25 yan 16:42yigma

U-19-un sonuncu rəqibi kim olacaq?

U-19-un sonuncu rəqibi kim olacaq?
Məlum olduğu kimi, 19 yaşadək futzalçılardan ibarət yığmamız martın sonlarında bu yaş qrupu üçün ilk dəfə təşkil ediləcək Avropa çempionatına yollanacaq. Ağatahir Əzimovun baş məşqçisi olduğu komanda mübarizəyə əsas mərhələdən start verəcək. İkinci qrupda yer alan yeniyetmələrin rəqiblərindən ikisinin adı hələ ötən ilin noyabrından bəllidi. İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada Hollandiya və Sloveniya bizim qrupa düşmüşdü. Sonuncu rəqib isə ilkin mərhələdə B qrupunun qalibi olmalıdı. Hansı ki, həmin qrupda İsveç, Kosovo, Cənubi Kipr və San Marino yer alır. Artıq ilkin mərhələyə start verilib və ilk iki tur arxada qalıb. San Marinonun evsahibliyi etdiyi qrupun açılış turunun oyunları yanvarın 22-də keçirilib. Kovovo meydan sahiblərini darmadağına (11:2) məruz qoyub, Cənubi Kipr isə İsveçdən üstün olub –1:6. Dünən 2-ci turun oyunları gerçəkləşib. Kosovo gözlənilmədən İsveçə 1:6 hesabı ilə uduzub. San Marino ilə qarşılaşan Cənubi Kipr isə nöbəti qələbəsini qazanıb. “Adalılar” meydan sahiblərinin qapısından 8 cavabsız top keçirərək, darmadağın gerçəkləşdirib və əsas mərhələnin qapısını aralayıb. Cənubi Kiprə növbəti oyunda heç-heçə də sərf edir. Ancaq qrupdakı vəziyyət heç də sadə deyil. Həlledici görüşlər sabah baş tutacaq. Yerli vaxtla saat 19.00-da Cənubi Kiprlə Kosovo arasında qrup qalibliyi uğrunda ölüm-qalım oyunu olacaq. Kosovo bu görüşdən qalib ayrılarsa, vəziyyət qəlizləşəcək. Belədə hər şey qrupdakı son oyunun nəticəsindən asılı olacaq. Çünki saat 21.30-da başlayacaq qarşılaşmada İsveç meydan sahiblərini yensə, 3 komandanın – skandinaviyalıların, Kosovonun və Cənubi Kiprin 6 xalı olacaq. Belədə bütün görüşlərdə uduzan San Marino ilə oyunların nəticəsi nəzərə alınmayacaq və iddialıların öz aralarındakı matçlar əsas götürüləcək. “Üçlük” bir-birindən 3 xal qoparsa da, top fərqinə görə Cənubi Kiprlə İsveçin şansı daha çoxdu. Yunanlar sabah Kosovoya 4 top fərqi ilə uduzsa belə, zirvədə qala, əsas mərhələyə adlaya bilər. Bir şərtlə ki, İsveç San Marinonu udsun. Əks halda, Kosovo qrup qalibi olacaq.
Yeri gəlmişkən, A qrupunda da vəziyyət oxşardı. Ancaq fərq ondadı ki, artıq əsas mərhələ uğrunda iki komanda şanslıdı, Litva və Monteneqro geriyə bilet sifariş verə bilər. Andorra hər iki oyundan qalib ayrılsa da, hər şeyə hesabında 4 xal olan Yunanıstanla həlledici qarşılaşmada aydınlıq gələcək.
Qeyd edək ki, əsas mərhələdə millimizin qrupundakı oyunlar martın 26-dan 31-dək Sloveniyada keçiriləcək. Yarışın final oyunları isə sentyabrın 8-dən 14-dək Latviyadakı “Riqa Arena”da təşkil olunacaq.
Kubokda mübarizəni dayandıran U-19 isə bütövlükdə AÇ-yə köklənib. Yeniyetmələr qitə çempionatına hazırlıq çərçivəsində fevralda yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Belə ki, Türkiyə U-19-u fevralın 18-də Bakıya gələcək və ertəsi, eləcədə 21-də olmaqla, yığmamızla 2 oyun keçirəcək. Hər iki qarşılaşma Bakı İdman Sarayında olacaq və eyni vaxtda – saat 18.00-da başlayacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar