10 mar 19:51yigma, gundem

U-19 Estoniyaya gedir

U-19 Estoniyaya gedir
Təbriz Həsənov Nikolay Adamın köməkçisini yanına gətirdi

19 yaşadək futbolçulardan ibarət yığma təlim-məşq toplanışına hazırlaşır. Toplanış martın 15-dən 18-nə qədər nəzərdə tutulub. Təbriz Həsənov dördgünlük hazırlıq prosesindən sonra yetirmələrinə bayram fasiləsi verəcək. Novruz bayramından dərhal sonra - ayın 22-də komanda yenidən bir araya gələcək. Yığma martın 22-dən 23-nə keçən gecə Estoniyaya yola düşəcək. Belə ki, U-19 ayın 24-ü və 26-da bu ölkənin yeniyetmələriylə iki yoldaşlıq oyununda gücünü sınayacaq.
Yığma səfərə əsas heyətlə yollanacaq. Yalnız bir-iki yeni futbolçu ola bilər. Hər halda, baş məşqçi axtarışları davam etdirir və toplanış üçün siyahını açıqlamağa tələsmir. Təbriz Həsənovu dinləyək: "Bayramdan sonra Estoniya ilə səfərdə iki oyunda qüvvəmizi sınayacağıq. Bu dəfə əsas heyət üzvlərinə dəvət göndərəcəm. Ancaq bir-iki əlavə də olacaq. U-19 liqasının qarşılaşmalarını izləyirik, yeni namizəd axtarırıq. Məni narahat edən məsələ martın 18-dən sonrakı 5-6 gün ərzində məşq keçirə bilməyəcəyimizdi. Uşaqların bayram fasiləsindən qayıdacağını və artıq çəki ilə gələ biləcəklərini nəzərdə tuturam. Martın 22-də yığışıb, həmin gecə də yola çıxacağıq. Anlaşma ilə bağlı problemdən narahatlığım yoxdu. Yeganə çatışmazlıq uşaqların çəki yığmaq riskidi. Istənilən halda, tapşırıqlarımızı verəcəyik".
U-19-la bağlı bir xəbəri də diqqətinizə çatdıraq. Təbriz Həsənov özünə yeni köməkçi götürüb. Məlum olduğu kimi, Təbriz bəyin birinci köməkçisi Elmir Xankişiyevdi. Yanvarda Sankt-Peterburqda keçirilən “Qranatkin turniri”nə qatılan komandanın məşqçilər korpusunda Siyasət Əsgərov yer alsa da, o, müqaviləsiz, sadəcə, kömək məqsədiylə yığmada işləyirdi. Siyasət bəy bundan sonra yenə qadın yığmasında fəaliyyətini davam etdirəcək. Təbriz Həsənovun yeni köməkçisinə gəlincə, bu, Etibar İbrahimovdu. Nikolay Adamın köməkçisi olan, alman mütəxəssisin Hindistan yığmasından qovulmasından sonra vətənə qayıdan Etibar bəy yenə əvvəl çalışdığı U-19-da işləyəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar