12 yan 14:46yigma

Emin İmaməliyev “Qəbələ”ni U-19-a dəyişməsinin səbəbini izah etdi

Emin İmaməliyev “Qəbələ”ni U-19-a dəyişməsinin səbəbini izah etdi
“Milli başqadı, hər bir məşqçinin arzuladığı üst səviyyədi”
19 yaşadək futbolçulardan ibarət yığmanı payızdan etibarən Samir Əliyev çalışdıracaq. Əslində təyinat dekabrın son günlərində rəsmiləşdi. Sadəcə, yeniyetmələr növbəti seçmə tsikl ərəfəsində Əliyevin sərəncamında olacaq. AFFA komandanı elit mərhələyə Vüqar Məmmədin aparmasına şərait yaradıb. Bununla belə, Samir Əliyev artıq komandasını formalaşdırmağa başlayıb. Söhbət məşqçilər korpusundan gedir. O, “Neftçi”də və “Səbail”də də birgə çalışdığı Araz Qulamovu və “Qəbələ”nin U-19-dan ayrılan Emin İmaməliyevi özünə köməkçi götürüb. Xüsusilə İmaməliyevin bölgə təmsilçisini atıb aşağı yaş qruplarından birinə köməkçi gəlməsi birmənalı qarşılanmır. “Qəbələ”də ona böyük etimad göstərilirdi. İmaməliyev “qırmızı-qaralar”da U-17-dən tutmuş əvəzedicilərə qədər çalışmış, bu yay U-19-la Gənclər Liqasında mərhələ adlamaqla tarix yazmışdı.
Qeyd edək ki, ötən qış Ramin Quliyevin U-17 yığmamıza baş məşqçi təyin olunmasından sonra Elmar Baxşıyev "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukun köməkçisi təyin olunmuş, belədə əvəzedicilər Emin İmaməliyevə tapşırılmışdı. 37 yaşlı mütəxəssis bunadək "Qəbələ"nin U-19 komandasını çalışdırırdı. Payızda isə məhz bu yaş qrupundan ibarət komanda ilə Gənclər Liqasında mübarizə aparmışdı. Qeyd etdiyimiz kimi, İmaməliyevin məşqçilik karyerası "qırmızı-qaralar"a bağlıdı. O, xeyli müddət "Qəbələ" Futbol Akademiyasında çalışmışdı. Ramin Quliyev U-17 komandasıyla "qızıl dubl" edəndə İmaməliyev köməkçisi olmuşdu. Ötən il yanvarın 7-də isə əvəzedicilərin “sükanı arxasına” keşmiş və yayadək baş məşqçi funksiyasını icra etmişdi.
Gənc mütəxəssisin “Qəbələ”ni U-19-a dəyişməsinin səbəbini özü ilə söhbətdə öyrənməyə çalışdıq.
- U-19-a keçidiniz necə baş tutdu?
- Açığı, özüm də gözləmirdim. Hər şey bir həftənin içində baş verdi. Samir müəllim baş məşqçi təyin olunduqdan sonra məni görüşə dəvət etdi, oturub söhbətləşdik. Bir yerdə çalışmağı təklif etdi. Götür-qoy edib razılaşdım və rəhbərliklə müzakirə apardıq. Sağ olsunlar, onlar da etiraz etmədilər, qərarıma hörmətlə yanaşdılar.
- Yəqin qərarınız onlar üçün gözlənilməz olub?
- Deyəsən, elə oldu. Ayrılmamışdan əvvəl məsləhətləşdik, hər şey razılıqla oldu.
- Seçiminizi bizə izah edə bilərsiz?
- İstədim ki, özümü millidə də sınayım. Düzdü, burda köməkçi olacam. Amma mühiti dəyişmək, yığma təcrübəsi də yaşamaq istədim. Necə ki futbolçu kimi yığmalarda oynamışıq, məşqçi kimi də bu ab-havanı hiss etmək istədim. Milli başqadı, hər bir məşqçinin arzuladığı üst səviyyədi. Hətta dünyanın top-klublarında çalışmış məşqçilər də yığmada işləməyi arzulayır. Allah qismət etdi, mən də bu şansı dəyərləndirdim.
- Premyer-liqada əsasən gənc mütəxəssislər çalışır. Aftandil Hacıyev, Samir Abasov, Ayxan Abbasov... Bu ərəfədə premyer-liqa klublarından birindən dəvət alsaydız, yenə U-19-u seçəcəkdiz?
- Olmayan şey haqda nə danışım? İndiyə qədər belə təklif almamışam. Yüksək liqada işləmək də arzularımdan biridi. Nə vaxtsa təklif alsam, dəyərlədirə bilərəm. Amma indiki məqamda yığmada çalışmağa isti yanaşdım. İnşallah, seçimimdə yanılmaram.
- Mövsümün ortasında qəfil gedişinizlə “Qəbələ”nin işi axsamayacaq?
- Düşünmürəm. Artıq 4-5 ildi orda idim. “Qəbələ”də həmişə, hər yaş qrupunda yaxşı komanda olub, bu gün də var. Akademiya işini elə qurub ki, məşqçilərin kimliyindən asılı olmayaraq, heç vaxt problem yaşanmır. Son illərdə başqa yaş qruplarında məşqçi dəyişiklikləri olub, amma komanda yenə yüksək yerlər uğrunda mübarizə aparıb. U-19-da da yaxşı komanda formalaşıb. “Qəbələ” gözəl kollektivdi.
- Samir Əliyevin əsas köməkçisi olacaqsız?
- Bunu dəqiq bilmirəm. Samir müəllimdən soruşsaz, yaxşı olar. Hələ müəyyənləşməyib. Həm də birinci və ya ikinci köməkçi olmağın elə də fərqi yoxdu. Samir müəllim nə tapşıracaqsa, istər mən, istərsə də Araz müəllim, onu da yerinə yetirməyə, dəstək olmağa çalışacağıq.
- Yəqin başlanğıcda əsas işiniz növbəti seçmə tsikl üçün seçimdə baş məşqçiyə kömək etmək olacaq? Çünki “Qəbələ”də də bu yaş qrupundan ibarət komandada çalışmısız.
- Sözsüz. Yeni komanda formalaşdıracağıq. Əsasən 2001-02 təvəllüdlülərlə işləyəcəyik. Onların da əksəriyyətini tanıyıram. Son iki ildə “Qəbələ”nin U-19-ları ilə işləmişəm. Çalışacam ki, əlimdən gələn qədər kömək edim.
- “Qəbələ”lilər U-19-da üstünlük təşkil edəcək?
- Yox. Özüm də yığmada oynamışam, bildiyim bir həqiqət var: kim hazırdısa, milliyə dəvət almağı o haqq edir. İndidən deyə bilmərəm ki, mütləq “Qəbələ”lilər çoxluq təşkil edəcək. “Qarabağ”lılar hazır olacaq, onlar çağırılacaq, “Neftçi”lilər formada olacaq, onlar dəvət alacaq. Elə etməliyik ki, seçimimiz doğru, ədalətli olsun.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar