19 mar 15:05yigma

“Futbolda mümkünsüz heç nə yoxdu”

[thumb=left]http://www.football-plus.az/uploads/posts/2017-03/1489921497_2fd1d208000c2bfb6bb23ef0114c138f.jpg[
/thumb]
Prosineçki tez-tez Nazarovla danışır

Martın 26-da baş tutacaq Azərbaycan – Almaniya matçına istər ölkəmizdə, istərsə də Berti Foqtsun vətənində yetərincə maraq var. Təsadüfi deyil ki, bir neçə gün öncə dünyaca ünlü “Kikker” jurnalının bir qrup reportyoru Bakıya səfər edərək millinin baş məşqçisi Robert Prosineçki ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Almaniyanın “Wormser Zeitung” portalının əməkdaşı isə yığmaların oyunu ərəfəsində millinin yarımmüdafiəçisi, hazırda ikinci bundesliqada mübarizə aparan “Ertsgebirge”nin uğurları üçün tər tökən Dmitri Nazarovla söhbətləşib.
Futbolçu iki ölkənin yığmalarının qarşıdakı oyunu və klubdakı durumu ilə bağlı maraqlı açıqlamalar verib: “Əminəm ki, Bakıdakı matçda arenada bir dənə də boş yer olmayacaq. Həmin gün tribunalarda inanılmaz ab-hava yaşanacaq. Fikrimcə, Almaniya kimi güclü yığmaya qarşı oynamaqdan yaxşı heç nə ola bilməz. Biz dünyanın ən güclü millilərindən birinə qarşı mübarizə aparmalıyıq. Alman futbolçuların səviyyəsi hamıya bəllidi. Onlar meydanın hər qarışı uğrunda mübarizə aparır. Rəqibdə, demək olar ki, zəif mövqe yoxdu. Buna baxmayaraq, indidən məğlub olacağımız barədə düşünmürük. Hər oyunda var qüvvə ilə mübarizə aparmalısan. Futbolda mümkünsüz heç nə yoxdu. İnanıram ki, martın 26-da meydana çıxacaq futbolçular arasında mən də olacam. Çünki millinin baş məşqçisi Robert Prosineçki çıxışımı yaxından izləyir və demək olar ki, hər çempionat qarşılaşmasından sonra mənimlə əlaqə saxlayır”.
Almaniyalı həmkarımızla söhbətdə Nazarov klubdakı durumundan da söhbət açıb. Xatırladaq ki, yarımmüdafiəçinin şərəfini qoruduğu “Ertsgebirge” hazırda ikinci bundesliqanın autsayderləri arasında yer alıb. Milli üzvü bunu kollektivin əsasən gənclərdən qurulması ilə əlaqələndirib: “Komandamızda top qovanların əksəriyyəti təcrübəsiz gənclərdi. Komandanın bütün yükü stajlı oyunçu kimi mənim, Martin Manellonun və Kristian Tiffertonun üzərinə düşür. Təcrübəli futbolçu kimi məsuliyyəti boynuma götürməkdən çəkinmirəm. Məsələn, bu yaxınlarda “Karlsrue” ilə matçda 11 metrlik cərimə zərbəsini vurmaq lazım gəldi. Heç nədən çəkinmədən, həyəcan keçirmədən “nöqtə”yə yaxınlaşdım. Çünki özümə arxayın idim. Bir qədər əvvəl bizdə baş məşqçi dəyişikliyi baş verib. Pavel Doçeci gənc italyan mütəxəssis Domeniko Tedesko əvəzləyib. Sabiq çalışdırcının rəhbərliyi altında mən “Proyssen Münster”də top qovmuşam. Etraf edim ki, komandaya gəldiyim ilk vaxtlarda fiziki cəhətdən bir qədər axsayırdım. İndi isə hər şey qaydasındadı. Yeni baş məşqçimizin yaşı az olsa da, işinə çox ciddi yanaşır və əvvəlcədən hazırladığı plan üzrə çalışır. Yaxınlarımın oyunlarımı izləmək üçün stadiona gəlməsi bir qədər çətindi. Mən qaldığım şəhərdən bura çatmaq üçün ən azı 4 saat yarım vaxt lazımdı. Hələ tıxacları nəzərə almıram”.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar