də narahat deyil: “Sonuncu dəfə baş katiblə görüşdən sonra mediaya açıqlamamda Elxan müəllimin həftəiçi komitənin başqa üzvləriylə də bir araya gələcəyini bildirmişdim. Lakin sonradan elə alındı ki, müəyyən səbəblərdən həmin görüş baş tutmadı. Bugünlərdə isə baş katib UEFA-nın tədbirində iştirak etmək üçün İtaliyaya yollanıb. Böyük ehtimalla Elxan müəllim gələn həftə komitə üzvləri ilə görüşəcək”.
Sadıqovun Məşqçilər Komitəsinin sədri olmaqla yanaşı, ötən ay “Kəpəz”in İdarə Heyətinin üzvü də təyin olundundan xəbərdarsız. Bu haqda ötən saylarımızın birində xəbər verib, Vaqif bəyin fikirlərini sizlərə çatdırmışdıq. Fürsətdən istifadə edib ondan “Kəpəz”in durumu ilə də maraqlandıq. Onu da qeyd edək ki, Sadıqov Antalyaya yollanmamışdan öncə verdiyi açıqlamada Türkiyədən qayıtdıqdan sonra kollektivlə görüşəcəyini bildirmişdi. Ancaq nədənsə o Gəncə təmsilçisi ilə bağlı sualımıza bir qədər əsəbi tonda cavab verdi: “Kəpəz”də hər şey qaydasındadı. Ötən həftə bir ayın maaşı verildi. Bu günə, sabaha futbolçular ikinci ayın da əməkhaqqını alacaqlar. Görüşə gəlincə, fikirləşirdim ki, sabah (bu gün), MOİK-lə oyun ərəfəsində komandanın məşqçilər korpusu və futbolçular ilə görüşüm. Lakin iş elə alındı ki, sabah U-19-un və U-21-in məşqçiləri ilə görüşməliyəm. Bir də siz niyə hər dəfə “Kəpəz”lə bağlı bütün sualları mənə ünvanlayırsız? Məqsədiniz nədi? Sanki qaşınmayan yerdən qan çıxarmağa çalışırsız. Klubun rəhbəri yox, sadəcə, İdarə Heyətinin üzvlərindən biriyəm. Məndən başqa da İdarə Heyətində təmsil olunanlar var. Onları da yada salın, həmin yoldaşlara da klubla bağlı suallarınızı ünvanlayın. Birdəfəlik hamı bilsin ki, Vaqif Sadıqov o klubda müvəqqətidi və təmənnasız komandaya kömək etməyə razılıq verib. Orda 2-3 ay da ola bilərəm, bir il də. Mənim əsas məqsədim ölkə futboluna xeyir verməkdi. “Kəpəz” isə Azərbaycan futbolunun özəklərindən biridi. Var qüvvəmlə çalışacam ki, Gəncə təmsilçisinin tarixi əzəmətini özünə qaytaraq. Fevralın 14-də “Kəpəz” Bakıda “Neftçi-2” ilə üz-üzə gələcək. Həmin qarşılaşmanı tək mən yox, Məşqçilər Komitəsinin digər üzvləri də izləyəcək”.
Sonda daha bir məsələyə toxunmaq istəyirik. Son günlər sosial şəbəkələrdə “Kəpəz”in azarkeşləri çox fəallaşıblar. Onların yazdıqlarına görə martda “sarı-göylər”in yeni mövsümdən elitada mübarizə aparacağı dəqiqləşəcək. Azarkeşlər onu da vurğulayıblar ki, bu haqda bilgini kluba yaxın mənbələrdən əldə ediblər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar