09 fev 14:10yigma

Biliçin qanadaltısı və hədəf yükü

Biliçin qanadaltısı və hədəf yükü
AFFA yeni xaosun özülünü atır
AFFA-nın məlum “təmizlik” əməliyyatından sonra başsız qalan millinin səriştəsiz idarəçilik üzündən AÇ-2020-nin seçmə mərhələsinə hazırlaşmadığı faktdı. Bəli, ötən ilin dekabrında futbol ictimaiyyətinə Yeni il sürprizi hazırlayan baş katib İcraiyyə Komitəsinin üzvləriylə birlikdə əsas planı həyata keçirsə də, davamı gəlmədi. Qurban Qurbanovun yığmanın baş məşqçisi postundan niyə göndərildiyini incələmək ayrıca yazı mövzusudu. Hələ də bir sıra qaranlıq məqamlara aydınlıq gətirilməyibsə, deməli, zamanla assosiasiyadakı futbol başbilənlərinin “Qarabağ”ın çalışdırıcısını istefaya göndərməsinin əsas səbəbi aydınlaşacaq. Bu gün üçün baş məşqçi təyinatının qorxunc dərəcədə gecikməsi daha aktual problemdi.
Hədəf yükü
Baş katibin “AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik” deməsi, heç şübhəsiz, reallıqla uzlaşmayan arzudu. Elxan Məmmədovun bu istəyi dilə gətirməsinin özündə öhdəlik qoxusu var. Hər halda, kənardan belə görünür. Sanki adam “yuxarılar”ın yanında özünə haqq qazandırmaq məqsədi ilə nağılabənzər hədəflə yüklənmək məcburiyyətində qalıb. Əlbəttə, bu, ən yaxın keçmişdə lətifələşən “Niyə də yox?!” şüarından da acizanə vəddi. Sual yaranır: görəsən, Elxan bəy öz dilindən çıxan sözlərə özü inanırmı? Yəqin ki, yox. Amma inanırsa, lap pis. Bəli, Məmmədov özünə yetərincə yararlı ayaqyeri də saxlayıb. Yəni assosiasiya məmuru hələ minumum məqsədləri ictimaiyyətə açıqlamayıb. Ona görə də xalq gerçəkliklə uzlaşan məqsədlər haqda bir cümlə də eşitməyib. Deyəcək, onu da deyəcək. Ara bir qədər sakitləşəndən, zaman indiki xaosun üstünü malalayandan sonra...
Bəlli məsələdi ki, qitə birinciliyi ilə bağlı söylənilənlər çox ağır yükdü. Özünə və peşəsinə hörmət edən hər hansı əcnəbi çalışdırıcı sonu əvvəldən görünən utopik hədəflərlə razılaşmaz. İşgüzar imic adlandırılan anlayış, ictimai qınaq qorxusu var. Müəyyən qədər tanınmış mütəxəssislərin əcnəbi çalışdırıcı axtarışına çıxan AFFA rəsmilərinə “yox” cavabı verməsi də məhz bu məqamdan irəli gəlir. Təbii, futbolunun səviyyəsi ürək ağrıdan neft ölkəsinə təşrif buyurmaq istənilən adlı-sanlı mütəxəssis üçün geriyə addımdı. Böyük klublarda, millilərdə əsas söz sahibi olmuş adların bəzilərini fantastik məbləğlərlə şirnikləndirmək mümkündü. Lakin bizimkilərə xüsusi xarizmasıyla tanınanlar da lazım deyil. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, öz bacarığına, təcrübəsinə güvənən məşqçi ilk görüşdəcə AÇ-2020 sevdasını təbəssümlə qarşılayar.
AFFA-ya yurçeviçlər lazımdı
Son “dayanacaq” Nikola Yurçeviçdi. Xorvat mütəxəssis başqa namizədlərdən fərqli AFFA ilə danışıqlar aparmasının gizli qalmasına qarşı çıxmadığı üçün Məmmədov onun adını açıqlayıb. Ardından özü də görüş haqda təəssüratını bölüşüb. 53 yaşlı çalışdırıcının özündən fərasətli həmyerlisi Slaven Biliçin köməkçisi qismində Xorvatiya yığmasında, “Beşiktaş”, “Lokomotiv” və “Vest Hem”də işlədiyi bəlli həqiqətdi. 2006-cı ildən bəri baş məşqçi kimi heç bir komandanı oyuna çıxarmayan Yurçeviçin buna qədər öz başıyla qərar verdiyi klublarda da adından söz etdirmədiyi faktdı. Müxtəlif vaxtlarda ölkəsində “Zaqreb” və paytaxtın köklü təmsilçisi “Dinamo”da baş məşqçi olmuş mütəxəssis çempionluq sevinci yaşamayıb. 2004/05 mövsümündə vaxtilə şərəfini qoruduğu “Zaltsburq”da da fiaskoya uğramış çalışdırıcı xoşbəxtliyi Biliçin “qanadları altında” tapıb desək, yanılmarıq.
Məntiqlə bu şəxsin seçmə mərhələnin ilk görüşünə 40 gün qalmış AFFA-nın boz binasında rəsmi müqaviləyə qol çəkməsi futbol ictimaiyyətinin simasını itirməmiş nümayəndələrini üzüntülərə qərq edəcək. Biliçin “əlindən su içməsi” isə böyük ölçüdə nəyisə dəyişmir. Məgər potensialı yalnız “cırtdanlar”ı üstələməyə və təsadüfi qələbələr qazanmağa yetən yığmanın hər rəsmi qarşılaşmaya necə hazırlaşmalı olduğunu Biliç müəyyənləşdirəcək? Tutaq ki, hansısa matçdan öncə bu yöndə sabiq köməkçisinə bir-iki məsləhət verdi, bəs qalanları?
Görünən budu ki, Yurçeviçin ciddi məqsədlər üçün doğulmuş baş məşqçi olmadığını AFFA-dakılar da bilir. Sadəcə, zaman halqası daraldıqca açıq qalan məsələni qapamaq, mətbuatın və ölkə prezidentinə məktub yazmağı son çıxış yolu sayan əsl azarkeşlərin təzyiqlərindən qurtulmaq vacibə çevrilir. Bununla yanaşı, Xorvatiya mətbuatında zaman-zaman yazılan məqalələrə əsasən balkanlının xarizma sarıdan “axsaması”, işlədiyi komandalarda intizam yaratmaqda çətinlik çəkməsi də qabardılmalıdı. Belə birinə yığmanın “sükan”ını tapşırmaq istəyi də təsadüf sayılmamalıdı. Yurçeviçli milliyə futbolçu “yerləşdirmək”, müxtəlif şəxslərin maraqlarına uyğun islahatlar aparmaq asan yox, çox asan olacaq.
Serblə xorvatın birliyi?
Serb Milan Obradoviç U-21-in baş məşqçisidi. Kağız üzərində yazılanlara inansaq, aşağı yaş qrupları üzrə millilərdən U-21-ə yüksələn futbolçuları əsas yığmaya hazırlamalıdı. Vəziyyətə dərindən baxsaq, AFFA-dakılar heç vaxt qaydaya düşməyəcək yeni xaosun özülünü atır. Düzdü, hər iksi sabiq Yuqoslaviya imperiyasının “şinelindən çıxıb”, bir-birini tərcüməçisiz də başa düşəcəklər. Ancaq serblə xorvatın neft ölkəsinin futbolunun uğurlu gələcəyi naminə çiyin-çiyinə çalışacağına, nəticə verəcəyinə inam çox azdı. 90-cı illərdəki məlum savaşdan və serblərin törətdiyi soyqırımdan sonra bu iki slavyan millətinin əksər nümayəndələri heç adi həyatda da yola getmir. Yurçeviç ürəyinin dərinliyində millətçi ideoloq – xorvatların atası Ante Starçeviçə özəl simpatiya bəsləsə, futbol siyasətə qarışacaq.
Son söz əvəzi
Hələ dəqiqləşməyib. Obrazlı yanaşsaq, Qurbanovu və onun gətirdiyi bütün başqa məşqçiləri “kürüməyə” nail olan AFFA rəsmiləri dizinə qədər bataqlıqdadı. Seçmə mərhələnin ilk sınağına qalan günlərin sayı azaldıqca işi vaxtında görməyənlər tələsir, təntiyir, yanlış seçim ehtimalları təbii şəkildə artır. Baş məşqçinin kimliyi rəsmən bilinəndən sonra bu mövzuya qayıdacaq, sanballı təhlillər aparmağa, proqnozlar səsləndirməyə çalışacağıq.
NİHAT
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar