13 mar 11:37yigma, manset

Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi

Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi
“Zamanla biz yenidən həmin Cavidi görəcəyik”

Yığma 2017-yə qələbə ilə start verdi. Qətərlə rəqib meydanındakı yoldaşlıq oyunu Robert Prosineçkinin yetirmələrinin qələbəsiylə (2:1) başa çatdı. Qeyd edək ki, bu toplanışa ölkə xaricində top qovan milli üzvləri çağırılmamışdı. Həmçinin Qətər tərəfinin istəyi ilə oyun yayınlanmadı. Bu üzdən komandanın çıxışı ilə bağlı konkret fikir söyləmək çətindi. Hər halda, sözügedən qarşılaşmada bir sıra futbolçular yığmada debüt etdi. Qətərlə yoxlama matçı haqda millinin məşqçisi Mahmud Qurbanovla söhbətləşdik.
- Qarşılaşma ilə bağlı nə deyə bilərsiz?
- Oyun maraqlı keçdi. Ölkə xaricində top qovan futbolçular yox idi. Heyətə yeni oyunçular cəlb edilmişdi. Bir neçə oyunçudan başqa, bütün futbolçuların oynamaq imkanı oldu. Baş məşqçi də onların çıxışını izlədi. Maraqlı oyunun şahidi olduq. Qələbə qazandıq. Onu da qeyd edim ki, Qətər əsas heyətlə çıxış edirdi.
- Almaniya ilə oyundan öncə bu qarşılaşmanın faydası oldumu?
- Düzdü, Almaniya ilə Qətəri müqayisə etmək olmaz. Ancaq hər halda, bu 2017-ci ildəki ilk yoldaşlıq görüşü idi. Təbii, qələbə almalarla görüşə kimi komandanın əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək.
- Nəticəni bir kənara qoysaq, yığmanı Qətərlə eyni gücdə komanda saymaq olar? Kim daha üstündü?
- Eksperiment deməzdim, amma biz yeni oyunçuları yoxlayırdıq. Bu oyunda 6 əvəzetmədən istifadə edə bilərdik ki, hamısından yararlandıq. Onu da anlayırıq ki, bizi qarşıda daha çətin oyunlar gözləyir. Daha çox həmin qarşılaşmalar haqda düşünməliyik.
- Belə çıxır ki, yığma tam heyətlə Qətərə qarşı oynasaydı, daha inamlı qələbə qazana bilərdi?
- Xaricdə top qovan oyunçuların olmamasına baxmayaraq, yığma üzvləri çox inamlı təsir bağışlayırdı.
- Legionerlərdən hansının yeri daha çox görünürdü? Deyək ki, Kamran Ağayevin, Dmitri Nazarovun, yaxud da başqa birinin.
- Bizim kimi yığmalarda hansısa oyunçu olmayanda “onun yeri görünür” demək bir az çətindi. Odu ki, “kimsə olsaydı, belə olardı”, “o olmasaydı, fərqli cür olardı” kimi fikirlər söyləyə bilmərəm. Bu futboldu, kim şans qazanırsa, çıxıb özünü yaxşı tərəfdən göstərməyə çalışır.
- Debütantlarla bağlı təəssüratınız necə oldu?
- Pis təsir bağışlamadılar. Nəzərə alaq ki, onlar ilk dəfə yığmanın şərəfini qorudular. Özlərini göstərməyə çalışırdılar. Baş məşqçinin onlara heç bir iradı olmadı.
- Cavid Hüseynov uzun müddətdən sonra yenidən yığmanın formasını geydi. Onun oyunu haqda nə deyə bilərsiz?
- Cavid sonuncu dəfə yığmanın şərəfini qoruduğu vaxt formasının zirvəsindəydi. Hazırda həmin vəziyyətdədi desəm, yanılaram. Amma o da Qətərlə oyunda çox çalışdı. Özünü yaxşı tərəfdən göstərmək üçün əlindən gələni etdi. Baş məşqçi də ona şans verdi, əsas heyətdə meydana buraxdı. Pis deyildi. Uzun müddət yığmadan kənarda qalmasına baxmayaraq, çıxışında ciddi eniş gözə çarpmadı. Düzdü, aradan keçən müddət təsirini göstərir. Ancaq zamanla biz yenidən həmin Cavidi görəcəyik. Prosineçki də bu məqamı qeyd etdi.
- Bəs yığmada əsas problem kimi nəyi qeyd etmək olar? Mövsümün elə vaxtıdı ki, yorğunluq və ya başqa bir məqam futbolçuların çıxışında özünü büruzə verə bilər.
- Problem deyəndə ki... Biz bu il ilk dəfə bir araya gəldik. Belə bir toplanış və yoxlama matçının təşkili müsbət hal idi. Komanda bir araya gəldi. Özü də Almaniya ilə görüşə kimi FİFA yığmaların yoldaşlıq matçı üçün “pəncərə” ayırmayıb. Bu baxımdan xeyli müddət idi yığma bir araya gəlməmişdi. Odu ki, bu toplanışın komandaya faydası oldu. Ciddi bir problem isə qeyd edə bilmərəm.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar