25 yan 13:53yigma

U-19 ruslarla “sülh bağladı”

U-19 ruslarla “sülh bağladı”
AÇ-nin elit mərhələsinə hazırlaşan U-19 srağagün Antalyada yoldaşlıq oyunu keçirib. Vüqar Məmmədin rəhbərlik etdiyi komanda “Krasnodar-3” (Rusiya) ilə qarşılaşıb. Əslində bu görüş yanvarın 21-də olmalıydı. Sadəcə, əlverişsiz hava şəraiti üzündən oyun bir gün sonraya – çərşənbə axşamına keçirildi. Öncə yığmanın heyətini diqqətinizə çatdıraq.
Azərbaycan U-19: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rüfət Hüseynli, 26. Xəyal Muradov, 15. Vüsal Məsimov, 8. Şakir Seyidov, 7. Turan Vəlizadə, 24. Tural Bayramov, 11. İsmayıl Zülfüqarlı, 10. Kamran Quliyev, 9. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samuqullin, 14. Elnur İbrahimov, 21. Zamiq Əliyev, 2. Rüstəm Nuriyev, 3. Murad Məmmədov, 13. Ruslan Qəribov, 6. İdris İnqilablı, 23. Rüfət Abdullazadə, 19. Vüsal Əsgərov, 17. Samir Qurbanov, 16. Elvin Talıbov, 18. Sərhad Daşdəmir.
Qarşılaşmada hesabı ruslar açıblar. Ancaq təmsilçimiz məğlubiyyətdən yaxa qurtara bilib. Yığmanın heyətində sonradan meydana çıxan və debüt edən Sərhad Daşdəmir rusların qapısına yol tapıb. Məmmədin komandası növbəti oyununu bu gün Küveytin U-19-na qarşı keçirəcək.
Yoxlama matçı haqda Vüqar Məmmədin fikirləri ilə tanış olun: "Plana əsasən görüş dünən keçirilməliydi, ancaq əlverişsiz hava şəraiti üzündən "Krasnodar-3" ilə bu gün qarşılaşdıq. Matç üstünlüyümüz şəraitində keçsə də, düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik. Yoxlama görüşləri olsa da, bizim üçün vacibdi və bütün qarşılaşmalara ciddi şəkildə hazırlaşmalıyıq. Məqsəd yaxşı oyun göstərmək, çatışmazlıqları aradan qaldırmaqdı. Komandaya yeni futbolçular dəvət olunub. Planımda qarşıdakı matç zamanı heyətin bütün üzvlərinə özlərini göstərmələri üçün şans vermək var”.
Rəqib komandanın erməni baş məşqçisi Mxitar Davidyan isə bunları deyib: "Onlar yaxşı təşkilatlanmış futbol oynayırlar. Yığma həmin yaşda ölkənin ən güclülərinin toplaşdığı kollektivdi. Bir sözlə, rəqib layiqli komanda idi. Biz isə oyun epizodlarında pis deyildik. Ancaq göründüyü kimi, uşaqlarla hələ çox işləməliyik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar