13 yan 18:14yigma

Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi

Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi
“Öz oyunumuzla hamını təəccübləndirməliyik”
Dünən AFFA, nəhayət, U-21-in yeni baş məşqçisinin adını açıqladı. Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, gənclər yığması, gözlənildiyi kimi, Milan Obradoviçə həvalə olundu. 42 yaşlı serbiyalı mütəxəssislə müqavilə imzalanıb və beləliklə, namizədliyi bir neçə gündü gündəmdə olan Obradoviçin təyinatı rəsmiləşib.
21 yaşadək futbolçulardan ibarət komandanın yeni baş məşqçisi AFFA-nın rəsmi saytına müsahibə verib.
- İlk növbədə təyinatınız barədə məlumat verməyinizi istərdik...
- Azərbaycanda çalışmaq mənim üçün yeni çağırışdı. Birlik nümayiş etdirib işləməliyik. Bu təyinat gələcək karyeram üçün də böyük bir addımdı. Qarşıda bizi ağır oyunlar gözləyir. Artıq bu gündən işə başlamışıq. Fürsətdən istifadə edərək mənə inanıb dəvət göndərən AFFA rəhbərliyinə, Məşqçilər Komitəsinə təşəkkür edirəm. Əlbəttə, Azərbaycanda çalışmağıma şərait yaratdığına görə Serbiya Futbol Federasiyasına, mənə dəstək olan milli komandanın baş məşqçisi Mladen Krstaiçə də minnətdarlığımı bildirirəm.
- Rəsmi təklif almamış ölkəmiz, Azərbaycan futbolu haqda nə bilirdiz?
- Müasir dövrdə informasiya əldə etmək çox asandı. Azərbaycanın necə ölkə olduğunu çox gözəl bilirəm. Futbola gəlincə, Azərbaycan millisinin oyunlarını izləmişəm. Bundan sonra ölkə futbolu haqda daha çox məlumatım olacaq.
- Konkretləşdirsək, U-21 haqda məlumatınız var?
- U-21 haqda geniş məlumatım yoxdu. Dediyim kimi, bu gün işə başlamışam. Artıq bu yaşda olan futbolçuların siyahısı mənə təqdim olunub.
- İş qrafikiniz necə olacaq? Bakıda yaşayıb oyunları izləyəcəksiz?
- Oyunlar çoxdu. Həm premyer-liqanın, həm də birinci divizionun qarşılaşmalarını izləyəcəm. İşimin tələbinə uyğun olaraq, Bakıda yaşayacam, fasilə yarananda ailəmə baş çəkəcəm.
- Komandamızın mübarizə aparacağı qrup haqda düşüncələriniz necədi?
- Əlbəttə, qrupumuz haqda məlumatım var. Rəqiblərlə bağlı informasiya toplamağa başlamışıq. Onu deyə bilərəm ki, 1999-cu il təvəllüdlülər arasında ən güclü nəsil fransızlardadı. Bir çox oyunçuları PSJ-də, Almaniya klublarında oynayırlar. Slovakiya yığması haqda da məlumatım var, oyunlarını izləmişəm. Nəyə qadir olduqlarını, oyun üslublarını bilirəm. Biz öz oyunumuzla hamını təəccübləndirməliyik.
- Hazırlıq planı necə olacaq?
- Bu gündən hazırlığa başlamışıq. Artıq iyuna qədər bütün planlarımız məlumdu. Martda bir-iki yoxlama oyunu keçirməyi düşünürük. Seçmə mərhələnin qarşılaşmalarına qədər komandanı formalaşdırmalıyıq.
- Köməkçiləriniz kimlər olacaq?
- Həm yerli, həm də əcnəbi məşqçilər olacaq. Kimlərlə işləyəcəyimi özüm üçün müəyyənləşdirmişəm. Sadəcə, bəzi nüanslar var, onlar dəqiqləşdikdən sonra adlar açıqlanacaq.
- Hazırlıq, oyun üslubu, məşqlərə yanaşma və başqa nüanslarda nə kimi dəyişikliklər etməyi düşünürsüz?
- Komanda ilə tanış olduqdan sonra nəsə demək olar. Biz əlimizdə olan heyətin keyfiyyətini daha da artırmağa çalışmalıyıq.
MİRAĞA

Vizit vərəqi
Milan Obradoviç
Təvəllüdü: 03.08.1977
Futbolçu karyerası
Yuqoslaviya U-21 – 12 oyun
Yuqoslaviya A milli – 8 oyun
1998-2001 - Obilic (Belqrad, Serbiya)
2001-2003 - Lokomotiv (Moskva, Rusiya) – çempion, superkubok - 2002
2003-2004 - Borussiya (Münhenqladbax, Almaniya)
2004-2005 - Akratitos (Afina, Yunanıstan)
2006-2013 - Metallist (Xarkov, Ukrayna)
2013-2014 - Partizan (Belqrad, Serbiya)
2014 - OFK (Serbiya)
Çempionlar Liqası – 15 oyun
Avropa Liqası – 36 oyun
Məşqçi təcrübəsi
2014-15 - Napredak (Krusevats, Serbiya) - köməkçi məşqçi
2015 - Zavrc (Sloveniya) - köməkçi məşqçi
2015-16 - Koper (Sloveniya) - baş məşqçi
2016-17 - Koper (Sloveniya) - baş məşqçi
2017 - Serbiya U-19, U-20 - baş məşqçi
2017 - Serbiya U-17 - baş məşqçi
2017 - Serbiya A milli - köməkçi məşqçi
2018 - Serbiya A milli - köməkçi məşqçi
Təhsili
Bakalavr - Psixologiya TIMS Novi Sad 2018
Sahibkarlıq İnstitutu
İxtisas: Sahibkarlıq Menecerliyi, Menecment
UEFA A lisenziyası - Ukrayna Futbol Federasiyası, dekabr 2014
UEFA PRO lisenziya - Ukrayna Futbol Federasiyası, fevral 2017
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar