19 yan 20:41yigma

Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı

Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı
Rüstəm Məmmədov: “4-5 nəfər var ki, dəvət alanlardan nəinki geri qalmır, hətta üstündülər”
Etibar İbrahimov: ”Ən azı yoxlanmağa layiq uşaqlarımız var”
Elçin Dərgahquliyev: “Bizdə ordakılardan da bacarıqlı futbolçular var”

U-21-in yanvarın 21-24-ü aralığında Antalyada baş tutacaq toplanışında iştirak üçün dəvət olunan futbolçuların siyahısına baxanda bir məqam xüsusilə diqqəti çəkdi. “Sumqayıt-2”dən nə az, nə çox - 7 nəfərin milliyə çağrılması. Yəni ümumi sayın təxminən 30 faizi. Təbii, bu komanda birinci divizionun lideridisə, üstünlük təşkil etməsi normaldı. Amma bu qədər olmaz axı.
Halbuki ilk “6-lıq”da yer alanlar arasında “Zaqatala” və “Qaradağ Lökbatan” da var ki, aşağı dəstənin oyunlarını izləyənlərin dediyinə görə, bu komandalarda yetərincə bacarıqlı gənclər top qovur. Turnir cədvəlindəki mövqeyi ürəkaçan olmasa da, “Kəpəz”in özündə də yığmada oynaya biləcək futbolçuların varlığına şübhə etməyə dəyməz.
Siyahını təyinatı 5-10 gün əvvəl gerçəkləşən Milan Obradoviçin tərtib etdiyinə inanmaq ağılsızlıq olar. Dəvət göndərdiyi 23 nəfəri qarşısına düzsən, 3-nü üzdən tanımayacaq. O ki qalmışdı oyunlarını görə, kimlərsə diqqətini çəkə. Heç şübhəsiz, köməkçisi, həm də “Sumqayıt-2”ni çalışdıran Elbrus Məmmədovun məsləhəti əsasında addım atıb. Məmmədov da üstünlüyü sərəncamında olanlara verib.
Bəlkə yuxarıda adını sadaladığımız komandalarda U-21-ə layiq görülən oyunçular yoxdu, biz yalan danışırıq. Bəlkə AFFA-dan məktub göndərilib, klublar hazırlıq prosesinə görə buraxmaqdan imtina edib. Hər halda, istənilən ehtimal mümkündü. Odu ki, komandaların baş məşqçiləri ilə danışdıq.
Rüstəm Məmmədov (Zaqatala): “Ötən seçmə mərhələdə iki futbolçumuzu gözaltı edib, oyunlarını izləyirdilər. U-21-in məşqçiləri klub rəhbərliyi ilə söhbətdə qış toplanışında həmin futbolçulara dəvət göndərəcəklərini demişdilər. O uşaqların əsas heyətdə oynamalı olduqlarını demirəm. Amma toplanışa dəvət olunub, sınaqdan keçmək onların haqqıdı. Yığmadakı baş məşqçi dəyişikliyindən sonra açıqlanan siyahıda 4-cü pillədə yer alan “Zaqatala”dan heç kimin olmaması xoş hal deyil. Bu gün sərəncamımda 4-5 nəfər var ki, U-21-ə dəvət alanlardan nəinki geri qalmırlar, hətta üstündülər. Birinci divizion gözümüzün qabağındadı, hamını görürük. Bəlkə də siyahının açıqlanmasında Elbrus Məmmədovun namizədləri əsas götürülüb. Halbuki Zaqatalada “Sumqayıt-2” ilə oynamışdıq və 3:0 hesabı ilə qələbə qazanmışdıq. Bəzi oyunçularımız Elbrus müəllimin yadında qalmalıydı. 5 nəfər demirəm, azı 2 nəfəri çağırıb yoxlamaq olardı. Eybi yox, qarşıda toplanışlar olacaq. Yəqin ki, baş məşqçi oyunları izlədikdən sonra layiq olanlara dəvət göndərəcək”.
Etibar İbrahimov (Kəpəz): “Milan Obradoviç heç kimi tanımır. Ancaq köməkçisi Elbrus Məmmədov uşaqları görüb, kimin nəyə qadir olduğunu bilir. Toplanışa 1998-99 doğumlu gənclər çağrılıb. Bu yaş qrupunda futbolçular çoxdu. Hamısını birdən-birə dəvət etmək isə mümkünsüzdü. Düşünürəm ki, növbəti toplanışda “Kəpəz”lilərə də dəvət göndərilər. Ən azı yoxlanmağa layiq uşaqlarımız var”.
Elçin Dərgahquliyev (Qaradağ Lökbatan): “Siyahıya yaxşı-yaxşı baxmışam. Ötən il bu qədər uşaq “Qarabağ”dan idi, bu il “Sumqayıt”dan. Mənə maraqlıdı ki, Obradoviç bunları harda görüb, bəyəndi? Bu gün bizdə ordakılardan da bacarıqlı futbolçular var. İnanın, telefonumuza ediləcək zəngi, yaxud kluba göndəriləcək məktubu səbirsizliklə gözləyirdik. Xəyal Əmirli, Rövşən Şahmuradov, Camal Camalov, İlkin Abdullayev – hər biri bacarıqlı uşaqlardı, yığmaya kömək edə biləcək gücdədilər. Mərkəz müdafiəçisi olan Xəyal rahat U-21-də oynaya bilər. Mütləq hamısının oynamalı olduqlarını demirəm. Hər məşqçinin öz oyun fəlsəfəsi var. Amma dəvət edib, nəyə qadir olduqlarını görmək olardı. İnanın, uşaqlar özləri də soruşur ki, Elçin müəllim, bilmirsiz, biz niyə kənarda qaldıq? Siyahını Elbrus Məmmədov tərtib edibsə, bizdəki uşaqların nəyə qadir olduğunu bilir axı. Eybi yox, yəqin ki, növbəti toplanışlarda “Qaradağ Lökbatan”ın futbolçuları da yada düşər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar