30 yan 13:25yigma

Elbrus Məmmədov U-21-in yeni simasını göstərdi

Elbrus Məmmədov U-21-in yeni simasını göstərdi
“Obradoviç hücum futbolunun tərəfdarıdı”
Yanvarın 21-24-ü aralığında Antalyada toplanışda olan və bu arada “Spartak-2” ilə yoxlama matçında qüvvəsini sınayan U-21-in yeni simasını yalnız Rusiya klubunun saytı vasitəsilə izlədiyimiz yayında görə bilmişik. Bəs yığma daha yaxından - onun öz düşərgəsindən necə görünüb? Baş məşqçi Milan Obradoviçin israrla özünə köməkçi götürdüyü “Sumqayıt-2”nin baş məşqçisi Elbrus Məmmədovla bu barədə söhbətləşdik. Təcrübəli məşqçi U-21-in yeni mərhələyə uğurla start verdiyini, ancaq hələ qarşıda çox işlərin görüləcəyini deyir. Elbrus bəy bu mərhələdə seleksiyanın düzgün aparılmasını vacib sayır: “Yaxşı olardı ki, yığmanın toplanışı və oyunu ilə bağlı baş məşqçinin özündən soruşasız. Mənim fikrimi öyrənmək istəyirsizsə, toplanış faydalı oldu. Hətta əlverişsiz hava da planlarımıza təsir etmədi. Planlaşdırdığımız hər iki məşq baş tutdu, problem yaşanmadı. Bu mənada bəxtimizin gətirdiyini deyə bilərəm. Düzdü, oyunun gedişində külək var idi, ancaq bu, ciddi problem sayılmamalıdı. Çünki rəsmi oyunda da yağış, qar ola bilər.
Yığma üzvləri klubların düşərgəsindən yorğun gəlmişdilər. Bərpa üçün vaxt yox idi. Bu ərəfədə bütün futbolçularda yüklənmə olur, bu normal haldı. Amma biz futbolçuların yükləndiyini məşqlərdə nəzərə aldıq. Oyuna gəlincə, məncə, yaxşı alındı. İlk yarıda küləyə qarşı oynadıq. Buna görə oyunu müdafiədən qurduq. Düzdü, başlayanda 4-3-3 taktikasına üstünlük vermişdik. Ancaq şəraitə görə bir neçə sxemə, o cümlədən 4-1-4-1-ə keçdik. İkinci hissədə daha baxımlı oynadıq, hücumlarımız da oldu. Deyə bilərəm ki, bərabər, başabaş mübarizəyə şahidlik etdik. Rəqibin gücünü də nəzərə almaq lazımdı. “Spartak-2” Rusiyanın birinci liqasında oynayır. Bu klubun gənclərdən ibarət komandası həmişə seçilib, səviyyəli olub”.
Maraqlıdı, Milan Obradoviç oyundan sonra yetirmələrinə irad bildiribmi? Ümumiyyətlə, serb mütəxəssis yığmanı hansı üslubda oynadacaq? “Toplanış tanışlıq xarakteri daşıyırdı. Oyundan əvvəl iclas oldu. Baş məşqçi futbolçulara tələblərini çatdırdı, onlara müəyyən tövsiyələrini verdi. Oyundan sonra da toplantı baş tutdu. Bu dəfə çatışmazlıqlar diqqətə çatdırıldı. Obradoviç bildirdi ki, hər kəs məsuliyyətini anlamalıdı. Növbəti toplanışda “Spartak-2” ilə oyun daha geniş təhlil olunacaq. Baş məşqçi hücum futbolunun tərəfdarıdı. Yəni praqmatik yox, baxımlı oyuna üstünlük verir. Təbii ki, oyunda hücumların təşkili baxımından müəyyən problemlər gözə dəydi. Bunun üzərində işləyəcəyik”.
Böyük ehtimalla fevralda baş tutacaq növbəti toplanışda yığmada yeni oyunçular görə biləcəyik: “Hələ səfər ərəfəsində qəzetinizə açıqlamamda demişdim ki, bütün namizədləri birdən çağırmaq, 50-60 nəfəri aparıb bir oyunda hamısına şans vermək mümkün deyil. U-21 yeni baş məşqçinin rəhbərliyi altında ilk dəfə bir araya gəldi. İlk olaraq, əsasən premyer-liqada çıxış edən futbolçulara üstünlük verdik. Sonra divizionun lider komandalarına, turnir cədvəlində ilk “üçlüy”ə nəzər saldıq, seçimimizi onların heyətindən etdik. Növbəti toplanışlarda yeni namizədləri sınaqdan keçirəcəyik. Əlimizin altında 50 nəfərlik siyahı var. Onların arasında legionerlərimiz də yer alıb. İyun-iyul ayına kimi vaxt var. Elə bir toplanışla yığmanın “onurğa sütunu”nun formalaşdığını deyə bilmərik. Baş məşqçi növbə ilə digər namizədləri də gözdən keçirəcək. Ola bilər, 50 nəfərin hamısı çağırılmaz. Çünki bizim siyahıda olmaq başqa, futbolçunun real durumu başqa. Yəni yaşı U-21-ə düşənlərdən kimsə formada deyilsə, onu yığmaya çağıra bilmərik. Məşqçilər korpusu namizədlərin hamısını çempionatın gedişində gözdən keçirəcək, oyunlarını izləyəcək və ehtiyac duyularsa, toplanışa dəvət olunacaq. Təbii ki, bəyənib-bəyənməmək Milan Obradoviçin rəyindən asılı olacaq, son sözü o deyəcək. Hələ dəqiq proqram olmasa da, qarşıdakı ayların hamısında bir araya gəlmək istərdik. Çünki qeyd etdiyim kimi, komanda ilə görüləcək çox iş var. Layiqlilərdən hər kəsi öz yerinə qoymaq və onların anlaşmasını təmin etmək üçün zamana, mümkün qədər bir yerdə çox olmağa ehtiyac var”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar