29 dek 00:07yigma

Vüqar Əsgərli gözündən əməliyyat olunub

Vüqar Əsgərli gözündən əməliyyat olunub
“Final mərhələsinə düşmək çətin olsa da, əl-qolumuzu yanımıza salmayacağıq”
Xəbər verdiyimiz kimi, AÇ-2009 və DÇ-2011-in seçmə mərhələlərində iştirakdan sonra ləğv olunan qadın futbolçulardan ibarət yığma fəaliyyətini bərpa edib. Bununla da 9 illik həsrətə son qoyacaq milli AÇ-2021-in seçmə mərhələsində mübarizə aparacaq. Seçmə xarakterli son görüşünü 2010-cu ildə keçirən xanım futbolçular gələn il yenidən beynəlxalq arenada mübarizə aparacaq. 2010-da “milliləşdirmə” və “lipa” qalmaqalından sonra AFFA əsas yığmanın fəaliyyətini dondurmuş, U-17 və U-19 komandalarını qitəmiqyaslı turnirlərə yollamağa qərar vermişdi.
AÇ-2021-in seçmə mərhələsinin püşkü gələn il fevralın 21-də atılacaq. Bu dəfə turnirdə rekord sayda – 48 yığma mübarizə aparacaq. Onlardan 47-si seçmə mərhələdə oynayacaqsa, final mərhələsinin ev sahibi İngiltərə bu qarşılaşmalardan azaddı. Artıq yığmalar səbətlərə bölünüb və millimiz sonuncu – 5-ci səbətdə yer alıb. Seçmə mərhələyə 2019-cu ilin avqustunda start veriləcək. Qrup qalibləri və ən yaxşı nəticə göstərən üç 2-ci yer sahibi final mərhələsinə vəsiqə qazanacaq. Digər ikincilər isə pley-offda son 3 yer uğrunda mübarizə aparacaq. Həm bu detallar, həm də yığmanın yenidən formalaşdırılması ilə bağlı suallarla bağlı baş məşqçi Vüqar Əsgərliyə müraciət etdik. Bəribaşdan qeyd edək ki, Vüqar bəy bugünlərdə əməliyyat olunub.
- Keçmiş olsun. Səhhətiniz necədi?
- Sol gözümdə narahatlıq yaranmışdı. Əsəblə bağlı zəifləmişdi. Buna görə həkimlər əməliyyata ehtiyac olduğunu dedilər.
- Keçirdiyiniz əsəb qadın futbolu ilə bağlıdı?
- (gülür) Yəqin ki. Qadın futbolunda işləmək çox çətindi.
- Əsas millinin fəaliyyətini bərpa etməsiylə işiniz daha da artacaq. Azərbaycanda 10 ilə yaxındı qadınlardan ibarət əsas milli yox idi. Bu müddətdə nə dəyişib, baza varmı?
- Qeyd etdiyiniz kimi, 10 ilə yaxındı əsas millimiz yox idi. Bu müddətdə, ən əsası da son illərdə U-19 və U-17 yığmalarımızın çıxışı yetərincə qənaətbəxş olub. Əsas millinin qeyri-rəsmi görüşlərdəki yaxşı oyunları komandamıza inamı artırdı. Bazaya gəlincə, əvvələr əsas millinin olmaması futbolçuların itirilməsi ilə nəticələnirdi. Bununla bağlı namizəd futbolçular AFFA rəhbərliyi ilə görüs keçirdi və rəhbərliyin onlara inanmasının vacibliyini və bu inamı doğrultmaga özlərində güc hiss etdiklərini bildirdilər. Qadın futbolunda, bildiyiniz kimi, çox güclü rəqiblərin olmasına və bizim də debütant olmağımıza baxmayaraq, AFFA rəhbərliyi əsas yığmanın yaradılmasına icazə verdi. Rəhbərliyin də bəzi məsləhət və tövsiyələrindən sonra millini yaxın zamanlarda tam formalaşdıracağıq. AFFA tərəfindən yaradılan şərait və qayğı nəticəsində həm nəticələrin yaxşılaşdırılması, həm də futbolçuların maddi və mənəvi stimullaşdırılaması nəticəsində futbolçu bazasında yetərincə irəliləyiş var.
- Hazırlıq üçün nə vaxt yığışacaqsız?
- AFFA rəhbərliyi ilə bəzi məsələlərlə bağlı məsləhətləşəndən sonra, yəqin ki, tezliklə hazırlığa başlayacağıq.
- Komandada yenə “milliləşdirilmiş” oyunçular olacaq?
- Bildiyiniz kimi, aşagı yaş qrupları üzrə komandalarımızda “milliləşdirilmiş” oyunçular var. Biz də yəqin ki, onların da arasından əsas milliyə namizədləri gözdən keçirəcək, diqqətdə saxlayacağıq.
- Püşkdə necə komanda arzulayırsız?
- Mənim arzulamağımdan asılı olmayaraq, bəxtimizə düşən istənilən rəqibə qarşı layiqli futbol sərgiləyəcək komanda yaratmalıyıq. Əsas özümüzə baxmalı, düzgün seleksiya aparmalıyıq. Təməl çox vacibdi. Hətta startda əldə olunacaq nəticədən də.
- Beş, yoxsa 6 komandalı qrup yaxşı olar?
- Cəmi iki qrupda 6 komanda yer alacaq. Beş komandalı qrupa düşməyimiz daha real görünür. Qrupda 5, yaxud 6 komandanın olması, bunun hansının bizə nə dərəcədə çətin və ya asan olacağını demək olmur. Bunu gələcək göstərəcək. Bütün hallarda komanda və oyun sayına görə işimizi planlaşdıracağıq.
- Püşkdən sonra hədəf müəyyənləşəcək, yoxsa minimum tapşırıq artıq bəllidi? Millimizin final mərhələsinə vəsiqə qazanmaq şansı nə qədərdi?
- Hədəf həmişə mümkün qədər irəli getməkdi. Mən də komandamın kifayət qədər adından söz etdirəcəyinə inanıram. Bildiyiniz kimi, Avropada yetərincə güclü və iddialı yıgmalar var. Final mərhələsinə düşmək çətin olsa da, əl-qolumuzu yanımıza salmayacağıq. İştah diş altındadı. Necə çıxış edəcəyimizi zaman göstərəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar