08 yan 15:28yigma

Vaxt azalır, AFFA qərar verə bilmir

Vaxt azalır, AFFA qərar verə bilmir
Yeni namizədlər Prosineçkinin həmyerliləridi
Hazırda premyer-liqa iştirakçılarının başı qış hazırlığına və transfer çalışmalarına qarışıb. AFFA rəhbərliyinin dərdi isə başqadı. Belə ki, federasiya yığmanı kimə həvalə edəcəyi üzərində baş sındırır. Məlum olduğu kimi, dekabrın 8-də İcraiyyə Komitəsinin (İK) iclası keçirildi və Qurban Qurbanovla işbirliyinə son verildi. Həmin vaxtdan bu yana assosiasiya rəhbərliyi yeni məşqçi axtarışına start verdi. Təyinatın dekabrın sonu, ən pis halda yanvarın əvvəlində gerçəkləşəcəyi deyilmişdi. Ancaq 2018-ci ilin son günlərində millinin “sükan”ı heç kimə həvalə olunmadı. Artıq yeni ilin ilk həftəsi də başa çatmaqdadı. Bununla belə, yeni çalışdırıcının kimliyinə aydınlıq gəlməyib. Bu isə bəzi suallara yol açır.
Yadınızdadısa, AFFA namizədlərlə bağlı Məşqçilər Komitəsi (MK) ilə məsləhətləşəcəyini bəyan etmişdi. Belə ki, federasiya rəhbərliyinin potensial məşqçilərdən ibarət siyahısı adı çəkilən komitə üzvlərinə təqdim ediləcəkdi. MK-da olan təcrübəli mütəxəssislər isə həmin adlarla bağlı düşüncələrini, tövsiyələrini rəhbərliyə çatdıracaqdı. Eyni zamanda bildirilmişdi ki, namizədlərlə keçiriləcək müsahibə-görüşlərdə MK üzvləri də iştirak edəcək. Bu, həm də AFFA rəhbərliyinin “təkcə özüm qərar vermirəm” məzmunlu ismarıcı, məsuliyyətdən müəyyən qədər yaxasını kənara çəkmək siyasətidi.
Artıq millini çalışdırmağa namizəd olan daha bir məşqçinin adı çəkilir. Belə ki, yığmanın baş məşqçisi əfsanəvi futbolçulardan biri ola bilər. Xorvatiya mətbuatının yazdığına görə, İtaliya “Yuventus”unun sabiq mərkəz müdafiəçisi İqor Tudorun millinin “sükanı arxasına” keçəcəyi istisna deyil. Daha əvvəl onun həmyerlisi Robert Prosineçkinin yığmamızda o qədər də bərbad olmaması, əksinə xal rekordunu yeniləməsi, müəyyən sistem ortaya qoyması yenidən bu postun məhz adı çəkilən ölkədən olan mütəxəssisə həvalə ediləcəyinin təəccüblü olmayacağına işarədi. Maraq üçün bildirək ki, Tudor ötən il aprelin 24-də İtaliya “Udineze”sinin baş məşqçisi təyin edilib, cari mövsümün əvvəlində uğursuz çıxışa görə həmin klubdan ayrılıb və hazırda işsizdi. 40 yaşlı mütəxəssis bundan əvvəl ölkəsində “Hayduk”u, Yunanıstanda PAOK-u, Türkiyədə “Karabükspor” və “Qalatasaray”ı da çalışdırıb. Məşqçi kimi uğurları ilə öyünə bilməsə də, futbolçu kimi bir sıra titulları qazanıb. 1998-2007-ci illərdə oynadığı “Yuventus”la iki dəfə İtaliya çempionu olub, iki dəfə İtaliya Superkubokunu əldə edib, bir dəfə İntertoto kubokunu başı üzərinə qaldırıb. Həmçinin Turin klubu ilə B seriyasının qalibi olub və 2003-cü ildə Çempionlar Liqasının finalçısı olub. Tudor 1998-ci ildə Xorvatiya millisinin dünya üçüncüsü olan heyətində yer alıb. 2001-də ölkəsində ilin futbolçusu seçilən Tudorun məşqçi kimi yeganə uğuru 2013-də “Hayduk”la Xorvatiya kubokunu qazanması olub. Qardaş ölkədəki karyerasında isə hansısa nailiyyəti olmayıb.
Bundan başqa, daha bir xorvat, Zaqreb “Dinamo”sunun sabiq baş məşqçisi Nikola Yurçeviç də millimizə təklif olunub. Hazırda işsiz olan 53 yaşlı mütəxəssisin özünün də karyerasını yığmada davam etdirməkdə maraqlı olduğu bildirilir. Deyilənə görə, onun namizədliyi menecerlər tərəfindən AFFA-ya təklif edilib. Yurçeviç Porisneçki ilə komanda yoldaşı olub. O, uzun müddət Slaven Biliçlə birgə çalışıb. Baş məşqçi kimi fəaliyyətə 2002-ci ildə vətənində, “Zaqreb”də başlayıb. Keçmiş yarımmüdafiəçi növbəti mövsümdə “Dinamo”ya, 2005-ci ildə isə Avstriya “Austriya”sına, ardınca Xorvatiya “Slaven Belupo”suna rəhbərlik edib. Bundan sonra Biliçin məşqçilər korpusunda yer alan Yurçeviç Xorvatiya millisində (2006-2012), eləcə də Rusiyada “Lokomotiv”də, Türkiyədə “Beşiktaş”da, İngiltərədə isə “Vest Hem”də köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Yurçeviç ötən il martın 12-də Zaqreb “Dinamo”sunun baş məşqçisi təyin olunsa da, 34-cü turda səfərdə “Lokomotiva”ya 1:3 hesablı məğlubiyyətdən sonra – mayın 15-də istefaya göndərilib.
Adını çəkdiklərimizlə yanaşı, daha bir neçə mütəxəssinin adı yığmamızla yanaşı hallanırdı. Belə ki, ən real namizədlərdən biri ispaniyalı Fernando Yerro idi. Həmçinin Yunanıstan millisindən istefaya göndərilən Mixael Skibbenin də millini çalışdırmağa namizəd olduğu deyilirdi. İtaliyalı Canni De Byazi, hollandiyalı Ruud Qullit, hətta Slaven Biliç də namizədlər arasında göstərilirdi. Yığmamızın Biliçə təklif olunması ilə bağlı informasiyanı Türkiyə mətbuatı yaymışdı. Ancaq o da qeyd olunmuşdu ki, xorvat mütəxəssis həmin təklifi birmənalı şəkildə qəbul etməyib. Biliçin hazırda “Əl-İttihad”ı (Səudiyyə Ərəbistanı) çalışdırdığını da vurğulayaq.
Bir sözlə, hər gün yeni bir namizədin adı çəkilir. Özü də həmin mütəxəssislər arasında xorvatların sayı daha çoxdu. Düzdü, Prosineçkili milli müəyyən müsbət məqamlarla yadda qaldı. Ancaq o da yığma ilə fövqəladə nəyəsə imza atmadı. Hər şeyi bir kənara qoysaq, zamanın məhdudluğu kimi önəmli məsələni unutmayaq. Elxan Məmmədov hələ İcraiyyə Komitəsinin iclasından sonra demişdi ki, yığmaya yeni gələn baş məşqçinin qarşısındakı tələb AÇ-2020-yə vəsiqə qazanmaq olacaq. Məlum olduğu kimi, həmin qitə birinciliyinin 4 oyunu ölkəmizdə keçiriləcək. Bu baxımdan AFFA-nın iştahını anlamaq olar. Hərçənd millimizin AÇ-nin final mərhələsinə vəsiqə qazanması heç də real görünmür. Qrupumuzda Xorvatiya, Uels, Slovakiya kimi rəqiblər varsa, çətin ki, yığma möcüzəyə imza atsın, ilk iki yerdən birini tutsun. Ən yaxşı halda Macarıstanı qabaqlayacağımız daha inandırıcı görünür. Bununla belə, AFFA rəhbərliyi daha yaxşısına ümid edirsə, ən azı təyinat gecikməməlidi. Doğrudu, tələsik qərarın fəsadları da ola bilər. Ancaq aradan bir ay vaxt keçib. Yeni baş məşqçi komandanı tanımalı, futbolçuların potensialına və psixologiyasına bələd olmalıdı. Əks halda, həmin çalışdırıcının əlində də tutarlı bəhanəsi olacaq. Deyəcək ki, gec gəldim, tanımırdım, bu yığmanı uğura daşımaq üçün daha bir tsiklə ehtiyacım var. Nəticədə isə uduzan biz olacağıq. Odu ki, təyinat məsələsinin tezliklə həllini tapması olduqca önəmlidi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar